YUYUB-DAĞIDAN ÇAY

öz dərəsini dərinləşdirməkdə davam edən çay. эродирующая река eroding river
YUVAYABƏNZƏR KRATER
YUYULMA
OBASTAN VİKİ
Delta (çay)
Delta — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delataların meydana gəlməsində çay və dəniz suyunun hərəkətləri(qabarmalar), sahillərin forması, quru və dəniz dibinin hündürlük fərqi əsas rol oynayır. İlk mərhələdə sualtı deltalar əmələ gəlir (Hind, Şimali Dvina çaylarında). Sonra, çəküntülərin qalınlığı artdıqca körfəzin işçərilərinə yerləşmiş deltanın özü (Qanq və Brahmaputranın deltası) və dənizə irəliləmiş deltalar meydana gəlir ( Lenanın, Volqanın, Missisipi və digər bir çox çayların deltaları) Deltaların əmələgəlməsində və böyüməsində dəniz fəal iştirak edir. Axınlar və sahilə çarpan ləpələr mənsəbqabağı tirələri dəniz qumu ilə örtür, deltaların böyüməsinə səbəb olur. Bəzən deltalar (məsələn, Kamçatka çaylarının deltaları) dəniz axınlarının gətirdiyi çöküntülərdən ibarətdir, çayın rolu belə halda ancaq passiv olur. Nəhayət, bəzi çaylar (məsələn, Neva) saxta deltalı olur. Nevanın suyu olduqca təmizdir; gətirilmə çay çöküntüləri çox nazik lay — sualtı delta və deltaqabığı say əmələ gətirir. Sankt-Peterburqun salındığı adalar çay çöküntülərindən əmələ gəlməmişdir, onlar materikin Neva tərəfindən parçalanmış qədim ovalıq hissələridir.
Efemer çay
Elba (çay)
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Geqa (çay)
Geqa - Abxaziyanın Qaqra rayonundan Qara dənizə axan çay. Təxminən 1640 m yüksəklikdən başlayır. Çayın ümumi uzunluğu 25,6 km, orta mailliyi 59 m/km-dir. Hövzəsinin sahəsi - 421 km². Geqa çayı Bzib çayının sağ qollarından biridir və onların ən böyüyüdür. Çayın yatağı çox dar və mənzərəli dərədə yerləşir, buna görə də çay bütün uzunluğu boyunca sürətli axınlar və şəlalələrlə doludur. Bir yerdən çay “Çərkəz şəlaləsi” kimi tanınan karst mağarasının içindən, yerin altından axır və yeraltı dəhlizlərdən və mağaralardan 315 metr keçdikdən sonra qayadan qoparaq şəlalədən axır. Çərkəz şəlaləsi və Geg şəlaləsi turistlərin tez-tez ziyarət etdiyi yerdir. Abxaziyanın görməli yerlərindən biridir. Отчёт о водном путешествии с эл.
Gizeldon (çay)
Gizeldon çayı, həmçinin Gizel 'don (rus. Гизельдон , Gizeljdon ; oset. Джызæлдон, Džyzældon) — Ardon çayının sol qolu və Vladikavkaz ərazisində, Şimali Osetiya-Alaniyada çay. Uzunluğu 81 kilometr, hövzəsinin sahəsi isə 604 km²-dir. Çox qayalı və 4000 metr zirvəsi olan dərənin ərazisi uçqunlara meyillidir. 1967–1968-ci illərdə 30-dan artıq belə hadisələrin olduğu bildirilmişdi. Ərazi "dəli, qazlı ərazi" kimi təsvir olunur və heyvandarlıq, taxtaçılıq və qurğuşun-sink mədənləri Gizeldon vadisi xalqının əsas iqtisadi vəzifəsi olmuşdur. Gizeldon çayı üzərində bir su-elektrik stansiyası tikilmişdir.
