yeddi möhür altında

it is a sealed book to someone / it is Greek to someone под семью печатями (о чём-либо совершенно недоступном пониманию)
yeddi qıfıl arxasında
Yeddi nəfər bir adamı gözləməz.
OBASTAN VİKİ
Möhür Qanunu
1765-ci il tarixli "Möhür aktı" Böyük Britaniya Parlamentinin Amerikadakı İngilis koloniyalarına birbaşa vergi tətbiq edən və koloniyalardakı bir çox çap məhsullarının Londondan gələn möhürlənmiş kağız üzərində istehsal edilməsini tələb edən Böyük Britaniya Parlamentinin Aktı idi. Çap materialları arasında hüquqi sənədlər, jurnallar, oyun kartları, qəzetlər və koloniyalarda istifadə edilən bir çox digər kağız növləri var idi və onlar müstəmləkə dövrünün kağız pulları ilə deyil, Britaniya valyutası ilə ödənilməli idi. Verginin məqsədi Fransa və Hindistan müharibəsindən sonra Amerika koloniyalarında yerləşdirilən Britaniya hərbi qoşunlarının haqqını ödəmək idi, lakin müstəmləkəçilər heç vaxt Fransanın işğalından qorxmamışdılar və onlar iddia edirdilər ki, müharibədə öz paylarını artıq ödəyiblər. Amerikada Yeni kolonial sistemi meydana gətirən tədbirlərin sonuncusu, təşkil edilmiş ən böyük müqavimətə ilham verdi. "Möhür Qanunu" kimi tanınan bu qanun şərt qoyurdu ki, bütün qəzetlərə, plakatlara, pamfletlərə, lisenziyalara, icra müqavilələrinə və başqa qanuni sənədlərə vergi möhürü vurulsun. (Amerika gömrük agentlərinin topladığı) bu vergi koloniyaları "müdafiə etmək, onlara yardım etmək və onların təhlükəsizliyini təmin etmək" üçün istifadə olunmalı idi. Möhür Qanunu eyni zamanda biznesin hər hansı bir növü ilə məşğul olan adamlara da aid idi. Beləliklə, bu qanun Şimal və Cənubda, Şərq və Qərbdə Amerika əhalisinin ən güclü və bacarıqlı dəstələrindən olan jurnalistlər, hüquqşünaslar, ruhanilər, tacirlər və biznesmenlər arasında narazılıq hissi oyatdı. Tezliklə tacirlər müqavimət göstərmək üçün birləşdilər və idxaletməyən assosiasiyalar yaratdılar. Ana vətənlə ticarət 1765-ci ilin yayında çox ciddi şəkildə azaldı, çünki məşhur adamlar Möhür Qanununa qarşı çıxmaq üçün bir çox hallarda zorakı vasitələrlə özlərini "Azadlıq Oğulları" adı altında birləşdirərək, gizli təşkilatlar yaratdılar.
Yeddi
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir. Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s. Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.
