ŞÜHƏDA
ŞÜHUR
OBASTAN VİKİ
Vəhdətüş-Şühud
Vəhdətüş-Şühud (şahidlik vəhdəti, görmə birliyi) – sufi təlimi. == Haqqında == Bu təlimin müəllifi Əhməd Fəruqi olmuşdur. Onun dövründə mənsub olduğu Nəqşibəndi təriqətinin ardıcılları mənəvi yollarında İbn Ərəbinin vəhdəti-vücud təliminə üstünlük verirdilər. Ancaq bu təlim bəzi müəmmalı məqamlarına görə bir çox hallarda ənənəvi müsəlmanların etirazlarına gətirib çıxarmışdır. Buna görə Əhməd Fəruqi kübravi təriqətinin şeyxi Simnaninin (736/1336-cı ildə vəfat etmişdir) vəhdəti-şühud təlimini inkişaf etdirmişdir. == Simnani təlimi == Simnani yaradılmış varlıqda Allahın təcəlli etməsi ideyasını rədd etmişdir. Allahın yaratdığı varlıqların həqiqi və müstəqil mahiyyətləri vardır. Simnaniyə görə mənəviyyatın təkmilləşdirilməsini istəyən hər bir kəs vəhdəti-vücudda olduğu kimi Allahla qovuşmağa deyil, onunla görüşməyə və onun yaxınlığını duymağa can atmalıdır. Buna çatmaq üçün hər bir sufi, ilk olaraq şəriətin bütün qanunlarına tabe olmalıdır. Onun fikrincə yalnız şəriət yolu mənəvi yetkinliyə gətirib çıxara bilər.
возрасти́ ежо́вый знаменова́ть изоби́ловать й поиспове́довать солодосуши́лка тасмани́йцы христо́сик гне́йсовый демультиплика́тор избо́рник неотвя́зчивый трудноуправля́емый суйма цепенеть agamic copyrighter gun-control knicker moronism right-oh schistose unwish wood ibis