şükürlü

şükürlü
şükür-səna
şükürlük
OBASTAN VİKİ
Şükürlü
Şükürlü (əvvəlki adı: Bozayran) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Cəlilabad rayonunun Gülməmmədli kənd inzibati-ərazi vahidinin tərkibindəki Bozayran kəndi Şükürlü kəndi adlandırılmışdır. XIX əsrə aid mənbədə Bozayranlı formasında qeydə alınmışdır. Sovet hakimiyyəti illərində Böyük Bozayran və Balaca Bozayran kəndlərinə ayrılmışdı. Böyük Bozayran kəndi ləğv edildikdən sonra 1972-ci ildə Balaca Bozayran kəndi rəsmi olaraq Bozayran adlandırılmışdır. Etnotoponim olduğu güman edilir. Kənd düzənlikdə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 397 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Elvin Şükürlü
Gülbahar Şükürlü
Gülbahar Şükürlü (Gülbahar Müzəffər qızı Şükürlü; 20 mart 1962, Bakı – 5 yanvar 2024) — Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan musiqiçisi, qarmon ustası. == Həyatı == Şükürlü Gülbahar Müzəffər qızı 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərindəki 26 saylı orta məktəbdə ilk orta təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olmuş, təhsilini orada davam etdirmişdir. 2020-ci ilin sentyabr ayında başında aşkar olunan onkoloji şişə görə əməliyyat olunub. 2023-cü ilin yanvarında sənətçi xəstəliyin yenidən baş qaldırdığını bildirib. 5 yanvar 2024-cü ildə vəfat edib. Buzovnadakı Əliayağı qəbiristanlığında dəfn olunub. Ailəli idi, 2 övladı var. == Yaradıcılığı == 16 yaşından qarmon sənəti ilə məşğul olan Gülbahar xanım el şənliklərində, məclislərdə çıxış edərək qısa müddət ərzində sevilən sənətçi xanımlardan biri olaraq özünəməxsus şirin ifası ilə çoxlarının qəlbinə yol tapmışdır.
Yusif Şükürlü
Yusif Şükürov (Şükürlü; 27 oktyabr 1948, Baş Şabalıd, Nuxa rayonu) — Fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (11 iyun 2007), AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (15 oktyabr 2014) Şükürlü Yusif Hacıbala oğlu 27 oktyabr 1948-ci ildə Azərbaycanın Şəki rayonunun Baş Şabalıd kəndində anadan olmuşdur. 1954-cü ildə doğulduğu kəndin ibtidai məktəbinin birinci sinfinə getmiş və orada ibtidai təhsilini başa çatdırdıqdan sonra təhsilini Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbində davam etdirmişdir. 1965-ci ildə Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbi bitirmiş və 1966-cı ildə ADU-nun Fizika fakültəsinə daxil olmuşdur. O, diplom işini İ. V. Kurçatov adına AEİ-da (indiki rus. Российский научный центр "Курчатовский институт") yerinə yetirmişdir. 1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinat üzrə Qəbələ rayonunda Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərini tədris etmişdir. 1973–1974-cü illərdə isə həmçinin Tola kənd səkkiz illik məktəbində tədris işləri üzrə direktor müavini də işləmişdir. 1974-cü ilin avqustundan Şəki şəhərində 43 saylı Orta Təhsil verən Texniki Peşə məktəbində fizika müəllimi işləmiş və 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1975-ci ilin noyabrında Azərb. SSR EA Fizika institutunun nəzdində olan Səki Elmi bazasına — laborant vəzifəsinə işə keçmişdir.
