Cüneyt Çakır
Cüneyt Çakır (23 noyabr 1976, İstanbul) — türkiyəli beynəlxalq dərəcəli futbol hakimi və sığortacı. Cüneyt Çakır köməkçiləri ilə birlikdə 6 sentyabr 2015-də Çempionlar Liqasının finalında Barselona- Yuventus matçını idarə edərək, bu turnirin finalında hakimlik edən ilk türk hakimi olmuşdur.
== Hakimlik karyerası ==
İstanbul bölgəsi hakimi olan Cüneyt Çakır Kocaeli Universiteti işlətmə fakültəsinin məzunudur. Hazırda hakimliklə birlikdə sığortaçılıqla da məşğul olur. 1994 ildə hakimlik karyerasına başlayan Çakır, 1997 ildə C reytinqli və 1999 ildə isə B reytinqli hakim oldu. Türkiyə Futbol Federasiyasının qeydlərində olan ilk idarə etdiyi matç 18 Oktyabr 1996-cı il tarixli Beşiktaş A.Ş.-Samsunspor matçıdır, bu oyunda o, yardımcı hakim vəzifəsini görürdü. Yüksək reytinq hakimi kateqoriyasına 2001-ci ildə yüksələrkən, Türkiyə Super Liqasındakı ilk oyununa da eyni ildə çıxmışdı. Super Liqadakı ilk matçı Malatyaspor-Çaykur Rizespor matçıdır. 2006-cı ildə FİFA dərəcli hakim olan Cüneyt Çakır, göstərdiyi uğura görə 2007-ci ildə Avropanın istedadlı hakimlərinin dəvət edildiyi isveçli keçmiş hakim Karl-Erik Nilssonun rəhbərliyi altında keçirilən Mentör Proqramına dəvət edilmiş və buradakı üstün müvəffəqiyyətinə görə UEFA tərəfindən yüksək səviyyəli müsabiqələrdə tapşırıq verilmişdir.
2007-ci ildə Avstriyada təşkil edilən 19 yaşlılar arası Avropa Çempionatının final mərhələsinə dəvət olunan Cüneyt Çakır bu turnirdə Fransa-Serbiya və İspaniya-Portuqaliya arasında oynanan qrup oyunlarını idarə etmişdir.