ÜÇQAT

прил.
1. трёхслойный (состоящий из трех слоев). Üçqat dikt трехслойный дикт
2. разг. трёхэтажный. Üçqat ev трехэтажный дом
3. трёхкратный. Üçqat dünya çempionu трехкратный чемпион мира
ÜÇQAPILI
ÜÇQATLI
OBASTAN VİKİ
Üçqat akkreditasiya
Üçqat akkreditasiya (ing. Triple accreditation) ― idarəetmə təhsili verən bir ali təhsil qurumunun və ya həmin qurum nəzdnindəki elmi vahidin dünyamiqyaslı üç əsas akkreditasiyadan (AACSB, AMBA, EQUIS) keçməsi halı. Dünyada idarəetmə məktəblərinin 1%-i üçqat akkreditasiyalıdır. Proses iki ABŞ (AACSB və AMBA) və bir Avropa İttifaqı (EQUIS) mənşəli mötəbər akkreditasiya təşkilatının namizəd ali təhsil müəssisəsi, yaxud müvafiq vahidi üzərində uzunmüddətli monitorinqi ilə başlayır. Bu zaman kəsiyində əgər kriteriyalar ödənilərsə yalnız bu halda üçqat akkreditasiya olunur. Tələblərin yerinə gətirilməsi həm institusional, həm də intellektual potensial tələb etdiyindən dünya üzərində sözügedən akkreditasiyanı tamamlayan ali təhsil müəssisələri yaxud elmi vahidlər olduqca nüfuzlu hesab olunurlar. Məhz bu səbəbdəndir ki, dünya idarəetmə məktəblərinin yalnız 1% sözügedən titula malikdir.
Üçqat rabitə
Kimyada üçqat rabitə, bir kovalent tək əlaqədə adi iki əvəzinə altı əlaqə elektronunun iştirak etdiyi iki atom arasındakı kimyəvi rabitədir. Üçlü rabitələr ekvivalent tək rabitə və ya ikiqat rabitədən daha güclüdür. Ən çox yayılmış üçqat rabitə azot N2 molekulundadır; Ən çox yayılmış ikincisi, alkinlərdə tapıla bilən iki karbon atomu arasında olmasıdır. Tərkibində üçlü bağ olan digər funksional qruplar siyanidlər və izosiyanidlərdir. Dinitrogen və karbon monoksit kimi bəzi diatomik molekullar da üçqat bağlanır. Skelet formullarında üçlü bağ iki bağlı atom arasında üç paralel xətt (≡) şəklində çəkilir.
Üçqat Sosialist Əməyi Qəhrəmanı
Üçqat Sosialist Əməyi Qəhrəmanı — 15 nəfər bu ada layiq görülmüşdür.
Üçqat Sovet İttifaqı Qəhrəmanı
Üçqat Sovet İttifaqı Qəhrəmanı (rus. Трижды Герои Советского Союза) — 3 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. Üçüncü dəfə Sovet İttifaqı qəhrəmanı adı verilən şəxslərə üç dəfə "Qızıl Ulduz" medalı verilir.
Üçqat zərbə (film, 1992)
Üçqat zərbə (ing. Triple Impact) — 1992-ci ildə ABŞ aktyoru Deyl Kukun iştirakı ilə çəkilən döyüş filmidir. Deyv və Ceyms peşəkar qaydasız döyüş ustalarıdır. Onlar itmiş qızılların axtarışındadırlar. Onlar əvvəlcə Banqkoka, sonra Amerikaya səyahət edirlər. Lakin onların səyahət zamanı düşmənləri gündən-günə artmağa başlayır... Üçqat zərbə — Internet Movie Database saytında.
Üçqatlı arxitektura
Üçqatlı arxitektura – three-tier architecture ~ трехуровневая архитектура ~ üç katmanlı mimari ~ proqram kompleksinin arxitekturasının bir növü; üçqatlı arxitektura üç əsas komponentin olmasını nəzərdə tutur: müştəri, tətbiqi proqramlar serveri və verilənlər bazası serveri. Müştəri (CLIENT) kompleksin son istifadəçiyə təqdim olunan interfeys (adətən, qrafik) komponentidir. Bu səviyyənin verilənlər bazası ilə birbaşa əlaqəsi olmamalıdır (təhlükəsizlik və genişlənəbilmə tələblərinə görə). Bu səviyyəyə, adətən, yetkiləndirmə (AUTHORIZATION) interfeysi, şifrləmə alqoritmləri, daxil edilən qiymətlərin mümkün formata uyğunluğu, terminala yüklənmiş verilənlər üzərində mürəkkəb olmayan əməliyyatlar (çeşidləmə, qruplaşdırma, qiymətlərin hesablanması) çıxarılır. Tətbiqi proqramlar serveri (APPLICATION SERVER) ikinci səviyyədə yerləşir, iş məntiqinin (BUSINESS LOGIC) əksər hissəsi orada cəmləşib. Ondan kənarda yalnız müştəriyə (terminallara) ixrac edilən fraqmentlər, eləcə də verilənlər bazasına salınmış məntiq elementləri (saxlanılan prosedurlar və triggerlər) qalır. Verilənlər bazası serveri (DATABASE SERVER) verilənlərin saxlanmasını təmin edir. O, bir qayda olaraq, verilənlər bazasının idarəedilməsi sistemləri (DBMS) vasitəsilə reallaşdırılır. Bu komponentə yalnız tətbiqi proqramlar serveri səviyyəsində bağlanmaq olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Значение слова в других словарях