Özbəklər
Özbəklər – Türk xalqlarından biri. Özbəklər Özbəkistanda əhalinin 80%-dən çoxunu təşkil edir , həmçinin kompakt halda Əfqanıstanda , Tacikistanda , Qazaxıstanda , Qırğızıstanda , Türkmənistanda və Pakistanın Kəraçi şəhərində , dağınıq halda isə dünyanın bir çox ölkəsində yaşayırlar. Özbəklər türk xalqlarının uyğur qrupuna aiddir.
== Adın mənşəyi ==
Men Oʻzbekman oʻzimga bekman – mən Özbəyəm özümə bəyəm. Yəni, mən müstəqiləm deməkdir.
== Məskunlaşma arealı ==
== Əfqanıstan ==
Özbəklər Əfaqanıstanda Puştunlardan, Taciklərdən və Həzaralardan sonra ölkə əhalisinin 4-cü ən böyük etnik qrupudurlar. Əksər təxminlərə əsasən onlar ölkə əhalisinin 9%-ini təşkil edirlər.
Özbəklərin Əfqanıstanda məskunlaşdıqları vilayətlər :
Fəryab vilayəti – 53.5%-i özbəklərdir .
Cövzcan vilayəti – 39.5%-i özbəklərdir .
Səməngan vilayəti – 22.1%-i özbəklərdir .