ÖZÜNÜİDARƏ

самоуправление, умение вести себя в обществе
ÖZÜNÜBİLMƏMƏZLİK
ÖZÜNÜİTİRMƏ
OBASTAN VİKİ
Avropa Yerli Özünüidarəetmə Xartiyası
Avropa Yerli Özünüidarəetmə Xartiyası (ing. European Charter of Local Self-Government) — 1985-ci ildə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən qəbul edilmiş və yerli hökumətlərin fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirən ən vacib çoxtərəfli sənəddir. == Tarixi == Avropa Yerli Özünüidarəetmə Xartiyası, 15 oktyabr 1985-ci il tarixdə Avropa Şurasına üzv dövlətlər tərəfindən imzalanmaq üçün açıldı və 1 sentyabr 1988-ci ildə qüvvəyə mindi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı Xartiyanı imzaladı və təsdiqlədi. Son ölkə, sənədi 2013-cü ilin oktyabrında təsdiqləyən San Marinodur. Xartiya dövlətləri öz daxili qanunvericiliyində qeyd etməyi və bələdiyyələrin siyasi, inzibati və maliyyə müstəqilliyini təmin edən bir sıra hüquq normalarını praktik olaraq tətbiq etməyi öhdəsinə götürür. Eyni zamanda, yerli idarəetmənin muxtariyyətinin konstitusiya ilə tənzimlənməsinə ehtiyac yaradır. Üstəlik, Xartiya Avropa Şurasına üzv dövlətlər tərəfindən köməklik prinsipinə əməl olunmasını təmin edən ilk qanuni sənəddir. Beləliklə, yerli hakimiyyət orqanları yerli əhalinin maraqları naminə və öz məsuliyyətləri altında dövlət öhdəliklərinin əhəmiyyətli bir hissəsini idarə etməli və nəzarət etməlidirlər. Subtiplik prinsipinə uyğun olaraq, Nizamnamə dövlət öhdəliklərinin əhaliyə ən yaxın səviyyədə həyata keçirilməsini və daha yüksək inzibati səviyyəyə istinad edilməsini, yalnız yerli administrasiyalar tərəfindən bu cür tapşırıqların həlli səmərəsiz və ya mümkünsüz olduqda göstərir.
Bakı Şəhər İctimai Özünüidarəsi
Bakı Şəhər İctimai Özünüidarəsi — Bakı şəhərinin özünüidarə orqanı vəya bələdiyyə. == Tarixi == Rusiya senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə Bakı Şəhər Duması yaradılmışdı. Fevral inqilabından sonra ləğv edilmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918, sentyabr) isə fəaliyyəti bərpa olunmuşdu. 1918-ci il iyulun 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti İctimai Özünüidarələrinin fəaliyyətinin bərpa olunması haqqında qərar qəbul etdi. Sentyabrın 18-də isə Bakı Şəhər İctimai Özünüidarəsi Rusiya Müvəqqəti hökumətinin 1917-ci il 9 iyun tarixli qanunu əsasında seçilmiş tərkibdə bərpa edildi. Şəhər dumasına tərkibini, öz mülahizəsinə görə, artırıb 80 nəfərə çatdırmaq, həmçinin, şəhər idarəsi işçilərinin sayını artırmaq hüququ verildi. Dumanın 19 sentyabrda şəhər başçısı Pyotr İlyuşkin sədrliyi ilə iclası keçirilmiş iclasda keçmiş deputatlar haqqında məlumat toplamaq üçün xüsusi komissiya yarandı. Sentyabrın 21-də keçirilən iclasa bu komissiyanın sədri Qasım Qasımzadə 1917-ci ildə seçilən 105 Duma üzvdən 34-nün (10-u azərbaycanlı, 24-ü qeyri-millətlər) şəhərdə olduğunun məlumatını verdi. Komissiya Dumanın tərkibini yeni deputatlar hesabına bərpa etmək üçün 46 nəfərin (33-ü azərbaycanlı, 13-ü qeyri-millət) namizədliyi açıq səs vermə yolu ilə qəbul edilmişdir. Bələdiyyənin yeni tərkibi əvvəlki Duma tərkibindən fərqlənirdi.
Gəncə Şəhər Özünüidarəsi
Gəncə Şəhər Duması — 1892-ci ildə yaradılan Gəncə şəhərinin yerli idarə oqranı. == Haqqında == === 1892–1917-ci illərdə === 1892-ci ildə Gəncədə yerli idarə oqranı olan Şəhər Duması yaradıldı. Gəncə qubernatorunun göstərişi ilə duma üzvlərinin siyahısı hələ 1896-cı il martın 6-da elan edilmişdi. Mart ayının 8-də Gəncə Şəhər Duması deputatlarının təntənəli surətdə 1. iclası açıldı və iclasda şəhər özünüidarəsinin ştat vahidləri təsdiq edildi, onların vəzifələri müəyyənləşdirildi. Gəncə şəhər Duması vergi və ödənclərin toplanılması, bazarın açılması, şəhərin sanitariyasına nəzarət, yanğına qarşı mübarizə, bəzi mədəni–kütləvi tədbirlər və s. məsələlərlə məşğul olmalı idi. Dumanın 1900-cü il 20 mart tarixli iclasının qərarı ilə Gəncə qubernatoru, Qafqaz canişininin qarşısında şəhərin baş planına əsasən bəzi küçələrin və məhəllələrin genişləndirilməsi və abadlaşdırılması məsəlsini qoydu. Qafqaz canişini Gəncə şəhər Duması deputatlarının tələbini yerinə yetirməyə məcbur oldu və işin icrasına göstəriş verdi. Gəncə Şəhər Dumasının 60 üzvündən 7 nəfərini Rəfibəylilər təşkil edirdi.