Göyçay (çay)
Göyçay — Kürün sol qoludur. Qəbələ, İsmayıllı, Göyçay,Ucar və Zərdab rayonları ərazisindən axır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 1770 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (1980 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. Cənub yamacından axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir. Başlıca olaraq sağdan: Qalacıq (uzunluğu 18 km), Vəndam (uzunluğu 36 km), soldan isə Əyriçayı (uzunluğu 36 km) qəbul edir. Axımı qar (12%), yağış (28%) və yeraltı (60%) sulardan əmələ gəlir. Çayın orta illik su sərfi 12,0 kub m/san-dir. Bununda 30–35%-i yaz, 20–25%-i yay, 18–22%-i payız, 15–17%-i isə qış fəsillərində keçir. Asılı gətirmələr həcminin böyüklüyünə görə Göyçay, Böyük Qafqazın cənub yamacından axan Türyan-çaydan sonra ikinci yeri tutur.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hari (çay)
Hari (ind. Batang Hari, digər adları Batanqxari, Cambu) — İndoneziyanın Sumatra adasında olan ən uzun çay. Bir çox mənbələrə görə uzunluq 600-800 km arasında dəyişir. Hari çayı öz mənbəyini dəniz səviyyəsindən 1531 metr yüksəklikdən, Qununq Rasam (2585 m) dağının yamaclarından götürür. Qununq Rasam dağı Barisan silsiləsinə daxil olub Qərbi Sumatrada yerləşir. Çay ilk öncə cənuba istiqamətində axır, daha sonra şərq meyillənir. Çay əsasən bataqlaşmış düzənlik ərazilərdən axır . Hari çayı Qərbi Sumatranın iki dairəsini (Cənubi Solok, Dharmasraya) və Cambi əyalətinin beş dairəsini (Bunqo, Tebo, Batanqhari, Muaro-Cambi, Şərqi Tancunq-Cabunq) kəsib keçir. Hari çayının mənsəbi Berhala körfəzidir. Körfəz Cənubi Çin dənizi hövzəsinə aiddir .
Hind (çay)
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Həkəri (çay)
Həkəri (Əkərə) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.
Kaparça (çay)
Kaparça (gürc. კაპარჭინა) — Gürcüstanın Poti şəhəri yaxınlığında yerləşən çay. Çayın uzunluğu 7 km, hövzəsinin sahəsi 535 km². Çay mənbəyini bataqlıq meşədən götürərək, sağdan Çerpalka çayına birləşir. Paleostomi gölündən axan kanal çayın mənbəyində çaya birləşir. 1831-ci ildə bu yerləri ziyarət edən Fredirik Duboys de Monperu yazırdı::Kapar-çay Maltavka çayı ilə birləşir və onların suları yüz addımlıq ərazidən axır". 1973-cü il yanvarın 13-də Olimpiya çempionu Yuliya Ryabçinskaya təlim-məşq toplanışı zamanı Kaparça çayında boğulmuşdur.. Məşqdən qayıdan idmançının qayığı buz parçasına çırpılaraq aşmışdır. Апхазава И. С., Грузинская Советская Энциклопедия, Том 5, Ст.
Kelasur çay
Kelasur və yaxud Kelasuri, həmçini Kelaşir - Abxaziyadan Qara dənizə axan çay. Mənşəyi Bzıb silsiləsinin Himsa buzlaqında yerləşir. Kelasuri birinci Kelasuri ilə ikinci Kelasurinin qovuşduğu yerdən başlayır. Çay Suxumi rayonu və Gulrıpş rayonlarının inzibati sərhədi boyunca axır. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Mayın əvvəlində su sərfi təxminən 20-25 m³/s təşkil edir. Kanalın əhəmiyyətli hissəsi yarğandan keçir. Çay Suxuminin mərkəzindən 5 km aralıqda Qara dənizə axır. Abxaziyanın ən böyük çaylarından biridir. Лист карты K-37-XII. Масштаб: 1 : 200 000.
