Sinan Şeyxi
Sinanəddin Yusif Gərmiyani Şeyxi (XIV əsr, Germiyanoğulları bəyliyi – 1431, Germiyanoğulları bəyliyi) — Türk Divan şairi.
XV əsr türk ədəbiyyatı tarixində Şeyxinin özünəməxsus yeri var. XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb. Şeyxi təxəllüslü Yusuf Sinanəddin Germiyani (?-1431) Germiyanda (Kütahiyədə) anadan olub. Öz təhsilini Germiyanda başa vurduqdan sonra biliyini artırmaq üçün İrana gedib, orada tibb, təsəvvüf, ədəbiyyat sahəsində savad alıb, göz həkimi ixtisasına yiyələnib. Ona tibblə məşğul olmasına görə adına həkim Sinan da deyiblər. İrandan Ankaraya dönüb, Hacı Bayram Vəli ilə yaxın olub, Şeyxi ləqəbini də bu üzdən alıb. Germiyanda göz həkimliyi edən Şeyxi əvvəl Germiyan hakimi II Yaqubun, sonra Süleyman şahın dönəmində, 1425-ci ildə Çələbi Mehmedin Karaman savaşı zamanı gözləri ağrıdığından onun gözünü müalicə edib, əvəzində Tokuzlular kəndi ona hədiyyə edilib. Şair 1431-ci ildə vəfat edib.
Onun əldə üç əsəri var.