yeri var (ola bilər)

it’s easy to ... / or else как раз (возможно, вполне может случиться, выражение опасения)
yeri həbsxanadır
yeri yoxdur
OBASTAN VİKİ
Ola Ayna
Temitayo Olufisayo Olaoluva "Ola" Ayna (8.10.1996) — Premyer liqa təmsilçilərindən olan Çelsi klubunda və İngiltərə U-20 millisində müdafiənin sağ cinahında çıxış edən peşəkar Nigeriya əsilli İngiltərə futbolçusudur.
Tannu-Ola
Tannu-Ola (tıva Таңды-Уула) — Cənubi Sibirdə, Tıvanın cənubunda yerləşən dağ sistemi. Şərq və qərb olmaqla iki hissədən ibarətdir. Silsilə şərqdən qərbə, Monqolustan sərhədi boyunca uzanır. Orta hündürlüyü 2500–2700 m-dir. Uzunluğu təqribən 300 km-dir. Əbədi qarla örtülü dağları yoxdur. Şimal yamacları Yenisey üçün xarakderik olan sidr tayqa meşələri ilə örtülmüşdür. Cənub yamaclarında çöllər üstünlük təşkil edir. Tannu-Olanın qərb ucu Altay dağlarına bitişikdir. Silsilədən axan çaylar əhəmiyyətsizdir.
Xeyir Ola
Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın aparıcılığı ilə ATVdə həftəiçi 5 gün yayımlanan əyləncəli musiqili verilişdir. Aygün Kazımovailə birlikdə Samir Piriyev, Elvin Abdullayev, Azər Axşamda aparıcılıq etmişdir. Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın aparıcılığı ilə ATVdə həftəiçi 5 gün yayımlanan əyləncəli musiqili verilişdir. Aygün Kazımovailə birlikdə Samir Piriyev, Elvin Abdullayev, Azər Axşamda aparıcılıq etmişdir. Veriliş 1-ci sezonda 209 dəfə canlı yayımda olmuşdur. Aygün Kazımova verilişdə 627 qonaq qəbul etmişdir. Aygün Kazımova bu sezonda 218 mahnı ifa etmişdir. Onlardan 11-i yeni mahnı idi. Bu sezonda ən gərgin anlardan biri Sərxan Kərəmoğlunun Flora Kərimovaya qarşı etdiyi hörmətsizliyə dözməyərək onu efirdən qovmuşdur.
Yoşkar-Ola
Yoşkar-Ola (rus. Йошкар-Ола) — Rusiyada şəhər, Mari-El Respublikasının paytaxtı və inzibati mərkəzi. 1919-cu ilə qədər Çarevokokşaysk, 1919-1928-ci illərdə Krasnokokşaysk adlandırılmışdır. 1984-cü ildə şəhər "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Əhalisi 271 868 nəfər (2019), “Yoşkar-Ola” şəhər dairəsinin əhalisi 282.797 nəfərdir (2019). Fin-Uqor xalqlarının mədəniyyət mərkəzlərindən biridir. Arxeoloji qazıntılar müasir Yoşkar-Ola ətrafındakı insanların mezolit dövründən (e.ə. 12 min il) bəri yaşadığını göstərir. XVI əsrin ortalarına qədər bu ərazi Kazan xanlığının Qalisiya draqunun bir hissəsi idi və Mari tərəfindən yerləşirdi. 1552-ci ilin oktyabrında İvan Qroznı Kazan xanlığının torpaqlarını öz səltənətinə ilhaq etdi.
Ola Daniel Enersen
Ola Daniel Enersen (14 mart 1943, Oslo – 1 yanvar 2024) — Norveç alpinisti, fotoqrafı, jurnalisti, yazıçı və tibb tarixçisi. 1965-ci ildə o, alpinist kimi Leyf Normann Petterson, Odd Eliassen və Yon Tayqland ilə birlikdə Romsdalen bölgəsində yerləşən Trollveggen dağına ilk dırmanışını gerçəkləşdirmişdir. Enersen 2000-ci ildə Dragen som elsket meg ("Məni sevən əjdaha") adlı fantaziya janrında roman nəşr etdirmişdir. O, tibbi eponimlərin böyük bir onlayn lüğəti olan "Who Named It?" saytının yaradıcısı və redaktorudur. Who Named It?