Möhür Aktı (1765)
1765-ci il tarixli "Möhür aktı" Böyük Britaniya Parlamentinin Amerikadakı İngilis koloniyalarına birbaşa vergi tətbiq edən və koloniyalardakı bir çox çap məhsullarının Londondan gələn möhürlənmiş kağız üzərində istehsal edilməsini tələb edən Böyük Britaniya Parlamentinin Aktı idi. Çap materialları arasında hüquqi sənədlər, jurnallar, oyun kartları, qəzetlər və koloniyalarda istifadə edilən bir çox digər kağız növləri var idi və onlar müstəmləkə dövrünün kağız pulları ilə deyil, Britaniya valyutası ilə ödənilməli idi. Verginin məqsədi Fransa və Hindistan müharibəsindən sonra Amerika koloniyalarında yerləşdirilən Britaniya hərbi qoşunlarının haqqını ödəmək idi, lakin müstəmləkəçilər heç vaxt Fransanın işğalından qorxmamışdılar və onlar iddia edirdilər ki, müharibədə öz paylarını artıq ödəyiblər. Amerikada Yeni kolonial sistemi meydana gətirən tədbirlərin sonuncusu, təşkil edilmiş ən böyük müqavimətə ilham verdi. "Möhür Qanunu" kimi tanınan bu qanun şərt qoyurdu ki, bütün qəzetlərə, plakatlara, pamfletlərə, lisenziyalara, icra müqavilələrinə və başqa qanuni sənədlərə vergi möhürü vurulsun. (Amerika gömrük agentlərinin topladığı) bu vergi koloniyaları "müdafiə etmək, onlara yardım etmək və onların təhlükəsizliyini təmin etmək" üçün istifadə olunmalı idi. Möhür Qanunu eyni zamanda biznesin hər hansı bir növü ilə məşğul olan adamlara da aid idi. Beləliklə, bu qanun Şimal və Cənubda, Şərq və Qərbdə Amerika əhalisinin ən güclü və bacarıqlı dəstələrindən olan jurnalistlər, hüquqşünaslar, ruhanilər, tacirlər və biznesmenlər arasında narazılıq hissi oyatdı. Tezliklə tacirlər müqavimət göstərmək üçün birləşdilər və idxaletməyən assosiasiyalar yaratdılar. Ana vətənlə ticarət 1765-ci ilin yayında çox ciddi şəkildə azaldı, çünki məşhur adamlar Möhür Qanununa qarşı çıxmaq üçün bir çox hallarda zorakı vasitələrlə özlərini "Azadlıq Oğulları" adı altında birləşdirərək, gizli təşkilatlar yaratdılar.
Qızılgül altında
"Sub rosa" (azərb. Qızılgül altında‎) — latın dilində məxfiliyi və ya gizliliyi ifadə edən kəlmə. Qızılgülün gizlilik simvolu kimi istifadə olunduğu qədim tarixdən məlumdur. Əfsanəyə görə Erot anası məhəbbət ilahəsi Veneradan alaraq onu Qədim Misir tanrısı Horusa həsr edir ki, aşiqlər öz məhəbbətlərinin sirrini ələ verməsinlər.
Dərinin altında
Dərinin altında (ing. Under the Skin) — Conatan Qleyzerin 2013-cü ildə ekranlara çıxan elmi fantastika filmi. == Süjet == Kimliyi bilinməyən naməlum qadın axşam saatlarında Qlazqo küçələrindəki tənha kişiləri yoldan çıxarır.
Altmış yeddi
Altmış yeddi — say sistemində ədədlərdən biridir. Altmış altıdən sonra, altmış səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Doxsan yeddi
Doxsan yeddi — say sistemində ədədlərdən biridir. Doxsan altıdən sonra, doxsan səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
On yeddi
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz yeddi
Otuz yeddi — say sistemində ədədlərdən biridir. Otuz altıdan sonra, otuz səkkizdən əvvəl gəlir. Otuz yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx yeddi
Qırx yeddi — say sistemində ədədlərdən biridir. Qırx altıdan sonra, qırx səkkizdən əvvəl gəlir. Qırx yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən yeddi
Səksən yeddi — say sistemində ədədlərdən biridir. Səksən altıdan sonra, səksən səkkizdən əvvəl gəlir. Səksən yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 29 və 87 ədədlərinə qalıqsız bölünür.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Yeddi adalar
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Yeddi ata
Yeddi ata (qaz. Жеті ата, «Yeddi baba»; qırğ. Жети ата, «Yeddi ata»; başqa mənası — «Yeddi əcdad»; başq. ете быуын) — qazaxların, qırğızların və başqırdların şəcərə (qaz. шежіре, qırğ. санжыра, başq. шәжәрә) sistemi. Adətə görə, insan ən azı öz yeddi birbaşa əcdadının (ata, baba, böyük baba, və s.) adlarını əzbər bilməli. Yeddi ata sistemidə bir-birinə üst-üstə düşən əcdadlar olanlar şəxslərin evlənməsi insest sayıldığına görə, belə hallara cəmiyyətdə pis baxılır. Həmçinin, bu sistem həm yazılı, həm də şifahi şəkildə nəsillərin tarixini saxlayaraq, xalqların kimliliyin və ya xəyali icmaların formalaşmasında rol oynayır.
