yuxarıda yerləşən bel

a short waist * высокая талия
Yuxarı tüpürürəm - bığ, aşağı tüpürürəm - saqqal.
yuxarıdan aşağı (heç kəsi saymadan, lovğalıqla, təşəxxüslə)
OBASTAN VİKİ
Bel
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Bel (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Bel (dəqiqləşdirmə)
Bel
Bel ağrısı
Bel ağrısı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir. Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi: Kəskin BA: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları Yarımkəskin BA: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları Xronik BA: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları Qayıdan (residiv verən) BA: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin BA. == Epidemiologiya == Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır . İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, "ara həkimlərinə" və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir.
Bel balıqları
Bel balığı (lat. Hucho), Qızılbalıqkimilər dəstəsindən Qızılbalıqlar fasilədindən bir balıq cinsidir. == Coğrafiyası == Sibir və Uzaq Şərq bölgələrin əksər göllərində və çaylarında yaşayır. Bu balıqlara ayrıca Altayın bəzi çaylarında, Monqolustanın Xövsgöl bölgəsinin şimal çaylarında rast gəlmək olar.
Bel balığı
Bel balığı (lat. Hucho), Qızılbalıqkimilər dəstəsindən Qızılbalıqlar fasilədindən bir balıq cinsidir. == Coğrafiyası == Sibir və Uzaq Şərq bölgələrin əksər göllərində və çaylarında yaşayır. Bu balıqlara ayrıca Altayın bəzi çaylarında, Monqolustanın Xövsgöl bölgəsinin şimal çaylarında rast gəlmək olar.
Bel kələfi
Bel kələfi lat. plexus lumbalis üç yuxarı bel və qismən XII döş (ThXII) və IV bel sinirlərinin (L4) ventral şaxələrindən təşkil olunur. IV bel sinirinin ventral şaxəsinin çox qismi bel kələfində iştirak edir, az bir hissəsi isə V bel sinirinin venteral şaxəsi ilə birləşərək bel-oma kötüyünü (lat. truncus lumbosacralis) təşkil edir. XII döş sinirinin ancaq kiçik bir şaxəsi bel kələfində iştirak edir. Bel kələfi bel fəqərələrinin köndələn çıxıntılarının önündə lat. m. psoas major daxilində yerləşmişdir. == Verdiyi şaxələr == Əzələ şaxəsi lat. rami musculares Qalça-qarınaltı sinir lat.
Bel məbədi
Bel məbədi— Qalıqları Suriyanın Palmira şəhərində yerləşən qədim məbəd. Məbədin əsası bizim eranın 32-ci ilində qoyulub. Bu məbəd dini mərkəz kimi formalaşan Palmirada ibadət yeri kimi günəş tanrısı Yarhibol, ay tanrısı Aqlibol ilə Sami tanrısı Belə həsr olunub. Aeden Kremin hesab edir ki, Palmirada bu yer "ən yaxşı qorunub saxlanılan" məbəd qalıqlarındandır. == Tarix == Məbəd təpənin üstündə tikilib. Ərazi sözügedən Ellinizm məbədi və Belin birinci məbədi olan keçmiş məbədlə Roma dövründən qabaq da işğal altında olub. Temenos (bayır divar) və Propileinin sütünları ikinci əsrin birinci yarısında və birinci yarısından sonralar da tikilmişdir. Daxili kolonnadaların korinf sütünlarının əksəriyyəti hələ də havadarların heykəllərinin olduğu yerdə pyedestalda nümayiş olunur. Məbəd Palmirada Böyük Kalonnadanın şərq qurtaracağı boyu bir cərgə boyu uzanır. == Memarlıq == Məbəd qədim Yaxın Şərq və Yunan-Roma memarlığının qeyri-adi sintezini özündə cəmləşdirib.
Bel çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Barbara Bel Geddes
Barbara Bel Geddes (31 oktyabr 1922[…], Nyu-York, Nyu-York ştatı – 8 avqust 2005[…], Nortist-Harbor[d]) — keçmiş ABŞ aktrisası, sənətçisi və yazıçısı.
Böyük bel əzələsi
Böyük bel əzələsi (lat. Musculus psoas major) çanağın daxili qrup əzələlərinə aid olub, XII döş - V bel fəqərələrinin köndələn çıxıntılarından və müvafiq fəqərələrarası disklərin yan kənarlarından başlanğıc götürərək, bud sümüyünün kiçik troxanter çıxıntısına bağlanır.
Kiçik bel əzələsi
Kiçik bel əzələsi (lat. Musculus psoas minor) çanağın daxili qrup əzələlərinə aid olub, Onurğa sütununun XII döş və I bel fəqərələrinin yan səthindən, fəqərələrarası diskdən başlanğıc götürərək qalça fassiyasında tamamlanır.
Qalça-bel əzələsi
Qalça-bel əzələsi (lat. musculus iliopsoas) daxili qrup çanaq əzələlərindən olub, böyük bel əzələsi və qalça əzələsinə aid əzələ liflərinin birləşməsindən təşkil olunmuşdur.
