Şabbir Əxtar
Şabbir Əxtar (1960, Pakistan – 2023, Oksford, Cənub-Şərqi İngiltərə[d]) — Britaniyalı müsəlman filosof, şair, tədqiqatçı, yazıçı və çoxdilli elm adamıdır. Oksford Universitetinin İlahiyyat və Dinlər fakültəsində fəaliyyət göstərən alimin maraq dairəsinə siyasi İslam, Quran təfsiri, İslamda fəlsəfi diskursun canlanması, islamofobiya, ekstremizm, terrorizm və xristian-müsəlman münasibətləri, həmçinin Əhdi-Cədidin İslami perspektivdən dəyərləndirilməsi kimi məsələlər daxildir. Şabbir Əxtar həm də Sorn Kyerkeqor tədqiqarçısıdır. Məqalələri həm akademik jurnallarda, həm də İngiltərə mətbuatında dərc olunmuş tədqiqatçı alimin bir neçə kitabı əsas islam dillərinə tərcümə edilmişdir.
2012-ci ildən indiyədək – Böyük Britaniya, Oksford Universitetinin İlahiyyat və Dinlər Fakültəsinin üzvü
2002-2011-ci illər Old Dominion Universitetində fəlsəfə dosenti, ABŞ
1994-1997-ci illər Beynəlxalq İslam Universitetində fəlsəfə dosenti, Malayziya
Şabbir Əxtarın dünyəvi cəmiyyətdə imanlı/dindar olmağın mümkünlüyü və mürəkkəbliyi haqqında ilk kitabı, Ağıl və İnamın Radikal Böhranı (1987) antiteist müəllif Keys Parsons tərəfindən "… geniş oxunmalıdır. O, ağıllı və aydın mühakimə edir. Onun arqumentləri, tənqid etdiyi şəxslərlə rəftarında ciddi ədalətli olmasından xüsusi mötəbərlik qazanır”.
Çağdaş İslam fəlsəfəsi
‘The Quran and the Secular Mind’ with Dr.