Konqo (çay)
Konqo çayı və ya Zair çayı — Mərkəzi Afrikanın Ekvator bölgəsində, 4370 km uzunluğunda bir çaydır. Uzunluğu 4370 km-dir. Dənizə, saniyədə 80000 kubmetr su axıdar. Zair ilə şimal və şərqdəki qonşuları arasında sərhəd çəkən Konqo çayı, dərhal bütün qollarını Zairdən alır. Bir dövr Zair Çayı olaraq da adlandırılmışdır. Orta Qərbi Afrikanın ən uzun çayıdır. Dünyanın ən uzun 8 çayından biridir. Ekvator xəttini iki dəfə kəsir. Dünyada yeganə çaydır ki, ekvatoru iki dəfə kəsir. Adı Konqo adı bir vaxtlar çayın cənub sahilində yerləşən Konqo Krallığından yaranıb.
Lika (çay)
Lika — Xorvatiyanın Lika bölgəsində çay. 78.1 kilometr uzunluqdadır və 1.570 kvadrat kilometr sahəsi olan bir hövzəyə malikdir. Çayın mənbəyi 596 metr hündürlükdə olan Velebit dağından axan bulaqlardan başlayır. Əsas qolları solda Novçika və Otesika, sağda Qlamoçika və Yadovadır. Çayın üzərində uzunluğu 70 m və eni 5.5 metr olan Kosinc körpüsü tikilmişdir. Çayda tez–tez daşqınlar olduğu üçün suyun axmasını asanlaşdıran silindrik yarıqlarla inşa edilən körpü 1936-cı ildən istifadəyə verilmişdir. Lika çayı üzərində Su elektrik stansiyaları qurulub. 1971-ci ildə Senj SES və Sklope SES su ehtiyaclarını ödəmək üçün çayın qarşısını kəsərək süni Krusçika gölü yaradıldı. Hər 10 ildən bir süni gölün dibini, bənd konstruksiyalarını və hidromexanik avadanlığını yoxlamaq,aşınmaları düzəltmək üçün gölün suyu boşaldılır. 2010-cu ildə göl yenidən boşaldıldı.
Mara (çay)
Mara — Keniya və Tanzaniyada çay. Uzunluğu 395 km-ə yaxındır. Mənbəyi Tanzaniyanın mərkəzi hissəsindədir. Çay öz adını Masayi-Mara qoruğuna verib.
Meqhna (çay)
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Meqxna (çay)
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Mokşa (çay)
Mokşa (mokş. Мо́кша) və ya Yov (mokş. Йов) — Rusiyanın Penza, Ryazan vilayətləri və Mordoviya Respublikasında çay. Oka çayının sağ qoludur. Uzunluğu 656 km, hövzəsinin sahəsii 51 min km²-dir. Volqaboyu yüksəkliyindən başlanır. Əsasən, qar suları ilə qidalanır. Noyabrdan mayadək donmuş olur. Ağac axıdılır. Kadom qəsəbəsindən gəmişiliyə yararlıdır.
Mureş (çay)
Mureş çayı — Şərqi Avropada 789 kilometr uzunluğunda çay. Çayın sutoplayıcı hövzəsi 30,332 km2 (11,711 kvadrat metr) ərazini əhatə edir. Çay başlandığıcını Şərqi Karpat dağlarında Haşmaşu Mare silsiləsindən (Rumıniya) götürür və macarıstanın cənub-şərqində Szegeddə Tisza çayına qovuşur. Mureş çayı Rumıniyanın Harghita, Mureş, Alba, Hunedoara, Arad, Timiş bölgələri və Macarıstanın Ksonqrad bölgəsindən axır. Çay üzərindəki ən böyük şəhərlər: Rumıniyada Targu Mureş, Alba Lulia, Deva, Arad və Macarıstanda Szeged. Mureş çayı klassik antikada Marisus çayı kimi tanınırdı. Həmçinin, Transylvanian Saksoniya yaşayış məntəqələri və əvvəllər Avstriya Habsburg qanunları ilə Almaniyada Miereşç və Maroşç kimi tanınmışdı. Orta əsrlərdə duz çay üzərindəki böyük bərələrlə ticarətdə istifadə edilirdi. Mureş çayının Macarıstana çatması dövlət sərhədi kimi 73 km uzunluğundadır. Çayın şimal tərəfində 28,5 km2 ərazi Körös-Maros Milli Parkının bir hissəsi kimi qorunur.
