YOQA

Hindistanda: mistik-dini nəzəriyyə, məzhəb.
YOQ
YOM-KİPPUR
OBASTAN VİKİ
Yoqa
Yoqa – ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etmoloji mənşəyində saxlanılır. Yoqa sözü – Sanskrit dilində yuj sözündən götürülüb. Mənası, "birlik", "ittifaq" deməkdir.[mənbə göstərin] == Mənası == "Yoqa" sözü öz mənşəyini sanskrit dilindəki "yuq" sözündən götürür ki, o da tərcümədə "birləşmə", "qovuşma", "tövhid" mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) "Yoqa sutra" əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrin fikirlərini oxumağı və s. bacarırlar.
Sahaca Yoqa
Sahaca Yoqa — dini cərəyan. == Şri Mataci Nirmala Devi == Cərəyanın qurucusu Şri Mataci Nirmala Devi 1923-cü ildə Hindistanın Çindvare (indiki Madhya Pradeş ştatı) şəhərində vaxtilə brahmanlar kastasına aid protestant ailəsində dünyaya gəlmişdir. Atası Hindistanın azadlığı uğurunda mübarizə aparmış və Hindistan parlamentinin üzvü olmuşdur. Nirmala özü isə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Çandrika Prasada Şrivasta ilə ailə qurmuşdur. Nirmala böyük rəhbər hesab edilən Racnişin ilk tələbələrindən olmuşdur. Ehtimal olunur ki, məhz müəllimin təkidi sayəsində Nirmala özünü "quruiney" (Allahın təcəssüm etdiyi şəxs) elan etmişdir. O, insanları inandırmağa çalışır ki, 1970-ci ildə ona və bir neçə nəfərə "özlərini mənəvi cəhətdən kamilləşdirmək" qabiliyyəti verilmişdir. Nirmala məqsədini həyata keçirmək üçün istifadə etdiyi metodu "sahaca-yoqa" (yüngül yoqa) adlandırmışdır. Bu metodun əsas ideyasına görə, insanın Tanrı ilə asan əlaqə yaratması üçün bədənə Nirmala tərəfindən mənəvi qüvvə yerləşdirilmişdir. O, qurduğu cərəyanı yeganə "həqiqi din" adlandıraraq, ardıcıllarını özləri ilə fəxr etməyə çağırır.
Yoqan Beqin
Yoqan Beqin (d. 21 sentyabr 1971) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Yoqan Beqin, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Yoqan Beqin, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Yoqaçara
Yoqaçara (sanskr. योगाचार, yogāchāraIAST, çin. 瑜伽派; hərfi mənada – «yoqanın tətbiqi»), həmçinin vicnyanavada (hərfi mənada – "şüur təlimi"), vicnyaptimatra (hərfi mənada – "ideya təlimi") və çittamatra (hərfi mənada – "yalnız idrak") — mahayana buddizmində meditativ və yogik təcrübələrin daxili obyektivindən idrak, qavrayış və şüurun öyrənilməsini vurğulayan təsirli fəlsəfə və psixologiya ənənəsi. Əsas nümayəndələri Asanqa (IV əsr), Vasubandhu (V əsr), Diqnaqa (VI əsr) və Dharmakirti (VII–VIII əsrlər) olmuşdur. Buddizm ideyasını fərdin psixi mövcudluğunun yeganə reallığı haqqında konkretləşdirən yoqaralar hər hansı məzmundan mücərrədləşdirilmiş saf şüurun (vicnana) müstəsna əhəmiyyəti konsepsiyasını inkişaf etdirmişdilər. İnsan istəklərinin hədəfi olan bu vəziyyətdə qalmaq bodhi (hərfi mənada – maarifləndirmə) və ya nirvanadır. Buna nail olmağın əsas vasitələrindən biri də yoqa təcrübəsidir. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Uncompromising Idealism or the School of Vijñānavāda Buddhism, Surendranath Dasgupta, 1940 "Early Yogaacaara and Its Relationship with the Madhyamaka School", Richard King, Philosophy East & West, vol. 44 no. 4, October 1994, pp.

Значение слова в других словарях