YƏHUDİLİK

yəhudi dini (İsraillilərə Musa peyğəmbər vasitəsilə Allah tərəfindən göndərilmişdir).
YƏDİ-BEYZA
YƏHVA
OBASTAN VİKİ
Yəhudilik
İudaizm (q.yun. Ἰουδαϊσμός), yaxud musəvilik və ya yəhudilik — e.ə. I minillikdə Fələstində yaranmış monoteist ibrahimi din. İudaizm qədim yəhudi qəbilələrinin politeizmindən yaranmış, e.ə VII əsrdən başlayaraq moneteist din olmuşdur. Vahid Allah Yəhvaya, Tövratın müqəddəsliyinə etiqad; axirətə, qiyamət gününə, o dünyada əcr veriləcəyinə inam; ölülərin diriləcəyinə və Məsihanın zühr edəcəyinə etiqad; ruhun varlığına və taleyinə inam və s. iudaizmin əsas etiqad ehkamlarıdır. Müqəddəs kitabları Tanax və Talmuddur. Musa peyğəmbərin adıyla bağlı olaraq bu dinə "Musəvilik" də deyilir. Yəhudilər demək olar ki, dünyanın hər yerinə yayılıblar. Dünyanın əksər ölkərində yəhudilər yaşayır.
Gizli Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kripto Yəhudilik

Ortodoks yəhudilik
Ortodoks Yəhudilik, Pravoslav Yəhudilik və ya Ortodoks Musəvilik — Qüdsdəki məbədin dağıdılmasından müasir dövrə kimi gəlmiş rəsmi yəhudi inanc və ənənələrini təmsil edən, hələ də üzvləri ən çox olan İudaizm məzhəbidir. Bu gün İsrail dövlətində də bu məzhəbin tərəfdarları hakimdir. Musanın qanunlarına ciddi şəkildə əməl edən pravoslav yəhudilər, Şabbat (şənbə) günü heç nə etməmək və Kaşrut qaydalarına tabe olmaq mövzusunda digər təriqətlərə nisbətən daha sərt mövqe tuturlar. Pravoslav Yəhudilərə görə, Allah Musaya Tövratı və On əmri vermişdir. Bunlar ilahidir, əbədi davam edəcək və heç bir şəkildə dəyişdirilə bilməz. Yazılmış Tövratdan əlavə, Allah Musaya şifahi şəkillərdə olan əmrlərini də vermişdir ki, bunlar da, nəsillərdən bəri davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Eyni şəkildə, onlarda ilahi və müqəddəs sayılırlar. Bu mövzuda xüsusilə Talmud və Midraşdan əsas götürülür. Alahaya ciddi şəkildə riayət etmək lazımdır.
Rekonstruktiv yəhudilik
Rekonstruktiv yəhudilik (ivr. ‏יהדות רקונסטרוקציוניסטית‏‎; Romanizasiya: yahadút rekonstruktsyonistit) ya da (ivr. ‏יהדות מתחדשת‏‎; Romanizasiya: yahadút mitkhadéshet) Mordecai Kaplan tərəfindən yaradılmışdır. Bunlar daha əvvəllər mühafizəkar Yəhudilik içində iştirak etmişlər. Zamanla Kaplanın fikirləri digər Yəhudi məzhəblərinə də təsir etmişdir. Hərəkatın qurucusuna görə Yəhudilər də digər millətlər kimi bir millətdir. “Seçilmişlik” xüsusiyyəti yoxdur. Allah Yəhudiləri deyil, Yəhudilər Allaha seçmişlər. Bunlar yenidən dirilməyi və axirəti rədd edərlər. Tövrat Tanrı vəhyi deyil.

Значение слова в других словарях