İdris Şükürlü
İdris Şükürlü (d. 1 may 1957, Şingədulan k., Lerik r.) — nasir, publisist, politoloq, Jurnalistlər Birliyinin (1984), AzərKİVİHİ-nin (2000) üzvü Əməkdar jurnalist. 1957-ci il mayın 1-də Lerik rayonunun Şingədulan kəndində anadan olmuş; 1964-1974-ci ildə həmin kəndin orta məktəbini bitirmişdir. Bir müddət sıravi kolxozçu işləmiş; 1975-ci ildən 1976-cı ilə kimi “Bolluq uğrunda” (indiki “Lerik”) qəzeti redaksiyasının mətbəəsində mürəttib işləmiş; 1976-1984-cü ildə BDU-nin Jurnalistika fakültəsini qiyabi yolla bitirmiş; 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş; 1978-ci ildə Universitetin Jurnalistika fakültəsində təhsilini davam etdirməklə yanaşı, rayon qəzetində kitabxanaçı işləmiş; 1981-1989-cu illərdə “Bolluq uğrunda” qəzeti redaksiyasında əbəbi işçi; 1989-cu ildən məsul katib işləmiş; 1989-1991-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əyani şöbəsini bitirmiş; 1991-ci ildə “Kənd həyatı” jurnalının cənub bölgəsi üzrə xüsusi müxbiri işləmiş; 1992-ci ildə “Lerik” qəzetinin redaktoru təyin edilmiş; 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. “Ölsəm, inanma!” (oçerklər), Bakı, “Şirvannəşr”, 1996, 2000 nüsxə “Gözəlliyi gözlərimdə apardım” (mənsur şeirlər), Bakı, “Təbriz”, 1998, 500 nüsxə “Ömür çırağı sönmədi” (sənədli povest), Bakı, “Əbilov, Zeynalov və oğulları” İTK, 2002, 500 nüsxə “Adsız qəhrəman” (sənədli povest), Bakı, “Planet-press” İTK, 2003, 500 nüsxə “Seyid Mir Saleh Ağa ocağının nuru” (oçerklər), Bakı, “Avropa”, 2003, 500 nüsxə “Əliheydər müəllimin arxeoloji cənnətdə tapıntıları”, Bakı, “Planet-press” İTK, 2004, 500 nüsxə “Kitabların işığında”, Bakı, “Nurlan”, 2010. “Çəkirəm dünyanın şəkilini sözlə” “Açılmayan səhər” “Əsl insan haqqında düşüncələr” İ.M.Şükürlü yaradıcılığında ədəbi-bədii və publisistik üslubda yazıb - yaratmış, 30-a yaxın kitabın isə tərtibçisi və redaktoru olmuşdur. Kitablarından 3-ü şəhidlik və Qarabağ mövzusuna həsr olunmuşdur. Müxtəlif janrlarda yazıb çap etdirdiyi əsərlərdən daha çoxu məqalə, oçerk, hekayə, şer və sənədli povestlər idi. İdris Şükürlünün bədii və publisistik yaradıcılığında Qarabağ müharibəsi, şəhidliyin tərənnümü, qələbəyə inam, vətənpərvərlik, dövlətçiliyə sədaqət hissləri mühüm yer tuturdu. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə “Respublikanın əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.
Əli Şirin Şükürlü (Ali Shirin Shukurlu)
Əli Şirin Şükürlü – Fəlsəfə doktoru, şair-esseist, yazıçı, 02 dekabr 1963-cü ildə (Masallı rayonu, Göyəçöl kəndi) müəllim ailəsində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini, 2006-cı ildə ikinci ali təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. == Həyat və yaradıcılığı == Əli Şirin Şükürlü 02 dekabr 1963-cü ildə (Masallı rayonu, Göyəçöl kəndi) müəllim ailəsində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini, 2006-cı ildə ikinci ali təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Müxtəlif dövlət qurumlarında, elm və ali təhsil müəssisələrində işləyib. 2017-ci ildən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində işə başlamış, Ali təhsil üzrə sektorun müdiri vəzifəsində çalışmışdır. 2023-cü ildən Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan Abituriyent jurnalı redaksiyasında Yaradıcı qrupun rəhbəri vəzifəsində işləyir. 1986-cı ildən etibarən elmi, 1991-ci ildən elmi-pedoqoji fəliyyətlə məşgul olur. Fəlsəfə doktoru (riyaziyyat – Ehtimal nəzəriyyəsi: təsadüfi proseslərin tədqiqi), fəxri professordur. Hazırda təsadüfi proseslər nəzəriyyəsi və elm fəlsəfəsi üzrə elmi-tədqiqat işlərini davam etdirir.