ünvan-təqvim 2021
ünvanlamaq
OBASTAN VİKİ
Şəbəkə ünvanlama texnologiyaları
Kompüter şəbəkələrində kompüterlərin bir birini birmənalı şəkildə identifikasiya etməsi üçün onlara ünvanlar verilir. Ünvanların əsas növləri aşağıdakılardır: Fiziki (lokal) ünvan - altşəbəkə hüdudunda qovşaqların identifikasiyası üçün istifadə edilir, məsələn, МАС (Media Access Control  Daşıcıya girişin idarə edilməsi), əgər alşəbəkə Ethernet, Token Ring, FDDI texnalogiyalarını istifadə edirsə və ya IPX-ünvan, əgər altşəbəkə IPX/SPX texnalogiyasını istifadə edirsə; Şəbəkə ünvanı (IP-ünvan) - mürəkkəb kompüter şəbəkələrində (altşəbəkələrdə) qovşaqların identifikasiyası üçün istiadə edilir; Domen adı – kompüter şəbəkəsində qovşaqların simvol identifikatorudur; Resursların universal identifikasiyası (URL - Uniform Resource Locator) - kompüter şəbəkəsində (İnternetdə) kompüterlərin, kataloqların və ya faylların birmənalı identifikasiyası sistemidir. == MAC-ünvan == Qovşağın fiziki (lokal) ünvanı onun daxil olduğu şəbəkənin istifadə etdiyi texnologiya ilə müəyyən olunur. Lokal şəbəkə qovşaqları üçün, bu, şəbəkə adapterinin MAC-ünvanıdır, məsələn, 11-А0-17-3D-BC-01. Bu ünvan avadanlığın istehsalçısı tərəfindən təyin olunur və unikal ünvandır. Lokal şəbəkələrin bütün mövcud texnologiyaları üçün MAC-ünvan 6 bayt formata malikdir: yuxarı 3 bayt istehsalçı şirkətin identifikatorudur, aşağı 3 bayt isə unikal şəkildə istehsalçı tərəfindən təyin olunur. Qlobal şəbəkəyə (məsələn, X.25 və ya Frame relay şəbəkəsinə) girən qovşaqlar üçün lokal ünvan qlobal şəbəkə inzibatçısı tərəfindən təyin olunur. Kanal səviyyəsinin əksər protokolları IEEE tərəfindən idarə olunan üç MAC-ünvanlar fəzasından birini istifadə edir: MAC-48, EUI-48 və EUI-64. Hər bir fəzadakı ünvanlar nəzəri olaraq qlobal şəkildə unikal olmalıdır. Heç də bütün protokollar MAC-ünvanı istitifadə etmir və heç də MAC-ünvanı istifadə edən bütün prtokolların ünvanların belə qlobal ünikallığına ehtiyacı yoxdur.
Nəqliyyat protokollarının elementləri (ünvanlama,qoşulmanın yaradılması)
== Ünvanlama == Tətbiqetməyə uzaqdan qoşulmaq üçün istifadəçi hansına qoşulmağı bilməlidir.Belə vəziyyətdə nəqliyyat adresini müəyyən etməklə tətbiqetməni izləmək mümkün olunur.Şəbəkədə bu ünvanlar portlar adlanır.Nəqliyyat səviyyəsində bu ünvanları TSAP adlandırırlar.Şəbəkə səviyyəsində isə bu ünvanları NSAP adlandırırlar.İP ünvanlar bu NSAP-lara misaldır. Şəkildə NSAP,TSAP və nəqliyyat birləşmələri arasında əlaqə təsvir edilmişdir.Klient və host da öz daxilində TSAP ünvanlamaq üçün lokal TSAP yaradırlar.Her bir host və klientdə ayrı-ayrı TSAP və NSAP olmasının səbəbi nəqliyyat ünvanlarını bir-birindən ayırmaqdır. Nəqliyyat zamanı baş verə biləcək senaryolardan biri də aşağıdakı ola bilər- 1.Bir poçt serveri prosesləri,gələn xəbərləri izləmək üçün host 2-də TSAP 1522 ünvanını saxlayır.TSAP ünvanına olan müraciət və qoşulma şəbəkə modelindən asılı olmayıb əməliyyat sistemindən asılıdır.Misal üçün bu "Qulaq As" əmri ola bilər. 2.Host 1-də tətbiqetmə poçt göndərmək istəyir.Bu zaman o TSAP 1208 ünvanı vasitəsilə təyinat ünvanı olan Host 2-də yaradılan TSAP 1522 ünvanına qoşulma istəyi göndərir. 3.Tətbiqetmə vasitəsilə poçt göndərilir. 4.Poçt server poçtun çatacağını bildirir.Host 2-də TSAP-a qoşulan və eyni NSAP-da qoşulmağı gözləyən istəklər də ola bilər 5.Qoşulma kəsilir. Bəs host 1-də istifadəçi prosesi TSAP 1522-nin poçt portu olduğunu necə bilir? Mümkün hallardan biri budur ki, bu port uzun müddətdir poçt ünvanı kimi istifadə olunur və bütün şəbəkə bunu öyrənib.Göstərdiyimiz modeldə servisin bilinən TSAP ünvanları sıralanmış şəkildə bir faylda var.Bu UNİX əməliyyat sistemlərində /etc/services faylıdır ki, burada poçt servisi TCP 25 portuna aiddir. Kiçik nömrəli TSAP ünvanları adətən əsas servislər üçün istifadə olunur və onlar dəyişilməməlidir.Adətən bir istifadəçi əməliyyatının digər istifadəçi ilə qoşulma yaratması üçün sabit TSAP ünvanı olmur və qısa zaman sonra istifadə olunmur. Bu vəziyyəti idarə etmək üçün port xəritəsi yaradılır və burada xüsusi əməliyyatlar saxlanılır.Misal üçün bir istifadəçi əməliyyatının TSAP ünvanını tapmaq üçün əməliyyat port xəritəsinə müraciət edir.Burada servisin adını bildirdikdə port xəritəsi həmin servisin TSAP ünvanını qaytarır.
беспри́вязно искове́рканный обчи́нивать открепи́ть отслу́живание пенькотрепа́льный подста́ть по́ры высоконра́вственный зубри́лка растреща́ться стере́чь aerometry all- draining-board knowledge base messieurs Scorpius speedway unspiritual войсковой переносимый подслушать услаждаться флаг-капитан