şeyx
şeyxlik
OBASTAN VİKİ
Cəmilə Şeyxi
Cəmilə Şeyxi (farsca:جمیله شیخی) — əslən İran azərbaycanlılarından olan aktrisa və Atila Pisyaninin anasıdır. == Həyatı == 1930-cu ilin aprelin 30-da Təbriz şəhərində anadan olmuşdur. 2001-ci ilin may ayının 23-də Tehran şəhərində vəfat etmişdir. Məşhur İran teatr və film aktyoru Atila Pisyaninin anası, Sitarə Pisyaninin nənəsidir. == Karyerası == O səhnəyə ilk dəfə 1957-ci ildə çıxmışdır. Filmlərə çəkilməyə isə 1975-ci ildə çəkilən Gəmi qəzası filmi ilə başlamışdır. O İran filmoqrafiyasının yaradıcılarından və ən qocaman üzvlərindən hesab olunurdu. Cəmilə Şeyxi bir çox tanınmış kino rejissorlarla birgə çalışmışdır. Ən məşhur ekran işi isə 1991-ci ildə Bəhram Bayzayi tərəfindən çəkilən Səyahətçilər filmidir. Bu roluna görə Cəmilə Şeyxi Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür.
Sinan Şeyxi
Sinanəddin Yusif Gərmiyani Şeyxi (XIV əsr, Germiyanoğulları bəyliyi – 1431, Germiyanoğulları bəyliyi) — Türk Divan şairi. XV əsr türk ədəbiyyatı tarixində Şeyxinin özünəməxsus yeri var. XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb. Şeyxi təxəllüslü Yusuf Sinanəddin Germiyani (?-1431) Germiyanda (Kütahiyədə) anadan olub. Öz təhsilini Germiyanda başa vurduqdan sonra biliyini artırmaq üçün İrana gedib, orada tibb, təsəvvüf, ədəbiyyat sahəsində savad alıb, göz həkimi ixtisasına yiyələnib. Ona tibblə məşğul olmasına görə adına həkim Sinan da deyiblər. İrandan Ankaraya dönüb, Hacı Bayram Vəli ilə yaxın olub, Şeyxi ləqəbini də bu üzdən alıb. Germiyanda göz həkimliyi edən Şeyxi əvvəl Germiyan hakimi II Yaqubun, sonra Süleyman şahın dönəmində, 1425-ci ildə Çələbi Mehmedin Karaman savaşı zamanı gözləri ağrıdığından onun gözünü müalicə edib, əvəzində Tokuzlular kəndi ona hədiyyə edilib. Şair 1431-ci ildə vəfat edib. Onun əldə üç əsəri var.
Yusif Şeyxi

Xosrov və Şirin (Şeyxi)
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının türk dilinə ilk tərcümələrindən biri XV əsr Osmanlı şairi Sinan Şeyxinin tərcüməsidir. Türk ədəbiyyatında "Xosrov və Şirin" mövzusu ilk dəfə XV əsrin məşhur şairi, gərmiyanlı Yusif Sinan Şeyxi (1422) tərəfindən işlənilmişdir. Şeyxi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasını fars dilindən türk dilinə tərcümə etmişdir. Şeyxinin bu tərcüməsi "Xosrov və Şirin" mövzusunun türk ədəbiyyatında yayılması üçün gözəl şərait yaratmışdır. Şeyxidən sonra yetişən türk şairləri onun təsiri ilə Nizami ənənəsini özlərinə məxsus şəkildə davam etdirmişlər. Lakin türk ədəbiyyatında bu mövzuya həsr edilmiş əsərlərin çoxu müstəqil əsər olmamaqla, Nizaminin və Hatifinin əsərinin tərcüməsidir. Şeyxi gözəl qəzəllərin müəllifi olmasına baxmayaraq, əsasən diqqətini məsnəvi tərzi cəlb etmişdir. Şeyxinin fikrincə, yalnız məsnəvi hər hansı bir fikri istənilən şəkildə ifadə etmək üçün müəllifə geniş imkan verir. O, haqlı olaraq qəzəl janrına həvəs bəsləməklə bərabər, geniş fikir söyləmək vasitəsinin məsnəvi olduğunu bildirir. Şeyxinin məsnəvi tərzində nəzmə çəkdiyi iki məşhur əsəri vardır: "Xosrov və Şirin" və "Xərnamə".
Şeyximli
Şeyximli (fars. شيخملو‎) — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb. 2006-cı il məlumatına görə kənddə 253 nəfər yaşayırdı (51 ailə).
Şeyxisa (Sərdəşt)
Şeyxisa (fars. ‎شيخ عيسي‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şeyxiyyə təriqəti
Şeyxiyyə— Şiəliyin təriqətlərindən biri. Şeyxiyyə firqəsi şiə məzhəbindən ayrılan və Şeyx Əhməd Əhsai tərəfindən tə᾿sis olunmuş kiçik cərəyanlardan biridir. Şeyx Əhməd hicrətin 1166-cı ilində İran körfəzinin qərbində, yə᾿ni Ərəbistan yarmadasının Qətif məntəqəsində yerləşən "İhsa" və ya "Lihsa" şəhərində dünyaya gəlmişdir. O, 1186-cı ildə elm və təhsil əldə etmək məqsədilə Kərbəlaya gəlmiş və orada məşhur şiə alimlərindən olan "Ağa Baqir Behbəhani", "Seyyid Mehdi Bəhrul-ulum", "Şeyx Cə᾿fər Kaşiful-Ğita" və bu kimi digər görkəmli şəxsiyyətlərdən dərs almışdır. Fiqh, üsul və hədis elmləri ilə yanaşı tibb, astronomiya, riyaziyyat və bu kimi digər dəqiq elmlərə də yiyələnmişdir. Şeyx İhsai hicri tarixi ilə 1221-ci ildə İrana gələrkən "Fətəli Şah" tərəfindən səmimiyyətlə qarşılanır, daha sonra Fətəli şahın oğlu "Məhəmmədəli Mirzə"nin də᾿vəti ilə Kermana gələrək üç il orada qalır. 1241-ci ildə ziyarət məqsədilə Məkkəyə gedir, qayıtdıqda Mədinə yolunda dünyasını dəyişir və elə oradaca dəfn olunur. Şeyx Məhəmməd İranda olduğu illər ərzində bir çox şəhərlərə səfər edir. Yiyələndiyi elmlərin sayəsində böyük bir kütlənin diqqətini özünə cəlb edə bilir. Bu müddət ərzində ilk dəfə Qəzvin alimləri ilə görüşüb orada tədrisə başlayır.

Значение слова в других словарях