yemək-içmək vermək (qonaq etmək)

to lay the table открыть стол (угостить)
yemək-içmək boydan (böyük qonaqlıq)
Yeməkdən doymayan, yalamaqla çətin doyar.
OBASTAN VİKİ
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Qonaq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Kükü (yemək)
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. Kükünün bir çox çeşidi hazırlanır.
Külçə (yemək)
Külçə — un məmulatı. Azərbaycanın milli mətbəxindən. Bunun üçün bizə 8 stəkan un, 4 ədəd yumurta, 3 stəkan süd, 8 stəkan şəkər tozu, 2 paket vanel lazımdır. Birinci şəkərlə yumurtanı qarışdırırıq. Sonra isə vaneli tökürük. Ən son olaraq unu və südü əlavə edirik. Acımağa qoyuruq. Acıdıqdan sonra xəmiri kiçik-kiçik kündələr halına gətiririk. Onları yuxa kimi yayırıq. Uyğun bir qab götürüb yaydığımız yuxanı tək-tək qabın içinə qoyuruq.
Naan (yemək)
Naan (farsca نان‎, hindce नान, urduca نان‎, kürdce nan, çin dilinde ise 馕) — buğdadan hazırlanmış əriştədir. Hindistan milli mətbəxinə məxsusdur. Hindistanla yanaşı Əfqanıstan, İran, Nepal, Pakistan, Tacikistan, Özbekistan və digər Orta Asiya ölkələrində məşhur yeməkdir. Türk dilində (misal üçün qazax, qırğız, özbək, uyqur və s.) çörək “nan” adlanır. Esas erişteni buğda unundan hazırlanmış xemşr teşkilr edir. Ancaq zövqdən asılı olaraq lobya, tərəvəz, pendir və ya kartofda əlavə edilir. Naan sup, çay və ya müxtəlif sulu yeməklə yeyilir. Naan sözü ingilis dilinə 1810-cu ilde Villiyam Tokko gətirib. Fars dilində “nan” çörək deməkdir. İllər ərzində Orta və Mərkəzi Asiyada nan sözü müxtəlif mənalar bildirmiş və sonda düz yeni lavaş çörək naan adlandırılmışdır.
Qarnıyarıq (yemək)
Qarnıyarıq — Sote edilmiş doğranmış soğan, sarımsaq, qara bibər, pomidor, istəyə bağlı yaşıl bibər, cəfəri və qiymə qarışığı ilə doldurulmuş badımcandan ibarət yemək.
Son yemək
Son yemək (son şam yeməyi, ingiliscə last meal) ölümə cəzası edilmiş şəxsin hökmün icrasına az qalmış aldığı xüsusi yeməkdir. Son yeməyin menyusu adətən məhkumun əmri ilə (məqbul hədlər daxilində) tərtib edilir. Ənənəvi olaraq, ölüm hökmü tətbiq edən əksər ABŞ ştatlarında son yemək hüququ məhkumlar üçün qorunur. İstisna Texas ştatıdır, burada sonuncu yemək 2011-ci ildə məhkum Lourens Rassel Breverin çox böyük sifariş verərək yeməyə belə toxunmamasından sonra ləğv edilib. Həmçinin Merilend ştatında məhkumlar üçün son yemək nəzərdə tutulmayıb, lakin 2013-cü ildə bu ştatda ölüm hökmü ləğv edilib. ABŞ-nin bir çox ştatlarında məhkumların həddindən artıq ekzotik istəklərinə əməl etmək zərurətindən qaçmaq üçün müəyyən məhdudiyyətlər var. 1990-cı illərin sonlarından etibarən əksər hallarda alkoqollu içkilər qadağan edilib. Floridada bütün ərzaq məhsulları yerli olaraq alınmalı və cəmi 40 dollardan çox olmamalıdır. Luiziana ştatında sifariş dəyəri 15 dollardan çox olmamalıdır. Acmal Kasab: imtina etdi.
