çanaqçı

çanaqçı
çanaqcıq 2021
çanaqçılıq
OBASTAN VİKİ
Çanaqçı
Kəndlər Çanaqçı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çanaqçı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Çanaqçı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. (əvvəlki adı: Ağamalı) Çanaxçı (Vedibasar) — Ermənistanın Vedi rayonunda kənd.
Çanaqçı (Daşkəsən)
Çanaqçı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Çanaqçı kənd kitabxana filialı, Çanaqçı kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Çanaxçı kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Çanaqçı kənd tibb məntəqəsi yerləşir.
Çanaqçı (Gədəbəy)
Çanaqçı (əvvəlki adı: Ağamalı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Ağamalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalı kəndi Çanaqçı kəndi adlandırılmış və Ağamalı kənd inzibati ərazi dairəsi Çanaqçı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Kəndi 1929-cu ildə Gədəbəy rayonunun Çanaqçı yaylağından gələn hacılar, xanqullar, namazlar, səfirzalar, təkərlər, kəsəmənli, möylələr nəsillərinə mənsub ailələr salmışlar. Yaşayış məntəqəsi sovet dövlət xadimi Səməd ağa Ağamalıoğlunun şərəfinə "Ağamalı" adlandırılıb. Çanaqçı dərəsi deyilən ərazi tarixə "Xınna dərəsi" adı ilə düşmüşdür. Xınna dərəsi Tovuz rayonunun Qovlar qəsəbəsindən Gədəbəy rayonunun Qızıltorpaq kəndinə qədər uzanan böyük bir ərazini əhatə edir. Deyilənlərə görə, "xınna" sözünün mənası "xınna" yox, hun tayfalarının adı ilə tarixə düşmüş və sonralar bu söz təhrif olunaraq "hunna", "xınna" kimi işlənmişdir. Çar Rusiyasının havadarlığı ilə qondarma Ermənistan vilayəti yarandıqdan sonra ermənilər daha da fəallaşır və Xınna dərəsində azərbaycanlılara qarşı soyqırım hərəkatına başlayırlar. Belə ki, Xınna dərəsinə 2000 nəfərdən ibarət silahlı birləşmələrin yeridilməsi və dinc əhaliyə qarşı törədilən vəhşiliklər və işgəncələr bu gün də yaşlı nəslin yaddaşlarından silinmir. Qadınlann saç hörüklərinin kəsilməsi, bärmaqlarından qızıl əşyaların kəsilərək götürülməsi, qulaq tanələrinin qoparılaraq çantalara doldurulması, uşaqların süngüdən keçirilməsi, qız-gəlinlərin və anaların acı fəryadları Xınna əhalisini bunlara qarşı ayağa qaldırmış və nəticədə düşmən ordusunun əsgərləri Dəlikdaş deyilən dərədə mühasirəyə alınmış, bir nəfər də olsun sağ qalmamışdır.
Çanaqçı (Xocalı)
Çanaqçı — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Çanaqçı çayının sahilində, dağətəyi ərazidədir. Kənd haqqında belə bir məlumat verilir ki, yaşayış məntəqəsini XIX əsrin ortalarında keçmiş Qaradağ kəndindən köçmüş dörd ailə salmışdır. Həmin ailələr əvvəllər ağacdan çanaq qablar düzəldib satmaqla məşğul olduqları üçün onlar çanaqçı adlanmışlar. Etnotoponimdir. Keçən əsrə aid ədəbiyyatlardan məlum olur ki, Daşkəsən rayonunun Zinzahal inzibati ərazi vahidində Canaqçı adlı kənd olmuşdur. Ermənistanın Ararat rayonundakı Sovetaşen kəndinin adı da 1948-ci ilə qədər Çanaqçı olmuşdur. Azərbaycanlılar Çanaqçıdan erməni separatçıları tərəfindən 1989-cu ildə qovulublar. 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və Avetaranots adlandırılıb.
Çanaqçı (Xudafərin)
Çanaqçı (fars. چناقچي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (24 ailə).
Çanaqçı bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bakirə Məryəm kilsəsi (Çanaqçı)
Bakirə Məryəm kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır. == Tarixi == Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Sərkis Calalyants yol qeydlərində yazır ki, kilsədə gözəl tərtib edilmiş inşaat kitabəsi görüb və həmin kitabədə kilsənin Qayane və Ripsime bacıları tərəfindən ter Arakelin köməkliyi ilə inşa edilib. Kilsənin olduğu yerdə qədim dövrlərdən dini və mədəni mərkəzin olması haqqında həm yuxarıda qeyd edilən mənbələr, həm də abidə ətrafında qədim tikililərin xarabalıqları sübut edir; V-VII əsrlərə aid xarakterik kapitellərə, sütun altlıqlarına və ornamentli memarlıq elementlərinə malik bazilika xarabalıqları xüsusi diqqət cəlb edir. Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır. == Memarlıq xüsusiyyətləri == Kilsə Çanaqçı kəndinin cənub-qərbində, sıldırım qayalıq ərazidə yerləşir. Vaxtilə qərb tərəfdən abidəni əhatə edən qala divarlarının dövrümüzə yalnız divarlar və qüllələrin xarabalıqları qalmışdır.
Müqəddəs Tanrı anası kilsəsi (Çanaqçı)
Müqəddəs Tanrı anası kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsə 1651-ci ildə inşa edilmişdir. Kilsədə qədim əlyazmalar, perqamentlərdə yazılmış İncil nüsxələri, dəyərli relikviyalar və 1600-cü illərə aid bədii dəyərli xaçlar saxlanılırdı. K. Mkrtçyanın məlumatına görə, qədim əlyazmalardan bəziləri Çanaqçının qədim skriptoriumunda hazırlanmışdır. Hündür, geniş və uzunsov üçnefli bazilika formasına malik kilsə Çanaqçı kəndinin mərkəzində yerləşir. Planda düzbucaqlı formasına malik kilsənin tərəfləri 27.35 x 15.30 metrə bərabərdir. Altarın hər iki tərəfində köməkçi otaqların üstündə yerləşən pilonların zərifliyi, eyni zamanda maraqlı memarlıq elementləri tikilinin daxili kompozisiyasının ifadəliliyini vurğulayır.

Значение слова в других словарях