ŞİMAL-ŞƏRQ

I
сущ. северо-восток:
1. направление, часть горизонта между севером и западом. Şimal-şərqə tərəf istiqamət almaq направиться к северо-востоку, держать курс на северо-восток
2. местность, часть страны, государства и т.д., расположенная в этом направлении. Ölkənin şimal-şərqi северо-восток страны
II
прил. северо-восточный:
1. находящийся на северо-востоке, расположенный на северо-востоке от чего-л. Şimal-şərq tərəfi nəyin северо-восточная сторона чего
2. дующий с северо-востока (о ветре). Şimal-şərq küləyi северо-восточный ветер (норд-ост)
ŞİMAL-QƏRBİ
ŞİMAL-ŞƏRQİ
OBASTAN VİKİ
Şimal-şərq
Şimal-şərq — şimal tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Şimal-şərq keçidi
Atlantik okeanından Avropa və Asiyanın şimal sahilləri boyunca Sakit okeana gedən dəniz yoludur. Bu yol indi “Şimal dəniz yolu” adlanır.
Haitinin Şimal-Şərq departamenti
Haitinin Şimal-Şərq departamenti (fr. Le département du Nord-Est, h.kreol Nòdès) — Haiti Respublikasının 10 departamentindən biri. Sahə — 1805 km², əhalisi — 358 277 nəfər (2009). İnzibati mərkəzi — For-Liberte. Şərqdə Dominikan Respublikası ilə sərhəddir.
Şimal-Şərq Torpağı (Şpisbergen)
Şimal-Şərq Torpağı (norv. Nordaustlandet) — Yaşayışı olmayan Şpitsbergen arxipelaqına daxildir və arxipelaqın şərqində yerləşir. 14,443 km² sahə ilə arxipelaqın ikinci iri adasıdır. == Coğrafiya və iqlimi == Adanın səthi alçaq dağlıqdır və hündürlüyü 700 metrdir. Adanın şərq hissəsində çoxlu sayda Fiordlar vardır. Adanın ərazisinin 11 135 km² buzlaqlar təşkil edir. Bu isə adanın 76 % təşkil edir. Onun qalınlığı 564 metrdir. Tundra iqliminə malik olaraq, ərazi Şibyə və Mamır kimi bitkilərdən ibarətdir.
Şimal-şərq regionu (Braziliya)
Şimal-şərq regionu (port. Região Nordeste do Brasil) — Braziliya Coğrafiya və Statistika İnstitutu tərəfindən təqdim olunmuş bölgüyə əsasən Braziliya üçün müəyyənləşdirilmiş 5 regiondan biri. Ərazisi 1, 561,177 km², əhalisi 53,340,945 nəfərdir.
Kiçik Qafqazın şimal-şərq yamacı
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
ARB Şimal
ARB Şimal — 2007-ci ildə "Regional TV" adıyla Xaçmaz rayonunda yayıma başlayan televiziya kanalı. == Tarixçə == "ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziyanın yayım dairəsinə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları daxildir. 2011-ci ildən etibarən "ARB Şimal" internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. "ARB Şimal"ın struktur quruluşu 5 departamentdən ibarətdir. Xəbərlər və Sosial-İctimai Proqramlar, Efir Təminatı, Maliyyə və Kadrlar, Layihələr, Efirdən Kənar Təminat departamentləri. Televiziyanın kollektivi uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. "ARB Şimal"da həftəlik yayım həcmi 126 saatdır.
Nəsimi-Şimal
"Nəsimi-Şimal" — Qacar İranında nəşr olunmuş qəzetlərdən biri. Məşrutə dövrünün satirik-ədəbi orqanlarından biri idi. == Tarixi == Əşrəfəddin Gilani tərəfindən əvvəlcə Rəştdə, sonra da Tehranda nəşr olunmuşdur. Rəşt şəhəri İranın şimalında yerləşdiyinə görə Əşrəfəddin Gilani çıxardığı qəzeti "Şimal küləyi – nəsimi" adlandırmışdır. O, qəzetinin hər bir işini özü təkbaşına görürdü. Səid Nəfisi "Sepido siyah" jurnalında Əşrəfəddin Gilani haqqında məqaləsində yazırdı ki, "...o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı... Hər gün, hər gecə yazırdı, həftə ərzində yazdığı şeirləri çap edib xalqa çatdırırdı. İyirmi ilə yaxın hər həftə "Nəsimi-Şimal"ı Tehranın ən kiçik mətbəələrindən birində dörd xırda səhifədə nəşr edib yaydı… belə gün olmazdı ki, bu qəzet Tehranda bir vəlvələ salmasın. Hökumətlər artıq onun əlindən zara gəlmişdilər..." == Fəaliyyəti == "Nəsimi-Şimal" qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Qəzetdə əsas yeri onun təsisçisi Əşrəfəddin Gilaninin satirik məzmunlu şeirləri tuturdu.
