şücaətsizlik
şüğülzümmə 2021
OBASTAN VİKİ
Məcməüş-şüəra
"Məcməüş-şüara" ("Şairlər yığıncağı") — Bakıda ədəbi məclis (1880-1923) "Məcməüş-şüara" ("Şairlər yığıncağı") XIX əsr. Azərbaycanda qurulan ədəbî məclislərdən biridir. 1880-ci ildə Bakıda təşkil olunan "Məcməuş-şuəra" ədəbi məclisinin sədri Məmmədağa Cürmi, katibi Ağadadaş Sürəyya idi. İ. Zülali, M. Dilxun, Ə. Vaqif, Ə. Cənnəti, Ə.Yusif, Ağa Kərim Salik, M. Müsəvvir, M. Azər və başqaları məclisin fəal üzvlərindən idilər. Məclisdə bəzən qonaq sifəti ilə Seyid Əzim Şirvani də iştirak edirdi. Məclisin üzvləri olan şairlərin qəzəlləri Abşeron xanəndələrinin muğam ifaçılığında geniş istifadə olunurdu.
Şüəra məqbərəsi
Şüəra məqbərəsi (fars. مقبرةالشعرا‎ Maqbarat-o-shoara) — və ya Şairlər məqbərəsi Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir. Burada məşhur Azərbaycan yazıçılarının qəbri yerləşir. Şüəra məqbərəsi 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana aid videoçarxda Azərbaycanın simvollarından biri kimi göstərilmişdir. Şairlər məqbərəsi Təbrizin qədim Surxab məhəlləsində yerləşir. Məzarlığının adı XIII əsrə qədər məlum olan heç bir mənbədə çəkilmir. Məzarlıq haqqında ilk dəfə Elxanilər dövlətinin dövründə yaşamış şair, tarixçi, çoğrafiyaçı Həmdullah Qəzvininin "Nüzhətül-qülub" (“Ürəklərin əyləncəsi”) kitabında bəhs olunur. Təbriz Atabəylər dövlətinin paytaxtı olduqdan sonra buraya bir çox şairlər pənah gətirir. Çünki onlar sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq məkanda yaşamaq istəyirdilər. Xaqani və Fələki Şirvanilər Şirvandan, Əbülula Gəncəvi Gəncədən, Zahirəddin Fəryabi Xorasandan gəlib Təbrizdə məskən salır, yazıb-yaradırlar.
Əncüməni-şüəra
"Əncüməni-şüəra" Məlumdur ki, XIX əsrdə Azərbaycanın bir sıra yerlərində ədəbi məclislər yaranmışdı. Həmin dövrdə Bakıda "Məcməüş-şüəra", Şamaxıda "Beytüs-Səfa", Qubada "Gülüstan", Lənkəranda "Fövcül-füsəha", Qarabağda "Məclisi-üns" və "Məclisi-fəramuşan" adlanan ədəbi məclislər fəaliyyət göstərirdilər. Belə məclislərdən biri də 1831-ci ildə Ordubadda yaradılmış "Əncüməni-şüəra" ədəbi məclisi idi. Bu ədəbi məclisi ilk dəfə təşkil edən Şeyxəli xan Kəngərli olmuşdur. Akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyində və Nəsrəddin Qarayevin "XIX əsrdə Azərbaycanda ədəbi məclislər" adlı namizədlik dissertasiyasında Şeyxəli Naibin məclisin təşkilatçısı kimi yalnız adı çəkilmiş, onun kimliyi haqqında heç bir məlumat verilməmişdir. Tədqiqatlar göstərir ki, həmin şəxs Naxçıvanın o zamankı hakimlərindən olan məşhur Kalbalı xan Kəngərlinin ortancıl oğlu Şeyxəli xan Kəngərlidir. XIX əsrin birinci yarısından başlayaraq Şeyxəli xan Ordubadın naibi-canişini təyin olunmuş, şeir və sənət aləminə maraq göstərdiyi üçün orada "Ənçüməni-şüəra" adlı ədəbi məclis yaratmışdır. Təsadüfi deyildir ki, XIX əsrin görkəmli şairlərindən olan Əndəlib Qaracadaği özünün "Ordubadın vəsfi" adlı müxəmməsində Ordubadın və onun Əylis kimi səfalı kəndlərinin tərənnümü fonunda Şeyxəli xan Kəngərlini də oranın hakimi kimi yad etmiş, onun səxavət və şücaətindən danışmışdır: Ordubadın, nə deyim, vəsfi gülustanə dəyər. Bir əcəb guşədi ki, cənnəti-Rizvanə dəyər. Hər dəm Əylis səfəri Hindu İsfahanə dəyər.
Gülşəni-şüəra
Gülşəni-şüəra (Şairlər gülşəni) — XVI əsrdə Əhdi Bağdadi tərəfindən qələmə alınan Bağdadda yaşamış türkdilli şair və alimləri haqqında müfəssəl məlumat verən təzkirə. Əsər Azərbaycan dilində yazılmış ilk təzkirə hesab edilir. "Gülşəni-şüəra"da Əhdi Bağdadi 381 (bunlardan 375 türkdilli) şairin özü və əsərləri haqqında çox mühüm və dəyərli məlumatlar verir. Bunlar əsasən azərbaycanlı və Osmanlı şairləridir. Təzkirə əlifba sırası ilə adlar göstəricisi olmaqla dörd rövzədən ibarət bir ensiklopedik abidədir. Təzkirə həmçinin Şəmsi, Hüsni, Rindi, Zöhdi, Muradi, Hüzni, Fəzli, Elmi, Kəlayi, Zaeyi və başqalarının həyat və yaradıcılığı haqqında ilkin məlumatlar verdiyi üçün böyük əhəmiyyət kəsb edir. Tədqiqatçı alim Süleyman Solmaz Əhdi təzkirəsinin önəmini içərisindəki başqa qaynaqlarda yer almayan şairlərin digər mənbələrdə olmadığını vurğulayır və yazır: “Çoğunluğu dövlətin doğu kəsimindən olan, digər təzkirələrin heç birində yer almayan 147 şair bunun ən bariz dəlilidir. İraq mehvər olmaq üzərə bugünkü İran və Azərbaycan, hətta Buxarayı da içinə alan, Suriya və Misirə qədər uzanan bir bölgədə yetişmiş bir çox şair ilk dəfə Əhdi ilə ədəbiyyat dünyamızdakı yerini almışdır." == Müəllifi == Əhdi Bağdadi haqqında mənbələrdə ilk məlumatı Aşıq Çələbi, Qınalızadə, Bəyani, Riyazi təzkirələrində rast gəlinir. Bağdadda anadan olan Əhdini əsl adı Aşıq Çələbi və Riyazi təzkirələrində Mehdi, Qınalızadə təzkirəsində və "Künhül-əxbar"da isə Əhməddir."Künhül-əxbar"da Əhdinin azərbaycanlı olduğu qeyd edilir. Türk təzkirəçilik tarixini araşdırdıqda məlum olur ki, Azərbaycan dilində ilk şüəra təzkirəsini Əhdi Bağdadi yazmışdır.

Значение слова в других словарях