yazıçı-bəstəkar

yazıçı-bəstəkar
yazıçı-alim
yazıçı-dramaturq
OBASTAN VİKİ
Bəstəkar
Bəstəkar — musiqi əsərlərinin müəllifidir. Musiqini adətən musiqi nəzəriyyəsinə əsasən yazırlar. Bəstəkarın ifaçıdan fərqi ondadır ki, o musiqini bəstələyir, ifaçı isə onu ifa edir. Bəstələmə prosesinin nəticəsi kimi notlar şəklində yazılmış musiqi əldə edilir. Notların tərtibi əlyazma və ya qrafik (kompüter ilə) yerinə yetirilə bilər. Bəstəkarın bəstələdiyi musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar və ya elektron vasitələr) tərəfindən səsləndirilirlər.
Yazıçı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Anar (yazıçı)
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib. 1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olmuşdur. 1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olmuşdur.
Qismət (yazıçı)
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.
Yazıçı (nəşriyyat)
Yazıçı nəşriyyatı — nəşriyyat əvvəl "Kommunist" – indiki "Xalq qəzeti"nin, "AzərTAc"ın binasında yerləşirdi.
Yazıçı Qor
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Yazıçı nəşriyyatı
Yazıçı nəşriyyatı — nəşriyyat əvvəl "Kommunist" – indiki "Xalq qəzeti"nin, "AzərTAc"ın binasında yerləşirdi.
Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir.
Faiq Nağıyev (bəstəkar)
Hüseyn Abdullayev (bəstəkar)
Hüseyn Abdullayev (25 may 1967, Culfa) — Azərbaycan bəstəkarı, keçmiş deputat. Hüseyn Abdullayev 1967-ci il may ayının 25-də Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində ziyalı ailəsində doğulub. Anası uşaq bağçasında, atası müxtəlif idarələrdə rəhbər vəzifələrdə çalışıb. Ailədə 3 uşaq olublar. İbtidai və orta təhsilini 38 saylı Culfa Şəhər Dəmir Yolu məktəbində alıb. Eyni zamanda Culfa şəhər Musiqi Məktəbində təhsil alıb və hərbi xidmətindən sonra həmin məktəbdə musiqi müəllimi və konsertmeystr vəzifəsində çalışıb. 1987-ci ildən daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və xarici ölkələrlə geniş iqtisadi əlaqələri quraraq, bir çox uğurlu layihələrə imza atıb. Onun "Tural" kooperativinin nəzdində yaratdığı şirkətlər qrupu ölkə daxilində bir çoxları üçün nümunə olub. Hüseyn Abdullayev özü isə müstəqil Azərbaycan Respublikasının ilk azad sahibkarlarından biri kimi tanınıb. 1988–1991-ci illərdə ağır blokada şəraitində yaşayan Naxçıvan MR-ə kömək məqsədiylə yaradılmış "Naxçıvan MR-in İnkişaf və Müdafə Fondu” xətti ilə həyata keçirilən bütün tədbirlərin əsas sponsorlarından biri məhz Hüseyn Abdullayev olub.
Kamal Əhmədov (bəstəkar)
Kamal Əhmədov (5 avqust 1948, Naxçıvan) — bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin bəstəkarlıq kafedrasının müdiri. Kamal Əhmədov 1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Tar ixtisası üzrə ibtidai musiqi təhsilini Naxçıvan şəhər uşaq musiqi məktəbində, orta musiqi təhsilini isə Bakı şəhərində A. Zeynallı adına Musiqi Texnikumunda almışdır. Texnikumda oxuduğu illərdə polifoniya, harmoniya, analiz və s. musiqi elmlərinə yiyələnmiş, dünya musiqisi ilə tanış olmuşdur. Muğam sənətinin sirlərini muğam bilicisi, ustad Əhməd Bakıxanovdan öyrənmişdir. Bu illərdə Kamal Rüstəm oğlunda bəstəkarlıq sənətinə maraq yaranmışdır. Piano üçün yazdığı kiçik pyes və prelüdlər onun ilk yaradıcılıq məhsuludur 1973-cü ildə A. Zeynallı adına musiqi texnikumunun xalq çalğı şöbəsinin tar sinfini bitirmiş, işləmək üçün təyinatını Ordubad musiqi məktəbinə almışdır. K. Rüstəm oğlu musiqi məktəbində Xalq Çalğı Alətləri Orkestri təşkil etmişdir. Ordubadda ilk Xalq Çalğı Alətləri Orkestri sayılan bu kollektivin konsertləri dəfələrlə Naxçıvan televiziyası ile göstərilmiş, bir çox konsert salonlarında nümunəvi çıxışları olmuşdur.