Şimal Qütbü
Şimal qütbü — Yer kürəsinin nəzəri fırlanma oxunun Şimal yarımlığını bölən sahəyə şimal buzlu okean. Şimal qütbü Şimal Buzlu Okeanının dərinliyi 4000 m-dən çox olmayan mərkəzi hissəsində yerləşir. Orada qalın buz qatı olur. Burada orta tempratur qışda 30° yayda 0° dərəcə olur.
Şimal Torpağı
Şimal Torpağı (1926-cı ilə qədər — İmperator II Nikolay Torpağı) — Şimal Buzlu okeanda yerləşən arxipelaq. İnzibati cəhətdən Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Arxipelaqın sahəsi 37,000 km² təşkil edir. Yaşayışı olmayan adadır. Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir. == Tarixi == Arxipelaq ilk dıfə 4 sentyabr 1913-cü ildə Şimal Buzlu okeana təşkil olunan esprdisiya zamanı aşkarlanmışdır. İlk əvvəl espedisiua üzvləri tərəfindən «Tayvay» adlandırılır. Bu ekspedisiyaya daxil olan «Taymır» və «Vayqaç» buzqıran gəmilərinin şərəfinə adlandırılır. Adaya rəsmi adı isə Rusiya dəniz nazirinin № 14 qərarı ilə «İmorator II Nikolay Torpağı» adlandırılır. Bu adı verilməsində müxtəlif fikirlər vardır.
Şimal adası
Şimal adası (Yeni Zelandiya)
Şimal amurları
Şimal Amurları (rus. Северные амуры) — 1807–1814 il Napoleon müharibələri dövründə fransızlar tərəfindən başqırd döyüşçülərinə verilmiş tarixən yaranmış addır . == Şimal Amurları ifadəsinin yaranması == 1807-ci ilin iyununda Tilzit sülh müqaviləsinin imzalanması meydana çıxdı. O zaman başqırd döyüşçüləri yay və oxlarla silahlanırdılar. Fransızlar, onları imperiya mədəniyyətinin təsiri altında antik Allah Amur ilə müqayisə edirdilər. Napaleon generalı de Marbonun öz memuarlarlarında Napaleon ordusuna qarşı başqırd döyüşçüləri tərəfindən hazırlanmış yaylara malik olanlara fransızlar "şimal Amurları" ləqəbi verdilər. == Müharibədə iştirakı == Başqırd alaylarının Napoleon Fransası ilə müharibə hələ 1806–1807-ci illərdə rus- prussiya-fransız müharibəsində başlanmışdı. Napoleona qarşı Orenburq kənarından 600 kalmık, 1000 Çelyabinsk və Orenburq kazakı və 7 min başqırd hərəkət etdi. 1813–1814-cü ildə rus ordusunun xarici yürüşləri zamanı bu addan istifadənin coğrafiyasını genişləndi. Napoleon qoşunlarının basqınına qarşı mübarizə üçün başqırdların təşəbbüsü ilə Rusiya hökuməti 28 alay yaratmışdı.
Şimal boğazı
Şimal boğazı (ing. North Channel, irl. Sruth na Moali) — Britaniya adasını İrland adasından ayıran boğaz. Atlantik okeanını İrland dənizi ilə biləşdirir. Uzunluğu 170 km, eni isə 20–40 km arası dəyişir. Boğazın ən dərin yeri Boford çökəkliyidir ki, onunda dərinliyi 272 m-dir. Boğazda gücle axınlar olur ki, axının sürəti 12 km/s təşkil edir. Şotlandiya sahilində nisbətən böyük körfəz Fert-of-Klayddır. Burada çox saylı xırda adalar və buxtalar mövcuddur. Başqa körfəzlərə misal kimi Belfut-lox, Lox Rayan göstərmək olar.
Şimal könlücəsi
Şimal maralları
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Şimal oluşası
Şimal oluşası (lat. Morus bassanus) — morus cinsinə aid quş növü.