Subyektin özünüidarəetmə identifikasiya kodu
Subyektin özünüidarəetmə identifikasiya kodu (alm. Amtlicher Gemeindeschlüssel‎) — bəzi ölkələrdə (Almaniya, Avstriya, İsveçrə) şəxsi idarəetmə subyektin birmənalı şəkildə müəyyənləşdirmək üçün istifadə olunan rəqəmsal ardıcıllıq. Regionları müəyyənləşdirmək üçün istifadə olunan digər sistemlər də mövcüddur (poçt indeksi, NUTS). Almaniyada identifikasiya kodları əsasən statistik məqsədlər üçün istifadə edilir və dövlətin statistik orqanları onları vermək üçün məsuliyyət daşıyırlar. Almaniyada identifikasiya kodu 8 rəqəmdən ibarətdir. İlk İki rəqəmi torpaq, üçüncüsü — inzibati rayon. İnzibati rayonlar olmadığı torpaqlarda üçüncü rəqəm 0 təşkil edir. Dördüncü və beşinci rəqəmlər rayonun və ya şəhərin torpaq tətərfdən idarə edilməsinin, altıncı, yeddinci və səkkizinci — yerli hökumətin aktual subyektini özünüidarəetməni göstərir. 08 1 11 000 — Ştutqart 08 — Baden-Vürtemberq torpağı 1 — Ştutqart inzibati rayonu 11 — Ştutqart torpaq tabeliyində olan şəhəri 000 — (torpaq tabeliyində olan bir şəhər olaraq, Ştutqartda daha bir bölmə yoxdur) Federativ dövlətlər şimaldan cənuba (1-9), Almaniyanın Federativ Respublikasına (10) və əlifba sırasına (11-16) qoşulma xronoloji qaydada verilir. 01: Şlezviq-Qoltşteyn 02: Qamburq 03: Aşağı Saksoniya 04: Bremen 05: Şimali Reyn — Vestfaliya 06: Qessen 07: Reynland-Pfalts 08: Baden-Vürtermberq 09: Bavariya 10: Saar 11: Berlin 12: Branderburq 13: МMeklenburq — Pomeraniya 14: Saksoniya 15: Saksoniya-Anxalt 16: Türinqiya Almaniyanın Statistika İdarəsi (alm.) Avstriyanın identifikasiya kodu 5 rəqəmdən ibarətdir.
Yerli özünüidarəetmə
Yerli özünüidarəetmə — yerli ərazi vahidi əhalisinin (ərazi kollektivini) və bu əhalini təmsil edən seçkili orqanların yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti. Yerli özünüidarəetməyə müasir baxışın əsasını bu idarəetmənin təbiəti və mahiyyəti haqqında XIX əsr alimlərinin əsərlərində irəli sürülən nəzəri fikirlər təşkil edir. Qeyd etmək lazımdır ki, bu fikirlər bir-birindən əsaslı surətdə fərqlənirdi.Bəzi mütəfəkkirlər yerli özünüidarəetməni dövlətdən asılı olan,əhaliyə ümumdövlət standartlarında və mərkəzi hökumətin ümumi siyasi kursuna uyğun xidmət göstərən dövlət mexanizminin əksmərkəzləşmiş forması hesab edirlər. Digər alimlər isə yerli özünüidarəetmə haqqında icma anlayışına sadiq qalaraq yerli hakimiyyət orqanlarının özünəməxsus müstəqilliyini müdafiə edirlər. Bu müstəqillik öz təsdiqini bu orqanların bilavasitə xalq və ya onun iştirakı ilə formalaşmasında, onların sərbəstliyində tapır. Sərbəstliyi xarakterizə edən amil isə yerli özünüidarəetmə orqanlarının şəxsi maliyyə (yerli büdcə və büdcədənkənar fondlar), maddi (bələdiyyə mülkiyyəti) və bəşəri (bələdiyyə qulluqçuları) resurslara və hüquqi səlahiyyətlərə (hüquqi şəxs qismində müqavilələr bağlamaq və iddia qaldırmaq) malik olmasıdır. Yerli özünüidarəetmənin tarixi kökləri, demək olar ki,bütün dünya xalqlarında mövcud olan ümumi maraqları əhatə edən məsələlərin həlli istiqamətindəki adət-ənənələrlə bağlıdır. Bu gün dünyanın inkişaf etmiş ölkələrində mövcud olan yerliözünüidarəetmə sistemləri öz varlığını əsasən XIX əsrin bələdiyyə islahatlarına borcludur. Bu qurumların təşəkkülü feodal cəmiyyətdən sənayeləşmiş cəmiyyətə keçid prosesləri ilə sıx əlaqəli idi. Yeni doğulan burjuaziyanın istehkamını hələ orta əsrlərdə yerli əhəmiyyətli məsələlərin həllində mərkəzi hakimiyyətin müdaxilə və nəzarətindən müəyyən dərəcədə müstəqillik əldə etmiş şəhərlər təşkil edirdi.
Yerli özünüidarəetmə orqanı
Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, konstitusiya və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. "Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir. Yerli əhali — Bələdiyyə ərazisində daimi yaşayan əhali. Yerli referendum — Əhalinin yerli səsverməsidir. Bələdiyyə mülkiyyəti — bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Ümumiyyətlə, xarici təcrübədə yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur.

Значение слова в других словарях