Yeddi ağac
Yeddi ağac — Azərbaycanda əsasən yaz, payız ayları və ya bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş yayılan qədim oyunlardan biri. Yeddi ağac qırığı düzəldib qoyurlar bir daşın üstünə. Sanama və ya püşklə ayrılan oyunçu dayanır ağacın yanında və gözlərini yumur. Qalan oyunçular qaçıb gizlənirlər. Sonra pusquda duran oyunçu qaçıb gizlənənləri axtarır. Əgər axtarılan oyunçulardan biri gəlib ağacları qarışdırıb yerə tökərsə, oyun yenidən başlanır. Pusquda duran oyunçu ağacları qorumaq şərtilə bütün gizlənən yoldaşlarını tapmayınca bu oyundakı axtarıcı vəzifəsindən xilas ola bilmir. Elə ki, bütün gizlənən yoldaşlarını tapdı, o zaman ilk dəfə tapdığı yoldaşı onu əvəz edir. Oyun göstərilən qaydada yenidən davam edir.
Yeddi daş
Yeddi daş — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biri. Bu oyunu oynamaq üçün ta qədimdən yeddi yastı daş parçasından istifadə edərdilər. Lakin son zamanlar daş parçalarının əvəzində yastı şüşə parçalarından istifadə edirlər. Bu səbəbdən də bu oyun bir çox hallarda "Yeddi şüşə" adlandırılır.
Yeddi gözəl
Yeddi gözəl (fars. هفت پیکر‎, translit. Həft Peykər) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poema. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm "Yeddi Portret", həm də "Yeddi Gözəl" kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də "Yeddi Gümbəz", Baburnamədə "Həft Elahah" (azərb. Yeddi İlahə‎) adı ilə tanınır.
Yeddi müdrik
Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər. Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər. Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir.
Yetmiş yeddi
Yetmiş yeddi — say sistemində ədədlərdən biridir. Yetmiş altıdən sonra, yetmiş səkkizdən əvvəl gəlir. Yetmiş yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7, 11 və 77 ədədlərinə qalıqsız bölünür.
İyirmi yeddi
İyirmi yeddi — say sistemində ədədlərdən biri. İyirmi altıdan sonra, İyirmi səkkizdən əvvəl gəlir. İyirmi yeddi ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli yeddi
Əlli yeddi — say sistemində ədədlərdən biridir. Əlli altıdan sonra, əlli səkkizdən əvvəl gəlir. Əlli yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yeddi samuray
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi. Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır. Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Eyni ulduzun altında
Eyni ulduzun altında (ing. The Fault in Our Stars; hərf. Günah ulduzlarımızdadır) — Con Qrinin 2012-ci ilin yanvarında nəşr olunmuş 6-cı romanı. Romanın adı Uilyam Şekspirin "Yuli Sezar" faciəsinin birinci aktının ikinci səhnəsindən götürülmüşdür: bu səhnədə Qay Kassi Lonqin Bruta deyir: "Günah, əziz Brut, ulduzlarımızda deyil, özümüzdədir". Hekayə 16 yaşlı xərçəng xəstəsi Hazel Qreys Lankasterin dilindən nəql olunur. Hazel valideynləri tərəfindən dəstək qrupunda iştirak etməyə məcbur edilir. O, tezliklə 17 yaşlı keçmiş basketbolçu və xərçəngə görə bir ayağı kəsilmiş Aqust Vaterslə tanış olur və ona aşiq olur. Kitab uğur qazanmışdır. == Məzmun == 16 yaşlı ağciyər xərçəngi Hazel Qreys Lankester anasının təkidi ilə xərçəng xəstələri arasında keçirilən görüşlərə qatılır. Hazel dəstək qrupunun görüşlərində iştirak etməkdən məmnun deyil, lakin bir gün sümük xərçəngi üzündən sağ ayağı kəsilən, buna görə də protez ayaq taxan 17 yaşlı Aqust Vaterslə tanış olur.
