şaxduran

şaxduran (bot.)
şaxaşaxla 2021
şaxə
OBASTAN VİKİ
Şaxduran
Şaxduran (lat. Alchemilla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
İpəyi şaxduran
İpəyi şaxduran (lat. Alchemilla sericea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü. Türkiyə və İranda yayılmışdır.
Hirkan şaxduranı
Hirkan şaxduranı (lat. Alchemilla hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür. == Botaniki xarakteristikası == Çoxillik boz-yaşıl, ot bitkisidir. Gövdə 12-35 sm-ə qədər hündürlükdə, uzun saplaqlı, kökyanı yarpaqlıdır. Kökyanı yarpaqları iri deyil, böyrəkvari, 1-3,4 sm uzunluğunda, 1,5-5 sm enində, hamar, 7-9 qısa, qövsvari və ya yarımdairəvi bölümlü, aydın kəsilmiş aralarında 4-7 xırda-yumurtavari, küt dişiciklidir. Gövdə yarpaqları böyük deyil. Çiçək qrupu ensiz, azçiçəkli, budaqlı, çiçəklər boş yumurtacıqlı, 1,5–3 mm uzunluğunda və enindədir.
Qrossheym şaxduranı
Qrossheym şaxduranı (lat. Alchemilla grossheimii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. Çoxillik tünd-yaşıl ot bitkisidir. Gövdə 25 sm-ə qədər hündürlükdədir. Kökyanı yarpaqlar 2,5-5 sm uzunluğunda, 4-6 sm enində, böyrəkvari və ya dairəvi-böyrəkvari, bir qədər dalğalı və ya hamar, hər iki tərəfdən 7 bölümlü qövsvari və ya yarımdairəvi bölümlü, aydın görünən kəsikli, aralarında 5-6 yarım yumurtavari, küt dişiciklidir. Gövdə yarpaqları çox qısa bölümlü və çox dərin bölünmüş yarpaqaltlıqlıdır. Çiçək qrupu uzun budaqlı, kasa yarpaqları eynidir. Çiçəkləmə iyun, meyvələmə avqust aylarına təsadüf edir. Alp və subalp çəmənlərində bitir.