Müqəddəs Tanrı anası kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]
Müqəddəs Tanrı anası kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Xocalı |
Yerləşir | Çanaqçı kəndi |
Tikilmə tarixi | 1651 |
|
Kilsə 1651-ci ildə inşa edilmişdir.[2] Kilsədə qədim əlyazmalar, perqamentlərdə yazılmış İncil nüsxələri, dəyərli relikviyalar və 1600-cü illərə aid bədii dəyərli xaçlar saxlanılırdı.[3] K. Mkrtçyanın məlumatına görə, qədim əlyazmalardan bəziləri Çanaqçının qədim skriptoriumunda hazırlanmışdır.[3]
Hündür, geniş və uzunsov üçnefli bazilika formasına malik kilsə Çanaqçı kəndinin mərkəzində yerləşir. Planda düzbucaqlı formasına malik kilsənin tərəfləri 27.35 x 15.30 metrə bərabərdir.[3]
Altarın hər iki tərəfində köməkçi otaqların üstündə yerləşən pilonların zərifliyi, eyni zamanda maraqlı memarlıq elementləri tikilinin daxili kompozisiyasının ifadəliliyini vurğulayır.[3]