Birinci Çağan

Birinci ÇağanAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.

Birinci Çağan
40°43′25″ şm. e. 48°33′38″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şamaxı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 168 nəfər
Xəritəni göstər/gizlə
Birinci Çağan xəritədə
Birinci Çağan
Birinci Çağan

Birinci Çağan kəndi [1]Şamaxı rayonu Dədəgünəş i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Əhalisi 184 nəfərdir (2009), 44 təsərrüfatı var. 1886 il əhalini siyahıyaalma sənədində Şamaxı qəz. Böyük Çağan (60 ailə, 489 nəfər) kənd adı qeydə alınmışdır.

Kənd Çağan mineral bulağının yaxınlığında məmmədsəlimli nəsli tərəfindən salındığı üçün əvvəllər Çağan Məmmədsəlimli adlanmışdır. Sonralar bu kənd yalnız bulağın adı ilə adlandı. Çağan türk-monqol dillərində “ağsu” deməkdir. Q.E.Markov Çağanın oğuzların bır hissəsi olduğunu qeyd edir. Ümumiyyətlə araşdırmalar nəticəsində belə fikirə gəlmək olar ki, müxtəlif variantlı “çağan”, “sağan”, “saqan” toponimləri eyni kökdən olub. Çağan həm də çöl zonasının dağlıq hissələrinə məxsus qarağan koluna bənzər bitki adıdır. Əvvəllər Çagan bitkisinin kötüyündən “ağ” yun ipi daha da ağartmaq üçün aşqar kimi istifadə edirdilər. Həmin bitkidə ağardıcı xassəsinin olması ilə çox güman ki, Çoğan adlandırılmışdır. Bu da Çağan sözünün mənasının monqolca “tsaqan” – ağ sözündən olmasını təsdiqləyir.

Kənd əhalisi 168 nəfərdir ki, onunda 83 nəfəri kişi, 85 nəfəri isə qadınlar təşkil edir.

  1. (#empty_citation)
  • Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 100
  • N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.82