Əbu Əli Çağani
Əbu Əli Çağani (?-955) — Çağaniyanın Möhtaclılar sülaləsindən olan əmiri.
Samanilər sülaləsindən olan Əmir II Nəsrin (914–943) ölüm xəbəriylə Xorasana gələn Əbu Əli, Əmir I Nuhun (943–954) əmriylə o sırada Büveyhilərin əlinə keçmiş olan Rey üçün səfər hazırlıqlarını tamamlayaraq Büveyhilər üzərinə hərəkətə keçdi. Əbu Əlinin Buxaradakı yoxluğundan faydalanan düşmanları onun xalqa qarşı pis davranışını önə sürərək Əmirin gözündən salmağı bacardılar. Qardizi, Əbu Əlinin Buxaradakı ən böyük düşmanı olaraq vəzir Məhəmməd bin Əhmədi göstərir. Rey səfəri əsnasında Əmir Nuh tərəfindən göndərilən Arızın əsgərlərə qarşı pis davranışı, ordu içərisində baş qaldırmalara səbəb olmuş, ehtiyaçları ödənməyən əsgərlər maaşlarını vaxtlı-vaxtında ala biməyincə Əbu Əlinin adamları, Əmir Nuhun əmisi İbrahim bin Əhmədə məktub yazaraq ona əmirlik təklifində bulunmaya qərar verdilər.
Bunu xəbər alan Əbu Əli hər nə qədər onları əməllərindən vaz keçirməyə çalışdıysa da, adamlarının təhdidləri üzərinə onların doğrultusunda hərəkət etməyə başladı. Əbu Əlinin üsyan etməsinin ən böyük nədəni bizcə onun Xorasan sipəhsalarlığından alınaraq yerinə İbrahim bin Simcurun təyin edilməsidir.. İbn Miskəveyh və İbn əl-Əsirin İraqlı tarixçilər olaraq söz etdiyi şəxslər, Əbu Əli ilə Əmir Nuhun aralarının açılmasının səbəbini İmadüddövlə Büveyhə bağlayırlar. Onlara görə İmadüddövlə bir yandan Əmir Nuha məktublar yazaraq Reyin ona verilməsini, bunun qarşılığında Əbu Əlinin Rey üçün verdiyi xəracdan yüz min dinar daha artıq ödəmə edəcəyini və Əbu Əliyə qarşı diqqətli olmasını bildirirkən, digər yandan da Əbu Əliylə xəbərləşərək, onu Əmir Nuha qarşı qızışdırır və əgər ona qarşı vuruşarsa, onu dəstəkləyəcəyini vəd edirdi.
Bütün bu saydığımız nədənlərlə hərəkət edən Əbu Əli, sərkərdələrinin arzularına boyun əydi və Əmirin əmisi İbrahim bin Əhmədə məktub yazaraq ona əmirlik təklif etdi.