özbəkcə
özcə 2021
OBASTAN VİKİ
Özbəklər
Özbəklər – Türk xalqlarından biri. Özbəklər Özbəkistanda əhalinin 80%-dən çoxunu təşkil edir , həmçinin kompakt halda Əfqanıstanda , Tacikistanda , Qazaxıstanda , Qırğızıstanda , Türkmənistanda və Pakistanın Kəraçi şəhərində , dağınıq halda isə dünyanın bir çox ölkəsində yaşayırlar. Özbəklər türk xalqlarının uyğur qrupuna aiddir. == Adın mənşəyi == Men Oʻzbekman oʻzimga bekman – mən Özbəyəm özümə bəyəm. Yəni, mən müstəqiləm deməkdir. == Məskunlaşma arealı == == Əfqanıstan == Özbəklər Əfaqanıstanda Puştunlardan, Taciklərdən və Həzaralardan sonra ölkə əhalisinin 4-cü ən böyük etnik qrupudurlar. Əksər təxminlərə əsasən onlar ölkə əhalisinin 9%-ini təşkil edirlər. Özbəklərin Əfqanıstanda məskunlaşdıqları vilayətlər : Fəryab vilayəti – 53.5%-i özbəklərdir . Cövzcan vilayəti – 39.5%-i özbəklərdir . Səməngan vilayəti – 22.1%-i özbəklərdir .
Özbəklərin Xorasana yürüşü (1578)
Özbəklərin Xorasana yürüşü — Xorasanın 1578-ci ildə özbəklər tərəfindən işğal edilməsi nəzərdə tutulur. == Arxa plan == Xorasan uzun müddət idi ki, Şeybanilər dövləti ilə Səfəvi imperiyası arasında münaqişə mənbəyi olaraq qalmaqda idi. 1510-ci ildə baş vermiş Mərv döyüşündə Şah İsmayıl Şeybaniləri məğlub edib bütün Xorasanı ələ keçirsə də, bu torpaqlara özbək yürüşləri sonrakı dövrlərdə də təkrarlanmışdır. Xüsusən Osmanlı imperiyası ilə aramsız müharibələrin getdiyi Şah I Təhmasib dövründə Osmanlı ilə əməkdaşlıq edərək özbəklər Xorasana olan hücumlarını daha da artırmışdılar. Belə mərhələlərdən biri də, 1578-ci ildir. Bu ildə 1555-ci ildə imzalanmış Amasya sülh müqaviləsi ilə dayandırılmış Osmanlı ilə müharibə artıq yenidən başlamışdı. Qərb sərhədləri boyunca Osmanlı ordusu ilə döyüşən Səfəvi imperiyasında 1576-cı ildə I Təhmasibin ölümündən sonra daxili qarışıqlıqlar da artmışdı. Bütün bunları əldə fürsət bilən özbəklər 1578-ci ildə yenidən Xorasana hücum etdilər. == İşğal == Xorasanın özbəklər tərəfindən işğalı 1578-ci ildə həyata keçirildi. Şeybanilərin Mərvdəki komandanları olan Cəlal xan Özbək Şeybani ordusuna komandanlıq etməkdəydi.