Ətaullah əfəndi Şanızadə
Mehmed Ətaullah əfəndi Şanızadə (d.1771-ö.1826)—Osmanlı tarixçisi və modern tibbin öncüsü, şair.
== Həyatı ==
Mehmed Ətaullah əfəndi Şanızadə 1771-ci ildə İstanbulda dünyaya gəlmişdi. Doğum tarixi tam olaraq dəqiq deyilsə də əsasən 1771-ci ildə doğulduğu qəbul edilir. Ancaq qaynaqlar, Şanizadənin 18 məhərrəm 1200-cü ildə (21 noyabr 1785) tədris icazənaməsini alıb müdərris olduğunu qeyd etdiyinə və on dörd-on beş yaşları müdərrislik üçün biraz erkən sayılacağına görə doğum tarixinin bundan bir neçə il daha geriyə getdiği söylənə bilər. Özəlliklə fiqh sahəsindəki bilgisiylə tanınan atası Hacı Mehmet Sadıq Əfəndi müdərrisliklərdə olmuş, Mədinə qazılığı sırasında vəfat etmiş (1791), bir çox risaləsi yanında məhkəmələrdə mötəbər bir əsər olaraq qəbul görən "Bədayius-sukuk"ü (Sakk-i Şanizadə, Şanizadə Sakki [İstanbul, 1284]) yazmışdır. Ailənin Şanizadə deyə anılması babasının atası Əhməd Əfəndinin “Daraqçı” ləqəbiylə tanınmasındandır. Kəlimə daha sonra Farsca qarşılığı olan “Şani” biçiminə dönmüşdür.
Şanızadə, elmiyə məsləyinə intisap etdikdən sonra Halıcıoğlu Mühəndisxanəsi və Süleymaniyə Tibb Mədrəsəsində təhsilini davam etdirdi. Daha öncə öyrəndiyi Ərəb və Fars dilləri ilə bərabər İtalyanca, Fransızca və Rumcanı da öyrəndi. Özəlliklə Latıncanı çox yaxşı bildiyi söylənir.