Ola bilməz (ablom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Ola bilməz (albom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Xoş gəlişlər ola
Xoş gəlişlər ola — Mahnının bəstəkarı Tağı Oşenyüzen və sözlərinin müəllifi Mehmet Türkeldir.
Yon Ola Sand
Yon Ola Sand (21 dekabr 1961, Oslo) —Avroviziya Mahnı Müsabiqəsinin direktoru. Norveçlidir.Norveçin milli televiziya kanalı Norsk Rikskrinqkastinqdə çalışır. 26 noyabr 2010-cu ildə Sand, Svante Stokseliusun istefasından sonra Avroviziya Mahnı Müsabiqəsi və Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün başçı olaraq təyin edildi.
Bəylərin yeri yaşayış yeri
Bəylərin yеri yаşаyış yеri — Tumаslı kəndinin cənubundа yеrləşir. Yаşаyış yеrinin ərаzisi düzənlikdir. Düzənliyin mərkəzi hissəsində uzunsоv, çох dа hündür оlmаyаn təpə vаrdır. Təpənin üzərində "Sеyid qəbri" аdlаndırılаn tək bir məzаr vаr. Həmin məzаr kənd sаkinləri tərəfindən tеz-tеz ziyаrət еdilir. Tədqiqаt zаmаnı yаşаyış yеrinin bəzi qismlərində kül yığınlаrı və bаd qırıqlаrınа rаstlаnmışdır. Аbidədən tоplаnаn kеrаmikа məmulаtı çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz qаb pаrçаlаrındаn ibаrətdir. Şirli qаb pаrçаlаrınа çох аz rаstlаnır. Kеrаmikа məmulаtı inkişаf еtmiş və Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XVI–XIX əsrlərə аid еtmək оlаr.
Xeyir Ola (veriliş, 2008)
Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın aparıcılığı ilə ATVdə həftəiçi 5 gün yayımlanan əyləncəli musiqili verilişdir. Aygün Kazımovailə birlikdə Samir Piriyev, Elvin Abdullayev, Azər Axşamda aparıcılıq etmişdir. Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın aparıcılığı ilə ATVdə həftəiçi 5 gün yayımlanan əyləncəli musiqili verilişdir. Aygün Kazımovailə birlikdə Samir Piriyev, Elvin Abdullayev, Azər Axşamda aparıcılıq etmişdir. Veriliş 1-ci sezonda 209 dəfə canlı yayımda olmuşdur. Aygün Kazımova verilişdə 627 qonaq qəbul etmişdir. Aygün Kazımova bu sezonda 218 mahnı ifa etmişdir. Onlardan 11-i yeni mahnı idi. Bu sezonda ən gərgin anlardan biri Sərxan Kərəmoğlunun Flora Kərimovaya qarşı etdiyi hörmətsizliyə dözməyərək onu efirdən qovmuşdur.
Dağar yeri
Dağar yeri- Ağcabədi rayonu ərazisində, Qaradolaq kəndi yaxınlığında oroqrafik obyektlərdən biri. Dağar sözü əski türklərdə "çəki", "ölçü" anlamı daşımışdır. Əvvəllər tərəkəmələr böyük ölçülü qaba dağar, kiçik ölçülü qaba isə dağarcıq deyərdilər.Orta çağda türk qurumlarında ordunu ərzaqla təmin etmək üçün rəiyyətdən yığılan natural vergi növünə dağar deyilmişdir.
Həbs yeri
Həbs yeri — tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və ya qarnizon hauptvaxtları. Böyük Britaniyada həbs yerləri əsasən polis məntəqələrində təşkil olunur. Əvvəllər bütün polis məntəqələrində cinayətkarların saxlanıla biləcəyi az sayda fərdi kameralar var idi. Hazırda isə əksər tutulmuş şəxslər məhbusların saxlanılması üçün nəzərdə tutulmuş böyük polis məntəqələrinə aparılırlar.
Kino yeri
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.