Qübbənin altında (teleserial)
Günbəzin altında CBS tərəfindən yayımlanan bir Amerika elmi fantastika və qorxu serialı idi. Bu, Stiven Kinqin 2009 -cu ildə yazdığı “Günbəzin altında” kitabının bir TV versiyasıdır. Serial Mainedəki Chester's Mill qəsəbəsinin dünyanın yerdə qalan hissəsindən əsrarəngiz bir qüvvə tərəfindən ayrılmasından sonra şəhər sakinlərinin həyatlarından və bir -birləri ilə qarşıdurmalarından bəhs edir. Dəhşət, dram və sirrlərlə zəngin olan serialdır. Hadisələr, Mainedəki Chester's Mills adlı kiçik bir şəhərdə gözəl və mükəmməl bir yaz səhərində baş verir. Şəhər birdən görünən naməlum bir qüvvə tərəfindən dağıdılır. Yer yerindən oynayaraq hərəkət edər və bunun nəticəsində yaranmış naməlum bir qalxan bütün qəsəbəni ələ keçirir və heç kim bu qalxanın necə meydana gəldiyini bilmir. Həmçinin də bu qalxanın nə vaxt yox olacağını da heç kəs bilmir. Avtomobillər yox olur, ailələr bir-birindən qaçmağa başlayır, insanlarda həyəcan baş verir, səmada uçan təyyarələrin hissəcikləri yerə düşür və bir çox başqa maraqlı hadisələr baş verir. Bu dəhşətli hadisənin sirrini başa düşmək üçün bir araya gələn İraq döyüşləri veteranı Barbie, şəhərdəki bir neçə vətəndaşı bir araya gətirmək və onlardan bir qrup yaratmaq istəyir və bu qrupa şəhərin yerli qəzetinin sahibi, fiziki terapiya mütəxəssisinin köməkçisi, 1 qadın və 3 könüllü uşaq daxil olur.
Qızmar günəş altında
"Qızmar günəş altında" — kinorejissor Lətif Səfərovun filmi. Kinopovestdə şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Əkbər Fərzəliyev) fədakar əməyindən bəhs olunur. Qısa ezamiyyətə gəlmiş Aydın özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür. Film Həsən Seyidbəylinin "Kənd həkimi" povesti əsasında ekranlaşdırılmışdır. Film ssenari müəllifi Həsən Seyidbəylininn kinoda ilk işidir.[mənbə göstərin] Film aktrisa Məleykə Ağazadənin kinoda ilk işidir. Ssenari müəllifi : Həsən Seyidbəyli Quruluşçu rejissor : Lətif Səfərov Quruluşçu operator : Arif Nərimanbəyov Quruluşçu rəssam : Cəbrayıl Əzimov Rejissor : Rəşid Atamalıbəyov Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Əziz Şeyxov Mahnıların Mətni : Ənvər Əlibəyli Məsləhətçi : Ş. Həsənov (professor ), A. Həşimova (həkim), D. Babayev (həkim) Filmin direktoru : Bəşir Quliyev Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Tofiq Quliyev Rejissor assistenti : Ramiz Əliyev Operator assistenti : Tofiq Sultanov Mahnı İfa edən : Mirzə Babayev, Şövkət Ələkbərova İsmayıl Əfəndiyev-Aydın (Əkbər Fərzəliyev) (titrlərdə yoxdur) Hökümə Qurbanova-Nərminə (Töhfə Əzimova) (titrlərdə yoxdur) Ələsgər Ələkbərov-Nadirov (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Gülpəri (Sürəyya Qasımova) (titrlərdə yoxdur) Cabir, S. "Gənc istedadlar" [Müəllim-aktrisa, "Qızmar günəş altında" kino-filmində Gülpəri rolunu oynayan Sürəyya Qasımova və Opera və Balet Teatrının gənc balet artisti Rəfiqə Axundova haqqında] //Ədəbiyyat və incəsənət.- 1957.- 28 dekabr. Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Кино: Энциклопедический словарь / Гл. ред.