Çığırtma

Bu sözün yayılma arealı genişdir. Xüsusən toyuq ətindən bişirilir. Badımcanla da bişirilə bilər. Soğanı yağda qızardandan sonra ora duz, istiot və toyuğun doğranmış əti, su əlavə edilir. Və ya soğanı yağda qızardır, əvvəlcə ora pomidor, şirin bibər, zövqə görə acı bibər sonda isə badımcan tökülür, qarışdırılır. - Anam çığırtmanı elə gözəl bişirir ki! (Naxçıvan) “Çığırtma” sözünün əsasında “çığırmaq” feili dayanır. Sözün əsası ilə -ma şəkilçisi arasına “t” samiti də əlavə edilməklə düzəlmişdir. -ma şəkilçisi bəzi türk dillərində məişətlə bağlı çoxlu sayda sözlərin yaranmasına xidmət göstərmişdir. Axısqa türklərinin dilində bu söz “çiğirtmə” (i-ı əvəzlənməsi) şəklində işlədilir. S. Altaylının “Azərbaycan türkcəsi sözlüyü”ndə qeyd edir ki, çığırtma “qızarmış pomidor, badımcan və ya doğranmış ətlə bişirilən yemək” (içinə bəzən yumurta da əlavə edilir) mənasında Azərbaycan dilində işlənir (21, 202)
Çəymə
Çırpma
OBASTAN VİKİ
Qiymə-çığırtma
Qiymə-çığırtma — Azərbaycan ərazisində yayğın olan qədim yemək növlərindən biri. Qoyun əti – 163 q. Baş soğan – 40 q. Ərinmiş yağ – 25 q. Yumurta – 2 ədəd. Şüyüd – 12 q. Zəfəran – 0,1 q. İstiot – 0,1 q. Duz –zövqə görə. Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur.
Çığırtma plov
Qiymə-çığırtma plov
Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz. Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.
Badımcan çığırtması

Значение слова в других словарях