Müslüm Maqomayev (bəstəkar)
Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev (6 (18) sentyabr 1885, Qroznı – 28 iyul 1937, Nalçik) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayev adını daşıyır. Müğənni Müslüm Maqomayevin babasıdır. Uşaqlıq illərindən musiqi ilə maraqlanırdı, məktəb illərində musiqi dərnəklərində iştirak edirdi, Zaqafqaziya Müəllimlər Seminarıyanın orkestrində ifa edirdi. Zaqafqaziya Müəllimlər Seminarıyada Üzeyir Hacıbəyov ilə tanış olub və ömür boyu yaxın dostluq edirdi. Semineriyanı bitirdikdən sonra əvvəl Şimali Qafqazda sonralar isə Azərbaycanda müəllim işləyirdi. Əbdulmüslim Maqomayev Bakıda tədris edərkən Üzeyir Hacıbəyovun rəhbərliyi altında olan Müsəlman opera truppası ilə ilk olaraq musiqiçi, sonra — dirijor və teatrın rəhbəri kimi əməkdaşlıq etməyə başladı. Daha sonra Azərbaycan SSR Xalq Təhsili Komissarlığında məsul vəzifələrdə çalışırdı. İki operanı — "Şah İsmayıl" və "Nərgiz" yazmışdır. "Nərgiz" operası Sovet mövzusunda ilk Azərbaycan operasıdır.
Məmməd Quliyev (bəstəkar)
Məmməd Quliyev — bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi. Məmməd Mehdi oğlu Quliyev 1936-cı il fevralın 9-da Azərbaycanın Göyçay rayonunda anadan olmuşdur. 1958-ci ildə Bakı Musiqi Texnikumunu tar sinfi üzrə (R. Məmmədbəyli) və kompozisiya sinfi üzrə (M. Əhmədov) müvəffəqiyyətlə bitirərək, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına — Qara Qarayevin sinfinə daxil olmuş və 1963-cü ildə təhsilini uğurla başa vurmuşdur. Onun diplom işi kimi təqdim etdiyi ilk iri həcmli əsəri — I simfoniyası Dövlət imtahan komissiyası tərəfindən yüksək qiymətləndirilmiş və bəstəkarın simfonik musiqi sahəsindəki gələcək nailiyyətlərini müəyyənləşdirmişdir. 60-cı illərdə yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın maraqlı, orijinal və yüksək bədiiliyi ilə seçilən əsərləri nəinki Azərbaycanda, habelə onun hüdudlarından kənarda musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Sonralar Məmməd Quliyevin əsərləri Ümumittifaq müsabiqələrində, festival, qurultay və plenumlarda, həmçin ABŞ, Fransa, Almaniya, İtaliya, Avstriya, Çexiya, Slovakiya, Polşa, Finlandiya, Türkiyə, İraq, Misir, Kuveyt, Çin, Yaponiya və digər ölkələrdə uğurla səslənmiş, Azərbaycan musiqisini təmsil etmişdir. Məmməd Quliyev çoxşaxəli yaradıcılıq fəaliyyətini müəllimlik fəaliyyəti ilə üzvü şəkildə uzlaşdıraraq, uzun illər (1960-cı ildən ömrünün sonuna qədər) Asəf Zeynallı adına Bakı Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olmuş və gənc musiqiçi nəslinin yetişməsində əlindən gələni əsirgəməmişdir. İctimai musiqi xadimi kimi Məmməd Quliyev 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, onun İdarə Heyətinin üzvü, habelə "Simfonik musiqi bölməsi"nin və "Kamera müsiqisi bölməsi"nin fəal üzvlərindən biri olmuşdur. Dəfələrlə SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir. Məmməd Quliyev milli operanın janr çərçivəsini genişləndirmiş, Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı Aldanmış ulduzlar operası Azərbaycanda ilk və hələlik yeganə opera-satira nümunəsi yaratmış, Ələkbər Salahzadənin sözlərinə bəstələdiyi vokal səhnəciklərdə ilk dəfə musiqimizə qrotesk səciyyəli obrazlar gətirmiş, ilk dəfə qeyri-adi heyətlər, məsələn, qoboy və bas-klarnet, fleyta-pikkolo və kontrabas üçün sonatalar yazmış, Fikrət Qoca ilə bahəm yaratdığı 3-cü simfoniyasında isə ilk dəfə partituraya solo vokal (xalq müğənnisi) partiyası və xor daxil etmişdir.
