Bakirə Məryəm kilsəsi (Çanaqçı)

Bakirə Məryəm kilsəsiXocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]

Bakirə Məryəm kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Xocavənd
Yerləşir Çörəkli kəndi
Tikilmə tarixi 1616
Bakirə Məryəm kilsəsi (Azərbaycan)
Bakirə Məryəm kilsəsi

Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır.

Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir.[2] Sərkis Calalyants yol qeydlərində yazır ki, kilsədə gözəl tərtib edilmiş inşaat kitabəsi görüb və həmin kitabədə kilsənin Qayane və Ripsime bacıları tərəfindən ter Arakelin köməkliyi ilə inşa edilib.[3]

Kilsənin olduğu yerdə qədim dövrlərdən dini və mədəni mərkəzin olması haqqında həm yuxarıda qeyd edilən mənbələr[4], həm də abidə ətrafında qədim tikililərin xarabalıqları sübut edir; V-VII əsrlərə aid xarakterik kapitellərə, sütun altlıqlarına və ornamentli memarlıq elementlərinə malik bazilika xarabalıqları xüsusi diqqət cəlb edir.[4]

Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır.[4]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kilsə Çanaqçı kəndinin cənub-qərbində, sıldırım qayalıq ərazidə yerləşir. Vaxtilə qərb tərəfdən abidəni əhatə edən qala divarlarının dövrümüzə yalnız divarlar və qüllələrin xarabalıqları qalmışdır.[2]

Kilsənin inşasında kobud yonulmuş yerli daşlardan istifadə olunmuşdur. Planda xaçvari formaya malik olan kilsə 11 metr uzunluöa, 9 metr enə və 7 metr hündürlüyə malikdir.[2]

İbadət zalında olan gözəl pilonlar, yükdaşıyan tağlar vasitəsi ilə zalın tağtavanını daşıyır. Kilsənin qərb tərəfində giriş qapısı vardır. Cənub divarında iki, şərq divarında isə üç pəncərə yeri vardır.[2]

Kilsənin cənub fasadını bəzəyən 2x1 metr ölçülərə malik üç qədim xaçdaş dövrümüzə ciddi zədələr və dağıntılarla çatmışdır. Xaçdaşlar üzərində bəzi elementlər, xüsusilə, yazılar silinmişdir. Kilsənin interyerləri də müxtəlif ölçülü çoxaylı xaçdaşlarla zəngindir. Kilsənin divar hörgüsündə qədim tikilinin memarlıq elementləri və qədim məzar daşları da istifadə olunmuşdur. K. Mkrtçyan qeyd edir ki, qədim tikililərin qalıqlarını mümkün qədər çox istifadə etməyə çalışan memar, sanki, kilsənin qədim kompleksin yerində tikildiyini göstərmək istəmişdir.[2]

Kilsənin narteksi planda kvadrat formaya malik olmaqla, 6 metr uzunluğa və 9 metr enə mali tağtavanlı tikilidir. Narteks Məlik-Şahnazarovlar sülaləsinin ailə məqbərəsi kimi istifadə olunmuşdur. Burada həmin sülalədən olan vardapet Manvel, məliklə Mirzə, Hüseyn, Hovannes və onların həyat yoldaşlarının məzarları yerləşir.[2]

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  2. 1 2 3 4 5 6 Mkrtçyan, 1989. səh. 144
  3. Джалалянц, С. Путешествие в Великую Армению (ч.2). Тифлис. 1858. 243.
  4. 1 2 3 Mkrtçyan, 1989. səh. 143
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989