YAZMAK
YEGANE
OBASTAN VİKİ
Yedek dili
Yedek dili – Malayziyanın Kelantan ştatında 2017-ci ildə qeydə alınan dil. Yedek dilində danışanlar özlərini etnik batek və menriq kimi təqdim etsələr də, dilləri digər dillərdən çox fərqlidir. == Ad == Dili danışanlar heç bir adı daşımırlar. Yaxınlıqdakı xalqlar onları yedeklər çağırırlar. == Haqqında == Yedek dilində təxminən 280 nəfər danışır. Bu dildən Malayziyanın Kelantan ştatının Yeli rayonunda, Yeli qəsəbəsinin cənubunda, Rual çayının üzərindəki Sunqay Rualda istifadə edirlər.2017-ci ildə Lund Universitetinin alimləri tərəfindən qeydə alınmışdır. Yox olma təhlükəsindədir. == Xüsusiyyətləri == Mülkiyyət, sahiblik sözlərinin qarşılığı və yiyəlik əvəzlikləri yoxdur. İngilis dilində olduğu kimi qadın-kişi fərqi qoyulmur. Paylaşmaq sözü 10 müxtəlif sözlə ifadə oluna bilir.