Şimal qamçılıca
Şimal qatıqotu
Şimal qatıqotu (lat. Galium boreale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Şimal qazaoxşarı
Şimal qazaoxşarı (lat. Clangula hyemalis) — Ördəklər fəsiləsinə aid quş növü.
Şimal yarımkürəsi
Şimal yarımkürəsi — Yer kürəsinin ekvatordan şimalda olan hissəsidir. Şimal yarımkürəsində təqvim yayı iyun-avqust aylarında, təqvim qışı isə dekabr-fevral aylarında olur. Korolis qüvvəsinə görə təzyiqin aşağı olduğu zonalar və qasırğalar Şimal yarımkürəsində demək olar ki, həmişə sol tərəfə - saat əqrəbinin əksi istiqamətində fırlanır. Şimal yarımkürəsinin quru hissəsi Cənub yarımkürəsinə nisbətən yığcam və daha çoxdur.
Şimal zürafəsi
Şimal zürafəsi (lat. Giraffa camelopardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinin zürafə cinsinə aid heyvan növü. == Yarımnövləri == Anqola zürafəsi (G. c. angolensis) Somali zürafəsi (G. c. camelopardalis) Uqanda zürafəsi (G. c. rothschildi) Masay zürafəsi (G. c. tippelskirchi) Torşəkilli zürafə (G. c. reticulata) Cənubi Afrika zürafəsi (G. c.
Şimal İES
Şimal İES (tam adı: Şimal İstilik Elektrik Stansiyası) — Şimal İstilik Elektrik Stansiyası Bakıda yerləşir. İki elektrik stansiyasından ibarətdir: Şimal-1 və Şimal-2. Hər ikisi bir mərkəzdən idarə olunur. Ümumi gücü ildə 5.7 milyard kilovat-saat elektrik enerjisi istehsal edir. İki elektrik stansiyası Azərbaycan Respublikasında elektrik enerjisi istehsalının 20% -ni və Bakıda və Abşeron yarımadasında təxminən 40-50% -ni təmin edir. 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Şimal əməliyyatı
Şimal əməliyyatı (rus. Операция "Север") — SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmış plana əsasən SSRİ-nin müxtəlif bölgə və şəhərində yaşayan Yehovanın Şahidləri inancına məxsus şəxslərin imperiyanın Sibir bölgəsinə deportasiya edilməsini özündə birləşdirən gizli əməliyyat. == Arxa plan == Yehovanın Şahidləri inancına məxsus şəxslər SSRİ-nin Baltikyanı ölkələr, Bessarabiya, Ukrayna və Bukovina bölgələri özünə anneksiya edənə qədər demək olar ki, bu ölkənin ərazilərində yaşamırdılar. Yehovanın Şahidlərinin ən kompakt yaşadığı sovet respublikaları Moldova Sovet Sosialist Respublikası və Ukrayna Sovet Sosialist Respublikası olmuşdur. Bu inanca məxsus şəxslərin hərbi xidmətə qarşı olduqları üçün SSRİ rəhbərliyi tərəfindən Yehovanın Şahidləri anti-sovet təbliğatçıları kimi təqdim edilmişdr. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Viktor Abakumov tərəfindən İosif Stalinə Yehovanın Şahidlərinin Sibir bölgəsinə sürgün edilməsi təklif edilmiş və plan 1951-ci lin mart-aprel aylarında tətbiq edilmişdir. == İcra == 1951-ci ilin 19 fevral tarixində Dövlət Təhlükəsizlik Komitəsinin sədri Viktor Abakumov tərəfindən İosif Stalinə, SSRİ-də yaşayan Yehovanın Şahidlərinin Tomsk və İrkutsk vilayətlərinə sürgün edilməsini göstərən gizli sənəd təqdim olunmuşdur. İosif Stalinə təqdim edilmiş sənəddə müharibədən sonra Yehovanın Şahidlərinin SSRİ-dəki fəaliyyətləri öz əksini tapmışdır. Sənədə görə 1947-1950-cı illərdə 1048 nəfər Yehovanın Şahidləri icmasına məxsus aktiv təbliğatçı və ya icma lideri həbs olunmuş, 5 yeraltı mətbəə aşkarlanaraq oradan çoxlu sayda təbliğat materialları müsadirə edilmişdir. Sibir bölgəsinə deportasiya edilən Yehovanın Şahidlərinin hər bir ailəsinə özləri ilə birlikdə 150 kiloqram həcmində şəxsi əşya götürmələrinə icazə verilmişdir.

Значение слова в других словарях