Mustafa ağa Şuxi
Mustafa ağa Kərim ağa oğlu Şuxi (?-1895) — şair.
Firudin bəy Köçərli onun haqqında yazır: "Mustafa ağa Şəkixanov məşhur şair Kərim ağa Fatehin sülbi oğludur. Mustafa ağa validi-büzürgvarı kimi mərifət və kamal sahibi, möhtərəm bir şəxs olub, əksər övqat məclisini ürəfavü şüəralar ilə təzyin edərmiş. Zindəganlığının ibtidasında dövlətmənd olub, axır vaxtlarda bir az kasıb düşübdür və özünə mütəəlliq olan əmlakın mədaxili ilə güzəran edərmiş. Mərhum Mustafa ağa Şuxinin çox rəvan və gözəl təbi var imiş. Öz dəstxətti ilə yazılmış bir divanı vardır ki, onda ədəbiyyatın hər növünə dair əşarü kəlam vardır".