Sibir bel balığı
Sibir bel balığı (lat. Hucho taimen) ― Qızılbalıqlar fasiləsinə aid Bel balıqları cinsinə aid bir növ balıqdır. Bu balıq Sibir və ətraf bölgələrdə, çaylarda rast gəlinir, və il boyu ovlanılır.
Vilye-le-Bel
Vilye-le-Bel (fr. Villiers-le-Bel) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Vilye-le-Bel. Əhalisi — 27 330 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 17 km şimalda, Serji belediyyənin 24 km şərqdə yerləşir.
Bel-Qleyd (Florida)
Bel-Qleyd (ing. Belle Glade) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.
Yuxarıda və aşağıda (film, 2015)
4.1 şəhər motivləri kinoalmanaxı xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə aldığı beş qısametrajlı filmdən ibarətdir. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və Adarifilms tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Gülzar Qurbanova, Cavanşir Hadıyev, Roman Şulqa, Əli Nəsib, Teymur Nadir, Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov, Zemfira Sadıqova, Əlibəy Məmmədli, Əbdül Mahmudov, Dilarə Kazımova, Rövşən Vəliyev, Azər Aydəmir, Əbdül Mahmudov və Aqil M. Quliyev ifa edirlər.
Yuxarıda olduğu kimi aşağıda da
Yuxarıda olduğu kimi aşağıda da — VIII əsrin sonu və ya IX əsrin əvvəllərində ərəbcə mənbədə aşkar edilmiş qısa hermetik mətn olan "Zümrüd Lövhə"nin ikinci misrasının məşhur müasir parafrazı. Parafraz "Zümrüd Lövhə"nin bir neçə mövcud latınca tərcümələrindən birinə əsaslanır, burada ikinci misra aşağıdakı kimidir: Quod est superius est sicut quod inferius, et quod inferius est sicut quod est superius. That which is above is like to that which is below, and that which is below is like to that which is above. Yuxarıda olan aşağıdakı kimi, aşağıda olan da yuxarıdakı kimidir. Parafraz bu latınca versiyaya xasdır və orijinalı olan ərəbcədən fərqlidir. Yelena Blavatskaya və "Kibalion"un anonim müəllifi kimi görkəmli müasir okkultistlər tərəfindən istifadə edildikdən sonra məşhurlaşmağa başladı və Nyu-eyc dairələrində tez-tez istinad edilən bir şüar oldu. Kraus, Paul. Jâbir ibn Hayyân: Contribution à l'histoire des idées scientifiques dans l'Islam. I. Le corpus des écrits jâbiriens. II. Jâbir et la science grecque.
Antarktikada yerləşən buzlaqların siyahısı
SCAR Arxivləşdirilib 2010-12-20 at the Wayback Machine
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklər
ABŞ
Bakıda yerləşən abidələrin siyahısı
Bakı abidələri — Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. == Azərbaycan memarlıq tarixi == Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Memarlıq tarixi — insanlıq tarixidir . Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir.
Çay yatağında yerləşən ada
Çay adası — çay tərəfindən əhatələnmiş quru parçası Çay adaları iki qrupa bölünür. Çayın öz fəaliyyəti sayəsində yaranan adalar və çayların təsir göstərə bilməməsi sayəsində yaranan adalar. Birini adalar özlridə iki yerə bölünür: Çaylar yatağı boyunça ərasini yuyur və bunun sayəsində yatağda çay şaxəli qollar əmələ gətirir. Bunun nəticəsində yuyulmuş yatağda qolların arasında adalar əmələ gəlir. Məlumdur ki çaylar (xüsusi ilə lilli çaylarda) il ərzində dağlardan yatağına tonlarla lil gətirir. Lil toplanaraq adalar əmələ gətirir. Xüsusi ilə deltalarda yerləşən adaları buna misal çəkmək olar. İkinci qrupa aid adalar isə çayları suları qarşısına çıxan bərk suxurları yuya bilmədiyindən onun dolanlağa məcbur olur. Ən iri çay adası özündə iki ölkəni birləşdirən (Qayana və Surinam) Kasikyaredir. Ada Orinoko, Kasikyare, Riu-Neqru və Amazon çayı kimi çayların əhatəsində yerləşir.
Sen-Marsel-Bel-Akkyoy
Sen-Marsel-Bel-Akköy (fr. Saint-Marcel-Bel-Accueil) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38415. Kommunanın 2009-cu il üçün əhalisi 1 319 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 33 km şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Sen-Marsel-Bel-Akköy
Sen-Marsel-Bel-Akköy (fr. Saint-Marcel-Bel-Accueil) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38415. Kommunanın 2009-cu il üçün əhalisi 1 319 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 33 km şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Bel-Eyr (Los-Anceles)
Bel-Eyr (ing. Bel Air) — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən məhəllə.