Yedek dili
Yedek dili – Malayziyanın Kelantan ştatında 2017-ci ildə qeydə alınan dil. Yedek dilində danışanlar özlərini etnik batek və menriq kimi təqdim etsələr də, dilləri digər dillərdən çox fərqlidir.
Dili danışanlar heç bir adı daşımırlar. Yaxınlıqdakı xalqlar onları yedeklər çağırırlar.
Yedek dilində təxminən 280 nəfər danışır. Bu dildən Malayziyanın Kelantan ştatının Yeli rayonunda, Yeli qəsəbəsinin cənubunda, Rual çayının üzərindəki Sunqay Rualda istifadə edirlər.
2017-ci ildə Lund Universitetinin alimləri tərəfindən qeydə alınmışdır. Yox olma təhlükəsindədir.
Mülkiyyət, sahiblik sözlərinin qarşılığı və yiyəlik əvəzlikləri yoxdur.
İngilis dilində olduğu kimi qadın-kişi fərqi qoyulmur.