Məmməd Ələkbərov (bəstəkar)
Məmməd Ələkbərov (tam adı:Ələkbərov Məmməd Həsənoğlu; 1925, Naxçıvan) - bəstəkar. Ələkbərov Məmməd Həsənoğlu 1925-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1947-1951-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində kamança ixtisası üzrə təhsil almışdır. Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Radio Verilişləri Komitəsində kamera musiqisi ansamblının rəhbəri, "Araz" Dövlət Mahnı və Rəqs Ansamblının ilk bədii rəhbəri və direktoru, Uşaq musiqi məktəbinin direktoru, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqi Dram Teatrının musiqi rəhbəri,Azərbaycan Bəstəkarlar İttifaqın Naxçıvan şöbəsinin məsul katibi işləmişdir. Məmməd Ələkbərov bir sıra teatr tamaşasına musiqi tərtibatı vermişdir. Lirik mahnıların,skripka ilə fortepiano üçün pyeslərin, marş,süita,rəqs və s. əsərlərin müəllifidir.Yallıların və xalq mahnılarının nota salınmasında fəaliyyət göstərmişdir. "Naxçıvan təranələri" (1974) not məcmuəsinin tərtibatçısıdər. Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Naxçıvan Muxtar Respublikasının incəsənət xadimi Quliyev N.,Naxçıvan musiqi mədəniyyəti tarixindən,Bakı,1999 Naxçıvan Ensiklopediyası. Bakı.
Məmmədağa Dadaşov (bəstəkar)
Məmmədağa Dadaşov — Bəstəkar, səs rejissoru. 1951-ci il yanvarın 5-də anadan olub. Skripka və piano üçün 2 Pyes (1991); Nəfəsli orkestr üçün "Marş" (1992); Piano üçün 6 Prelüd (1998). B. Vahabzadə, N. Xəzri, M. Rahim, İ. Dadaşov, O. Şamilin söz. 14 Mahnı (1990–2001).
Nəriman Məmmədov (bəstəkar)
Nəriman Məmmədov (tam adı: Məmmədov Nəriman Həbib oğlu; 28 dekabr 1927, Naxçıvan – 6 aprel 2015, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru. Nəriman Məmmədov 1927-ci il dekabr ayının 28-də Naxçıvan şəhərində doğulub. Kiçik yaşlarından musiqinin vurğunu olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri və musiqi nəzəriyyəsi şöbələrini bitirən Nəriman bu illər xalq çalğı alətləri üçün "Suita"sını bəstələyir. Suita görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib. O, təhsilini davam etdirərək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyə, sonralar isə bəstəkarlıq şöbələrini uğurla bitirmişdir. O, yeddi simfoniyanın müəllifidir. Bunlardan ikisi proqramlı əsərlərindəndir. 3-cü simfoniya orqan üçün yazılmış və Riqada müvəffəqiyətlə səslənmişdir. Dördüncü simfoniya Hüseyn Cavidə, 7-ci simfoniya Xocalı faciəsinə həsr olunmuşdur.
Rafiq Babayev (bəstəkar)
Rafiq Babayev (31 mart 1936 və ya 1936, Bakı – 19 mart 1994 və ya 1994, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1993). 19 mart 1994-cü ildə Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı həlak olub. Rafiq Babayev 1936-cı il martın 31-də Bakı şəhərində partiya orqanlarında işləmiş Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır. 1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A. Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R. S. Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.
Rüstəm Rüstəmzadə (bəstəkar)
Rüstəm Rüstəmzadə — bəstəkar. Bəstəkar Rüstəm Rüstəmzadə hazırda Rusiyada yaşayır. Bəstəkar Qara Qarayevin yetirməsidir (1977). Rusiya Bəstəkarlar İttifaqının üzvüdür.
Rəşid Məmmədov (bəstəkar)
Rəşid Rza oğlu Məmmədov (2 fevral 1936, Naxçıvan – 20 iyun 2006, Naxçıvan) — Azərbaycan bəstəkarı, Naxçıvan MSSR-in Əməkdar mədəniyyət işçisi (1973), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (09.10.1999), Azərbaycan Respublikasının Prezident mükafatçısı (2006). Naxçıvan musiqi mədəniyyətinin inkişafında danılmaz xidmətləri olmuş pedaqoq, bəstəkar, dirijor, tarzən, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Rəşid Rza oğlu Məmmədov 1936-cı il, fevral ayının 2-də Naxçıvan şəhərində Sarvanlar məhəlləsində anadan olmuşdur.8 yaşında ikən atası Rza kişi vaxtsız vəfat edir, atasının qırxı çıxmamış anası Zərri xanım dünyasını dəyişir. Onun uşaqlıq dövrü amansız müharibə illərinə təsadüf edirdi. Ailələrində 5 uşaq idilər. 4 qardaş, 1 bacı. Ata-anaları dünyalarını dəyişdikdən sonra bibiləri Məşədi Bəni xanımın və Fatma xanımın himayəsində yaşadılar. Dolanışıqları çətin olduğundan, çarəsizlikdən bacılarını, körpə qızcığazı uşaq evinə qoymağa məcbur oldular. Bacıları Zeynəbi səhər uşaq evinə qoyub axşam götürürdülər. Bir gün uşaq evinə bacılarını götürmək üçün gedən qardaşlar uşaq evinin başqa bir bölgəyə, Ordubad rayonuna köçürülməsi xəbərini eşidirlər. Ertəsi gün bacılarını görmək ümidi ilə Ordubada yola düşürlər və təssüf ki, balaca Zeynəbi burada da tapa bilmirlər.
