Şimal əməliyyatı

Şimal əməliyyatı (rus. Операция "Север") — SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmış plana əsasən SSRİ-nin müxtəlif bölgə və şəhərində yaşayan Yehovanın Şahidləri inancına məxsus şəxslərin imperiyanın Sibir bölgəsinə deportasiya edilməsini özündə birləşdirən gizli əməliyyat.[1][2][3]

SSRİ Silahlı Qüvvələrinin Rəyasət Heyətinin 30 sentyabr 1965-ci il tarixli məzhəblərin iştirakçıları ilə xüsusi razılaşma məhdudiyyətlərinin qaldırılmasına dair fərmanı. Bu fərmanla Yehovanın Şahidlərinin üzərinə qoyulmuş anti-sovet təbliğatçısı ittihamı qisməndə olsa götürülümdüşdür.

Yehovanın Şahidləri inancına məxsus şəxslər SSRİ-nin Baltikyanı ölkələr, Bessarabiya, UkraynaBukovina bölgələri özünə anneksiya edənə qədər demək olar ki, bu ölkənin ərazilərində yaşamırdılar. Yehovanın Şahidlərinin ən kompakt yaşadığı sovet respublikaları Moldova Sovet Sosialist RespublikasıUkrayna Sovet Sosialist Respublikası olmuşdur.[4] Bu inanca məxsus şəxslərin hərbi xidmətə qarşı olduqları üçün SSRİ rəhbərliyi tərəfindən Yehovanın Şahidləri anti-sovet təbliğatçıları kimi təqdim edilmişdr.[5][6] SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Viktor Abakumov tərəfindən İosif Stalinə Yehovanın Şahidlərinin Sibir bölgəsinə sürgün edilməsi təklif edilmiş və plan 1951-ci lin mart-aprel aylarında tətbiq edilmişdir.[1]

1951-ci ilin 19 fevral tarixində Dövlət Təhlükəsizlik Komitəsinin sədri Viktor Abakumov tərəfindən İosif Stalinə, SSRİ-də yaşayan Yehovanın Şahidlərinin Tomskİrkutsk vilayətlərinə sürgün edilməsini göstərən gizli sənəd təqdim olunmuşdur.

İosif Stalinə təqdim edilmiş sənəddə müharibədən sonra Yehovanın Şahidlərinin SSRİ-dəki fəaliyyətləri öz əksini tapmışdır. Sənədə görə 1947-1950-cı illərdə 1048 nəfər Yehovanın Şahidləri icmasına məxsus aktiv təbliğatçı və ya icma lideri həbs olunmuş, 5 yeraltı mətbəə aşkarlanaraq oradan çoxlu sayda təbliğat materialları müsadirə edilmişdir. Sibir bölgəsinə deportasiya edilən Yehovanın Şahidlərinin hər bir ailəsinə özləri ilə birlikdə 150 kiloqram həcmində şəxsi əşya götürmələrinə icazə verilmişdir. İcma üzvlərinin digər əmlakları isə dövlətin xeyirinə olmaqla müsadirə edilmişdir. Dövlət Təhlükəsizlik Komitəsinin sədri Viktor Abakumovun məlumatlarına əsasən müxtəlif sovet respublikalarından deportasiya edilmiş Yehovanın Şahidlərinin sayı aşağıdakı kimidir.[7]

  • Yekun rəqəm: 8576 şəxs (3048 ailə), daxildir:

1951-ci ilin 3 mart tarixində SSRİ Nazirlər Soveti tərəfindən Yehovanın Şahidlərinin deportasiya edilməsi üçün № 667-339ss nömrəli sərəncam imzalanmışdır. Həmin ayın 5 mart tarixində Dövlət Təhlükəsizlilik Nazirliyinin № 00193 əmri və Moldova SSR Nazirlər Şurasının qərarı ilə deport olunan şəxslərin əmlakları müsadirə edilərək, satılması haqqında sərəncam imzalanmışdır. Şimal əməliyyatı gecə saat 04:00 radələrində başlamışdır. Bütün köçürülmə prosesi 1951-ci ilin 2 aprel tarixində sona çatdırılmışdır. Bir gecədə ən çox deportasiya Moldova Sovet Sosialist Respublikasının ərazisindən baş tutmuşdur. Belə ki, 1951-ci ilin 31 martından, 1 aprelinə keçən gecə 2.617 nəfər (723 ailə) Yehovanın Şahidləri inancına mənsub şəxs gecə ilə deportasiya edilmişdir.[8][9][5][6][10]

  1. 1 2 Валерий Пасат ."Трудные страницы истории Молдовы (1940–1950)". Москва: Изд. Terra, 1994  (rus.)
  2. "50th Anniversary of the Operation North" Arxivləşdirilib 2012-02-18 at Archive.today Arxivləşdirilib 2012-02-18 at Archive.today, Bulletin #23, 2001, of the Memorial Society  (rus.)
  3. "70th Anniversary of the Operation North" Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine  (rus.)
  4. "Christian Believers Were Persecuted by All Totalitarian Regimes" Arxivləşdirilib 2012-06-04 at the Wayback Machine Prava Lyudini , December 2001  (rus.)
  5. 1 2 Comisia Prezidenţială pentru Analiza Dictaturii Comuniste din România: Raport Final / ed.: Vladimir Tismăneanu, Dorin Dobrincu, Cristian Vasile, Bucureşti: Humanitas, 2007, ISBN 978-973-50-1836-8, p. 754
  6. 1 2 Elena Şişcanu, Basarabia sub ergimul bolşevic (1940–1952), Bucureşti, Ed. Semne, 1998, p.111
  7. "Recalling Operation North" Arxivləşdirilib 2011-05-19 at the Wayback Machine, by Vitali Kamyshev, "Русская мысль", Париж, N 4363, 26 April 2001  (rus.)
  8. Charles King, The Moldovans: Romania, Russia, and the Politics of Culture, p. 96
  9. Andrei Brezianu and Vlad Spânu, The A to Z of Moldova, p. 118
  10. "A Survey of Judicial Practice of the Jehovah's Witnesses Cases" Arxivləşdirilib 2019-11-19 at the Wayback Machine, G.A.Krylova