Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müridizm
Müridizm — İslamda mənəviyyatın inkişaf yollarını göstərən Təsəvvüf təlimin bir cərəyanı. Qafqazda müridizmin banisi Şeyx Muhamməd bu hərəkatı ləzgilərin arasında Rus İmperyasina qarşı savaşmaq üçün yaradır, lakin sonra bütün Qafqaz xalqların arasında yayılır. Şeyxin üsyanlara rəhbərlik edən iki ən tanınmış tələbələri avar İmam Şamil və ləzgi İmam Qazi Muhamməddir. İslam təsəvvüfünə görə mürid, özünü dinə, yəni İslama təslim edən şəxsə verilən addır. Ancaq Qafqaz xalqlarının dilində mürid sözü təsəvvüflə birlikdə ruslara qarşı savaşmaq anlamında da işlənmişdir. Müridlər uzun illər ruslara qarşı azadlıq mübarizəsi apardıqlarından, bu sözü bir "din döyüşçüsü" kimi də ifadə etmək olar. Müridizm hərəkatına iştirak edən insanların çoxu kəndlilər idi. Bu insanların bir çoxu müridizmin onları azadlığa çıxaracağına və rusları Qafqazdan qovacağına inanırdı. Müridizm əslində Nəqşibəndi təriqətinin mənsubları tərəfindən mənimsənən bir hərəkat idi. Müridlər, hökm etdikləri bütün Qafqaz xalqlarından İslam şəriətinə və peyğəmbərin sünnətinə uyğun yaşamağı tələb edirdilər.
Muralizm
Monumental boyakarlıq və ya muralizm — memarlıqla bağlı olan, lakin müstəqil ideya məzmunu və bədii ifadə vasitələrinə malik iri boyakarlıq əsərləri. Monumental boyakarlığa süjetli pannolar, mozaika və ya freskalardan ibarət divar rəsmləri daxildir. Monumental boyakarlıq Qədim Misir, Çin, Hindistan, Yunanıstan və Roma incəsənətində mühüm yer tutmuşdur. Bizans və Qədim Rus incəsənətində təsviri sənətin ən geniş yayılmış növü monumental boyakarlıq olmuşdur. Monumental boyakarlığın çiçəklənmə dövrü XIV–XVI əsrlərə təsadüf edir. İtaliyada Renessans dövrünün görkəmli rəssamlarının (Cotto, Rafael, Leonardo da Vinçi, Mikelancelo, Veronoze və b.) yaradıcılığında özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Monumental boyakarlıq orta əsrlərdə Şərq ölkələrində də geniş yayılmışdı (Hindistanda Acanta, Orta Asiyada Pəncikənd və s.). Kapitalizm dövründə, xüsusilə XIX–XX əsrin əvvəllərində monumental boyakarlıq tənəzzülə uğramışdır. Müasir dövrdə monumental boyakarlıq Avropanın və Latın Amerikasının bir çox ölkəsində (xüsusilə Meksikada Dieqo Rivera, Xose Klemente Orosko, Xose David Alfaro Sikeyros və başqalarının yaradıcılığında) geniş yayılmışdır. İslam dininin məhdudlaşdırıcı təsirinə baxmayaraq, Azərbaycanda da monumental boyakarlıq əsərləri yaradılmışdı (Şəki xanları sarayının divar rəsmləri və s.).
Muradım (Avurğazı)
Muradım (başq. Мораҙым, rus. Мурадым) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 42 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Atım mənim, muradım mənim (film)
Atım mənim, muradım mənim qısametrajlı sənədli televiziya filmi Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir. == Məzmun == Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir.