Çavdar tatarları
Çavdar tatarları — monqol işğalları zamanı Anadoluya gəlmiş, adını son dəfə Ankara döyüşündə Teymurun tərəfinə keçməklə eşitdirmiş köçəri tayfa.
Kökənləri haqqında tarixi qaynaqlar mübahisəlidir. Adlarını Alınaq Noyanın oğlu Çavdar bəydən aldıqları iddia edilir. Bu versiyaya görə, Çavdar tatarları keraitdir.
Bir digər iddia isə adlarını 24 Oğuz boyundan biri olan Çavuldurlardan aldıqları və özlərini türkmən olduqlarıdır.
İlk dinləri bilinməyir. Osmanlı ilə ilk qarşılaşdıqları və Germiyanoğulları daxilində olduqları zaman islam dininə artıq keçmişdilər.
Çavdar tatarları Anadoluya monqol işğalı ilə gəlmiş, Ankara və Əskişəhər arasında köçəri həyat sürmüşlərdir. Keçimlərini heyvandarlıq və yağma ilə təmin etmişdirlər. Elxanlı hakimiyyətinin Anadoluda zəifləməsiylə bəyliklərə muzdlu əsgərlik etməyə başlamışlardır.