Süleyman Ələsgərov (bəstəkar)
Süleyman Əyyub oğlu Ələsgərov (22 fevral 1924, Şuşa, Şuşa rayonu[d] – 21 yanvar 2000, Bakı) — azərbaycanlı bəstəkar, Azərbaycan SSR xalq artisti (1974), Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı (1967), Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri (1972–2000). Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1943-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında oxuyub. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944–1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949–1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951–1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952–1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954–1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960–1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971–1998) vəzifələrində çalışmışdır. Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantatası: "Böyük Oktyabra salam"(1947), "Vətən, eşq olsun"(1960),"Bahar təranələri", "Bir bayraq altında"(1970) ; "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı,"Çingiz İldırım" vokal simfonik poeması(1974), "Həzi Aslanovun xatirəsi"nə simfonik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir. 1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır. Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.
Tofiq Babayev (bəstəkar)
Tofiq Babayev — Azərbaycan bəstəkarı. 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi) — musiqisindən istifadə edilən bəstəkar Azərbaycan iri addımlarla addımlayır (film, 1979) Azərbaycan narı (film, 1978) Bakı-Çələkən (film, 1973) Əgər bütün dünyanın oğlanları... (film, 1970) Göylər sonsuz bir dənizdir. II film. Züleyxa (film, 1995) Həqiqətin anı (film, 1984) Həyat romansı (film, 1971) Hücumçu həmişə irəlidədir (film, 1968) Xəzər oğlu (film, 1971) Xəzərin qonaqları (film, 1970) İkinci Dünya müharibəsi və Azərbaycan. I film (film, 2005) İkinci Dünya müharibəsi və Azərbaycan.
Tural Məmmədli (bəstəkar)
Yulius Fuçik (bəstəkar)
Yulius Ernst Vilhelm Fuçik (çex. Julius Arnošt Vilém Fučík, alm. Julius Ernst Wilhelm Fucik‎; 18 iyul 1872[…], Praqa, Sisleytaniya – 25 sentyabr 1916[…], Berlin, Almaniya Federativ Respublikası) ― çex əsilli Avstriya-Macarıstan bəstəkarı, dirijoru və musiqiçisi. Məşhur "Qladiatorların çıxışı" marşının müəllifi. Fuçikin əsərlərinin siyahısına 323 opus və 17 nömrəsiz yaradıcılıq daxildir. Hərbi mövzularda əsərlər, yəni marşlar yalnız dördüncü hissəni təşkil edir, qalan hər şey simfonik, kamera, konsert və rəqs əsərləridir ki, bu da Fuçikdən ümumi istiqamətli bəstəkar kimi danışmağa imkan verir. Fuçikin gündəlik qeydlərində hətta Birinci Dünya Müharibəsi müdaxilə etməsəydi, La Rosa di Toscana operasının layihəsindən də bəhs edilir. Bu reallaşdırılmamış operanın fraqmenti onun ikinci ən populyar əsərinə ("Qladiatorların çıxışından" sonra) çevrilən "Florensiya marşı"dır (alm. Florentiner Marsch‎, op. 214, 1907).
Zakir Bağırov (bəstəkar)
Zakir Cavad oğlu Bağırov (16 (29) mart 1916, Şuşa – 8 yanvar 1996, Bakı) — azərbaycanlı bəstəkar, pedaqoq, professor (1978), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960). Zakir Bağırov 16 mart 1916-cı ildə Şuşa şəhərində anadan olub. O, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərindəki N.Nərimanov adına 8 saylı uşaq evində yaşayıb. Bu, 1924-1929-cu illəri əhatə edib. 1929-cu ildən etibarən isə böyük qardaşının himayəsində yaşayıb. O, ilk musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Fəhlə fakültəsində alıb. Həmin fakültənin fortepiano sinfini bitirib. Daha sonra təhsilini davam etdirmək üçün 1935-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdindəki Musiqi Texnikumuna göndərilib. Zakir Bağırov Musiqi Texnikumunu bitirdikdən sonra könüllü olaraq cəbhəyə gedərək 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. Avstriya, Macarıstan, Rumıniya, Finlandiya və Mancuriyada xidmət edib.