Tamaşa yeri
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
Yurd yeri
Yurd yeri — 1994-cü il Azərbaycan istehsalı dram janrında film. Film-tamaşada hadisələr torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğala məruz qaldığı vaxtlarda cərəyan edir. Mahal (Kamal Xudaverdiyev) və ailəsinin yaşadığı kəndə də artıq ermənilərin yaxınlaşma təhlükəsi vardır. Bunu eşidən Mahalın oğlanları kəndə gəlirlər ki, ata, ana və bacılarını vertolyotla Bakıya aparsınlar.
Bardaqdan nə tökülə bilər (film, 1988)
Bardaqdan nə tökülə bilər qısametrajlı sənədli televiziya filmi rejissor M. Ağayev tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir.
Xəyallar hara gətirə bilər (film, 1998)
Xəyallar hara gətirə bilər (ing. What Dreams May Come) — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi. Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu. Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır. Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.
Xeyir Ola (1-ci sezon)
Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın aparıcılığı ilə ATVdə həftəiçi 5 gün yayımlanan əyləncəli musiqili verilişdir. Aygün Kazımovailə birlikdə Samir Piriyev, Elvin Abdullayev, Azər Axşamda aparıcılıq etmişdir. Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın aparıcılığı ilə ATVdə həftəiçi 5 gün yayımlanan əyləncəli musiqili verilişdir. Aygün Kazımovailə birlikdə Samir Piriyev, Elvin Abdullayev, Azər Axşamda aparıcılıq etmişdir. Veriliş 1-ci sezonda 209 dəfə canlı yayımda olmuşdur. Aygün Kazımova verilişdə 627 qonaq qəbul etmişdir. Aygün Kazımova bu sezonda 218 mahnı ifa etmişdir. Onlardan 11-i yeni mahnı idi. Bu sezonda ən gərgin anlardan biri Sərxan Kərəmoğlunun Flora Kərimovaya qarşı etdiyi hörmətsizliyə dözməyərək onu efirdən qovmuşdur.
Cəfərqulutəpə yaşayış yeri
Cəfərqulutəpə — abidə Ağcabədi rayonunun Hacılar kəndindən 500 m şimalda yerləşir. Bu diametri 95 m, hündürlüyü 2,5 m olan, sovet dövründə pambıq çardağı, Qarabağ müharibəsi vaxtinda isə səngər qazıdılaraq dağıdılmış təpədir. Toplanılmış saxsı kolleksiyası neolit dövrünə aiddir.
Cəfərxanlı yaşayış yeri
Cəfərxanlı yaşayış yeri — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəfərxanlı kəndi yaxınlığında, İncəçayın sağ sahilində yerləşən qədim yaşayış yeri. Yaşayış yerinin yerləşdiyi ərazinin dəfələrlə şumlanması abidənin dağılmasına və planının itməsinə səbəb olmuşdur. Arxeoloji tədqiqatlarla, yaşayış yerinin 2 hektardan artıq sahəni əhatə etdiyi müəyyən edilmişdir. Yaşayış yerinin bəzi hissələrində gil qatları, daş və çiy kərpicdən tikinti qalıqları görünməkdədir. Kəşfiyyat qazıntıları ilə daşdan əmək alətləri və keramika məmulatı aşkar olunmuşdur. Yaşayış yerindən aşkar olunmuş keramika üç qrupa bölünür. Birinci qrupa daxil olan küpə, çölmək və banka tipli qablar cilalama üsulu ilə, həndəsi motivdə naxışlanmışdır. Bəzi qabların gövdəsi konnelyur ornamentlidir. İkinci qrupa sarıqəhvəyi rəngli, qaba hazırlanmış qalın divarlı qablar daxildir. Gilinin tərkibinə qum və çınqıl qatılan bu qabların əksəriyyəti uzun boğazlı, genişağızlı küpələrdir.
Cənnətqaya yaşayış yeri
Cənnətqaya yaşayış yeri — Şərur rayonundakı Tənənəm kəndinin şərqində son Tunc və ilk dəmir dövrlərinə aid yaşayış yeri. "Ağ zirət" deyilən yerin yaxınlığındadır.Hər tərəfdən dağlarla əhatə olunmuş abidənin sahəsi 6 hektara yaxındır. Aşınma nəticəsində əmələ gəlmiş yarğanlarda mədəni təbəqənin (bəzi yerlərdə 50 sm qalınlığındadır) kəsiyi alınmışdır. Yerüstü materiallar çəhrayı və üzəri cızma xətlərlə [naxışlanmış boz rəngli kasa və küpə tipli tuf daşından hazırlanmış dən daşından ibarətdir.Saxsı qab məmulatı, əsasən Son Tunc və İlk Dəmir dövrləri üçün səciyyəvidir. Tapıntılara əsasən yaşayış yerinin e.ə. II-I minilliklərə aid olduğu ehtimal edilir.
