ünvan-təqvim 2021
ünvanlamaq
OBASTAN VİKİ
Şəbəkə ünvanlama texnologiyaları
Kompüter şəbəkələrində kompüterlərin bir birini birmənalı şəkildə identifikasiya etməsi üçün onlara ünvanlar verilir. Ünvanların əsas növləri aşağıdakılardır: Fiziki (lokal) ünvan - altşəbəkə hüdudunda qovşaqların identifikasiyası üçün istifadə edilir, məsələn, МАС (Media Access Control  Daşıcıya girişin idarə edilməsi), əgər alşəbəkə Ethernet, Token Ring, FDDI texnalogiyalarını istifadə edirsə və ya IPX-ünvan, əgər altşəbəkə IPX/SPX texnalogiyasını istifadə edirsə; Şəbəkə ünvanı (IP-ünvan) - mürəkkəb kompüter şəbəkələrində (altşəbəkələrdə) qovşaqların identifikasiyası üçün istiadə edilir; Domen adı – kompüter şəbəkəsində qovşaqların simvol identifikatorudur; Resursların universal identifikasiyası (URL - Uniform Resource Locator) - kompüter şəbəkəsində (İnternetdə) kompüterlərin, kataloqların və ya faylların birmənalı identifikasiyası sistemidir. == MAC-ünvan == Qovşağın fiziki (lokal) ünvanı onun daxil olduğu şəbəkənin istifadə etdiyi texnologiya ilə müəyyən olunur. Lokal şəbəkə qovşaqları üçün, bu, şəbəkə adapterinin MAC-ünvanıdır, məsələn, 11-А0-17-3D-BC-01. Bu ünvan avadanlığın istehsalçısı tərəfindən təyin olunur və unikal ünvandır. Lokal şəbəkələrin bütün mövcud texnologiyaları üçün MAC-ünvan 6 bayt formata malikdir: yuxarı 3 bayt istehsalçı şirkətin identifikatorudur, aşağı 3 bayt isə unikal şəkildə istehsalçı tərəfindən təyin olunur. Qlobal şəbəkəyə (məsələn, X.25 və ya Frame relay şəbəkəsinə) girən qovşaqlar üçün lokal ünvan qlobal şəbəkə inzibatçısı tərəfindən təyin olunur. Kanal səviyyəsinin əksər protokolları IEEE tərəfindən idarə olunan üç MAC-ünvanlar fəzasından birini istifadə edir: MAC-48, EUI-48 və EUI-64. Hər bir fəzadakı ünvanlar nəzəri olaraq qlobal şəkildə unikal olmalıdır. Heç də bütün protokollar MAC-ünvanı istitifadə etmir və heç də MAC-ünvanı istifadə edən bütün prtokolların ünvanların belə qlobal ünikallığına ehtiyacı yoxdur.
Nəqliyyat protokollarının elementləri (ünvanlama,qoşulmanın yaradılması)