Yemək çubuqları
Yemək çubuqları ya Çapstiklər (ing. Chopsticks) — qısa quşburun bərabər uzunluqlu cüt istifadə olununan çubuqlardır ki Çin, Monqolustan, Yaponiya, Koreya, Vyetnamda və Laos, Tayland və Myanmanın şimal əyalətlərinə ənənəvi yemək alətləri kimi istifadə olunur. Ümumiyyətlə qədim Çində başlanğıcının qoyulması inanılır. Yemək çubuqları ən çox, ağac, bambuk və ya plastikdən hazırlanır, amma metal, sümük və fildişindən də hazırlanır. Yemək çubuqlarına Yaponca haşi (箸), Koreyaca jeotqarak (젓가락) və Çincə kuaizi (筷子) deyilir. Yemək çubuqları əsas əldə baş barmağ ilə barmağlar arasında saxlanılır və qida parçaların qaldırmaq üçün istifadə olunur. Aşağı yemək çubuğu sabitdir və baş barmaq bazası və üzük barmağının üst qisimi aralarında yerləşdirilir, yuxarı yemək çubuğu isə baş barmaqın üst qisimində və orta və işarə barmaqlarında yerləşdirilir və qida qaldırmaq üçün hərəkət etdirilir. A gallery of chopstick images Bring Your Own Chopsticks Movement Gains Traction in Asia Arxivləşdirilib 2007-03-07 at the Wayback Machine, article examining the link between chopsticks and deforestation How to use Chopsticks?
Qonaq evi
Mehmanxana, hotel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Əntiqə Qonaq
Qonaqova Əntiqə Güləmməd qızı (21 yanvar 1959, Maqsudkənd, Xaçmaz rayonu) — Azərbaycanın ilk qadın hərbi jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). Qonaqova Əntiqə Güləmməd qızı 21 yanvar 1959-cu il tarixində Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Maqsudkənd 8 illik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxmışdır. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir. 1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlamışdır. Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral" qəzetində korrektor, müxbir (1984-1990), "Həyat" qəzetində baş müxbir (1990–1992), "Biznes" qəzetində şöbə müdiri (1992-1993), "Ana" müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), "Azərbaycan" qəzetində müxbir (1999-2001), 2001-2017-ci illərdə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğu müşaviridir. Hal-hazırda təqaüddədir.
Görünməz qonaq
Görünməz qonaq (isp. Contratiempo) — 2016-cı ildə buraxılmış ispan detektiv triller filmi. Bu Bədən filmindən sonra rejissor Oriol Paulonun ikinci triller filmidir. Film 6 yanvar 2017-ci ildə İspaniyada yayımlandı. Bu, 4 milyon avroluq büdcəsinə qarşı 30,5 milyon dollar həcmində gəlir əldə etmişdir. Film rəsmi olaraq iki dəfə yenidən hazırlanmışdır: 2018-ci ildə nümayiş etdirilən italyan Görünməz şahid filmi və Red Chillies Entertainment tərəfindən 8 mart 2019-da yayımlanan hind filmi Badla.
Qonaq (dəqiqləşdirmə)
Qonaq — Qonaqlığa gedən şəxs və ya şəxslər. Qonaq evi — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt, mehmanxana, hotel. Qonaq otağı — Evdə qonaqlara, görüşə gələnlərə məxsus xüsusi otaq.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Qonaq evi (Novoçerkassk)
Qonaq evi — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Qarışıq stildə inşa edilmişdir Ünvan: Rostov vilayəti, Novoçerkassk şəhəri, Platovski prospekti, ev 59б. Qonaq evi Rostov vilayəti, Novoçerkassk şəhəri, Platovski prospekti ərazisində iki mərtəbədən ibarət olan bir tikilidir. İlk əvvəllər bu daş tikilinin yerində taxtadan ibarət olan bir bina vardı. Ətrafı isə boşluq idi. Novoçerkassk şəhərinin salınmasının yubleyi münasibətilə 18 may 1805-ci ildə bu ərazidə daşdan tikiləcək qonaq evinin təməli atılmışdır. Yerləşdiyi küçənin mühüm binalarından biri olması səbəbi ilə əlaqədar onun adı bütün küçəyə verilmişdi. Bina iki korpusdan ibarət idi. Hazırda yalnız sağ korpus qorunub saxlanılmışdır.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Görünməz qonaq (film, 2016)
Görünməz qonaq (isp. Contratiempo) — 2016-cı ildə buraxılmış ispan detektiv triller filmi. Bu Bədən filmindən sonra rejissor Oriol Paulonun ikinci triller filmidir. Film 6 yanvar 2017-ci ildə İspaniyada yayımlandı. Bu, 4 milyon avroluq büdcəsinə qarşı 30,5 milyon dollar həcmində gəlir əldə etmişdir. Film rəsmi olaraq iki dəfə yenidən hazırlanmışdır: 2018-ci ildə nümayiş etdirilən italyan Görünməz şahid filmi və Red Chillies Entertainment tərəfindən 8 mart 2019-da yayımlanan hind filmi Badla.