Dairə yaşayış yeri
Dairə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Dairə yaşayış yeri Böyükdaş dağının aşağı şimalında yerləşir. Ətrafı iri həcmli yonulmamış daşlardan hörülmüş divarla əhatə edilmişdir. Sahəsi 200 m² olan yaşayış yerinin 1/3 hissəsi qazıntılarla öyrənilmişdir. Divar boyunca aparılan qazıntılar abidənin tam planını ortaya çıxarmağa imkan vermişdir. Yaşayış yerini əhatə edən müdafiə divarı içəridə dikinə, o biri tərəfdən isə yastısına qoyulmuş daşlarla tikilmişdir. Мüəyyənləşdirilmişdir ki, mədəni təbəqə yalnız divar boyu yığılmışdır. Təbəqənin qalınlığı 30- 40 sm- dir. Yaşayış yerinin şərq hissəsində yaşayış binalarına aid tikinti qalıqları aşkar olunmuşdur. Lakin onlar yaxşı qalmadığından, ümumi planlarını müəyyən etmək mümkün olmamışdır.
Dalmatəpə yaşayış yeri
Dalmatəpə mədəniyyəti İranın şimal-qərbində Zaqros dağlarının mərkəzi və şimal vadilərində geniş yayılmış mədəniyyətə verilən addır..Dalma keramikası ilkin olaraq Urmiya gölünün cənub-qərb hissəsində, Sulduz vadisində Dalma Təpə və Həsənlu Təpədə aparılan qazıntılar zamanı aşkar edilmişdir. 1961-ci ildə Pensilvaniya Universitetinin Həsənlu Layihəsi çərçivəsində Dalma Təpədə aparılan sonrakı qazıntılar zamanı çox sayıda Dalma keramikası aşkar edilmişdir. Qazıntı materiallarına memarlıq, qəbir və keramika qalıqları, gil, sümüklər, artefaktlar, üyütmə daşları və yonma daşlar daxildir. Aşkar edilmiş materiallar Dalma mədəniyyətinin eramızdan əvvəl beşinci minilliyə aid olduğunu göstərir. Əldə edilmiş keramika bu mədəniyyətin görünən tərəfidir və digər aspektləri haqqında məlumat azdır. Qazıntı materialları Dalma tayfaları və onların həyat tərzləri haqqında kifayət qədər məlumat vermir. Dalma keramikası analoji texniki və üslub xüsusiyyətləri ilə regionda geniş əraziyə yayılmışdır. Qazıntılar göstərir ki, bu mədəniyyət mərkəzi Zaqros dağları, Şimali Luristan, İran Azərbaycanında Urmiya hövzəsi və İraqda Kərkük kimi Mesopotamiyanın bəzi hissələrinə yayılmışdır. İran yaylasının şimal-qərb hissələrində Dalma mədəniyyətinin izləri aşkar edilmişdir. Dalma keramikasının bu bölgədə geniş yayılması bu mədəniyyətin yayılmasında köçəri tayfaların iştirak etdiyini sübut edir.
Daşlıyurd yaşayış yeri
Daşlı yurd — Ordubad rayonunun Ağdərə qəsəbəsindən şimalda, Sulu düzün üstündə yerləşir. Yurd yerinin ərazisi oval təpə şəklindədir. Araşdırmalar zamanı yurd yerində ətrafı dördkünc və dairəvi daşlarla əhatə edilmiş binaların qalıqları aşkar olunmuşdur. Yurd yerinin şimal tərəfində daşdan inşa olunmuş kələklərin qalıqları da var. Bəzi tikintilər uçub tökülmüş və daş yığınına çevrilmişdir. Yurd yerinin ərazisi qalın peyin qatı ilə örtülmüşdür. Yaşayış yerini ХI-ХVIII əsrlərə aid etmək olar.