Niger (çay)
Niger (fr. Niger [niˈʒɛʁ], ing. Niger [ˈnaɪdʒər], yor. Niger, Ọya) — Qərbi Afrikada çay. Niger çayı Qvineya, Mali, Niger, Benin, Nigerya ölkələrinin ərazisindən keçir.
Obsekvent çay
Obsekvent çay (rus. река обсеквентная, ing. obsequent river) — B. M. Devisə görə konsekvent çayın ikinci dərəcəli qolu, layların yatımının əksi istiqamətdə axan çay.
Oka (çay)
Oka — Rusiyanın Avropa hissəsində çay, Volqa çayının ən iri qolu. Uzunluğu — 1498,6 кm. Sahəsi — 245 min кm².
Okumi (çay)
Okumi və ya Okum (abx.Uakəym, meqr. ოქუმ [Okum], gürcü ოქუმი [Okumi]) — Abxaziyadan Qara dənizə axan çay. Mənbə Gürcüstanın Sameqrelo və Zemo-Svaneti bölgələri ilə sərhədə yaxın dağlıq ərazidə yerləşir. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Çayın qırağında Okum, Açquara, Qudava kimi iri kəndlər yerləşir. Çayın əsas qolları: solda Eristskali (Ertskar və ya Böyük Eris-Tskali) sağda - Azura, Ohoja / Çuartal. Лист карты K-37-XII. Масштаб: 1 : 200 000. Издание 1979 г. Лист карты K-37-XVIII. Масштаб: 1 : 200 000. Издание 1979 г.
Orxon (çay)
Orxon çayı (monq. Орхон гол, ing. Orkhon River, rus. Орхон) — Monqolustanda böyük tarixi-mədəni əhəmiyyəti olan çay. Çayın uzunluğu 1 124 km-dir, Hövzəsinin sahəsi 132 835 km2 Xangai dağlarından, 1 124 m yüksəklikdən başlayan Orxon çayı şimala tərəf axır və Rusiya sərhəddini keçmədən Selenqa çayı(monq. Сэлэнгэ гол) ilə birləşərək Baykal gölünə tökülür. Çayın uzunluğu 1 124 km-dir. Selenqa çayından 100 km uzun olan Orxon çayı Kerulen çayından (1254 km) sonra Monqolustanın ən uzun çayıdır. Qış aylarında buzla örtülü olur. May və Sentyabr aylarında çayın təqribən 175 km-lik hissəsi gəmiçilik üçün yararlı olur.
Po (çay)
Po çayı — İtaliyanın birinci, Avropanın da ən böyük çaylarından biridir. 652 km uzunluğundadır. Qolları ilə birlikdə 71,000 km²-lik bir hövzəyə malikdir. Ponun ən mühüm qolları Qərb Alplarında Mont Blanc və Monviso Dağları ətəklərindən gələn çaylardır. Çay Po düzənliyində şimaldan gələn Casale, Ticino, Mincio, Adda, Oglio; cənubdan gələn Tonaro, Trebbia, Secchina, Panaro kimi çaylarla birləşərək Venedikin 60 km qədər cənubundakı Mesolada Adriatik dənizinə tökülür. Çayın mənsəbindən Piacenza və Cremona şəhərlərinə qədər olan 260 km-lik məsafə nəqliyyata əlverişlidir. Çayın qolları ilə birlikdə suladığı Po Düzənliyi, İtaliya iqtisadiyyatına mühüm mühüm kömək edir. Lombardiya, Emilia- Romagna, Piemonte, Veneto əyalətlərinin sərhədləri daxilində 46.000 km² lik bir sahəni örtən düzənlikdə heyvandarlıq, taxıl, yem, sənaye bitkiləri, meyvə, tərəvəz yetişdirilməsi çox inkişaf etmişdir.