Laplandiyalı qonaq (film, 2009)
Laplandiyalı qonaq tammetrajlı musiqili televiziya film-tamaşası rejissor Faiq Kərimoğlu tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Əsas rolları Səyavuş Aslan, Yasin Qarayev, Sabir Məmmədov, Tofiq Hüseynov, İlham Binəli və Naibə Allahverdiyeva ifa edirlər. Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Amma onu cənuba gətirmək elə də asan başa gəlmir. Santa-Klaus bir qrup mədəniyyət işçisindən Azərbaycandan gəldiklərini sübut etmək üçün muğam oxumağı tələb edir.
Qonaq-Qaralı Ev (1992)
Kinolentdə "Moskva" mehmanxanasında aparılan yenidənqurma işlərindən söhbət gedir. Film "Moskva" mehmanxanasının sifarişi ilə çəkilmişdir. Rejissor: Akif Rüstəmov Ssenari müəllifi: Akif Rüstəmov Operator: Ələkbər Muradov Səs operatoru: Marat İsgəndərov "Moskva" mehmanxanası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 321.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Qonaq-qaralı ev (film, 1992)
Kinolentdə "Moskva" mehmanxanasında aparılan yenidənqurma işlərindən söhbət gedir. Film "Moskva" mehmanxanasının sifarişi ilə çəkilmişdir. Rejissor: Akif Rüstəmov Ssenari müəllifi: Akif Rüstəmov Operator: Ələkbər Muradov Səs operatoru: Marat İsgəndərov "Moskva" mehmanxanası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 321.
Ev sahibi və qonaq (poema)
Ev sahibi və qonaq (სტუმარ-მასპინძელი, St’umar-Masp’indzeli) — Gürcüstan şairi, yazıçısı və filosofu Vaja Pşavelanın epik poeması. Poema ilk dəfə 1893-cü ildə Tiflisdə nəşr olunub və "gürcü ədəbiyyatının şah əsəri" hesab olunur. Bu poema, gürcü məktəblərində tədris olunur. Poema əsasında 1967-ci ildə Tengiz Abuladze tərəfindən "Molba" filmi çəkilib. Ev sahibi Coqola müsəlman, onun qonağı Zviadauri isə xristian olsa da, poema onların fərqli dini və mədəni ənənələrinə istinad edir. Poemanın süjeti özündə onların talelərinin bir-birinə təsirindən və onların yaşayıb,böyüdükləri icmalarının bir-birinə nifrət etmələrinə baxmayaraq, bu mübarizədən layiqincə cıxmaqlarını əks etdirir. Coqola və Zviadauri təsadüfən nəm meşədə, hər ikisi maral ovlayarkən rastlaşırlar. Onların hər ikisi verilən sözlərdən çox, əməllərə dəyər verən kişilərdir. Sonrakı söhbət zamanı Coqola onu evinə gecələməyə dəvət edir. Əslində, o, kistlərin qan düşməni olan Zviadauri adlı xevsurla tanış olur, hansı ki, sonradan Coqolanın qardaşını öldürdüyü məlum olur.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.