şərqi
şərqli
OBASTAN VİKİ
Şimal-Şərqi Rus
Böyük Vladimir knyazlığı - Qədim rus knyazlıqlarının şərti adı. == Tarixi == 1157-ci ildə yaranmışdır. 1389-cu ildə süqut etmişdir.
Şərqi-Rus (qəzet)
"Şərqi-rus" qəzeti (az-əbcəd. شرق روس‎) — 1903-cü ildən Tiflisdə Azərbaycan dilində həftədə üç dəfə çıxmış ictmai-siyasi, iqtisadi, elmi, ədəbi qəzet. "Şərqi-rus" 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra Tiflisdə nəşr olunan ilk azərbaycandilli qəzet idi. == Qəzetin nəşrinə qədərki dövr == 1891-ci ilin oktyabrında "Kəşkül" qəzeti bağlandıqdan 12 il müddətində Azərbaycan türkcəsində qəzet və jurnal nəşri mümkün olmadı, milli ruhlu ziyalıların təşəbbüsləri fayda vermədi. Kamal Ünsizadənin, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Sultan Məcid Qənizadənin, Məhəmməd ağa Şahtaxtlının Qafqaz Canişinliyinə etdiyi müraciətlərə "yox" cavabı verildi. Qafqazda ruslaşdırma siyasətini həyata keçirən missioner İlimskinin hələ 1870-ci ildə rus olmayan əhalini ruslaşdırmaq planları anadilli mətbuat orqanlarının yaradılması ideyasının həyata keçirilməsinə sədd idi. Lakin Çar Rusiyasının yerli ləhcələri ədəbi dilə çevirmək yolu ilə əhalini ruslaşdırmaq siyasəti nəticəsiz qaldı. Xalqa ana dilində mətbuat orqanı bəxş etmək üçün mübarizə aparan ziyalılardan biri Kamal Ünsizadə 1900-cü ildə "Daniş", Məhəmməd ağa Şahtaxtlı isə 1896-cı ildə "Tiflis" adlı qəzet çıxarmaq istəsələr də, təşəbbüsləri nəticəsiz qaldı. 1889-cu ildə Fransaya gedən Məhəmməd ağa 1902-ci ildə Rusiyaya qayıtdıqdan sonra yenidən qəzet çıxarmaq istədi. O, öz doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçdü və orada mətbəə təşkil etdi.
Şərqi-Rus qəzeti
"Şərqi-rus" qəzeti (az-əbcəd. شرق روس‎) — 1903-cü ildən Tiflisdə Azərbaycan dilində həftədə üç dəfə çıxmış ictmai-siyasi, iqtisadi, elmi, ədəbi qəzet. "Şərqi-rus" 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra Tiflisdə nəşr olunan ilk azərbaycandilli qəzet idi. == Qəzetin nəşrinə qədərki dövr == 1891-ci ilin oktyabrında "Kəşkül" qəzeti bağlandıqdan 12 il müddətində Azərbaycan türkcəsində qəzet və jurnal nəşri mümkün olmadı, milli ruhlu ziyalıların təşəbbüsləri fayda vermədi. Kamal Ünsizadənin, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Sultan Məcid Qənizadənin, Məhəmməd ağa Şahtaxtlının Qafqaz Canişinliyinə etdiyi müraciətlərə "yox" cavabı verildi. Qafqazda ruslaşdırma siyasətini həyata keçirən missioner İlimskinin hələ 1870-ci ildə rus olmayan əhalini ruslaşdırmaq planları anadilli mətbuat orqanlarının yaradılması ideyasının həyata keçirilməsinə sədd idi. Lakin Çar Rusiyasının yerli ləhcələri ədəbi dilə çevirmək yolu ilə əhalini ruslaşdırmaq siyasəti nəticəsiz qaldı. Xalqa ana dilində mətbuat orqanı bəxş etmək üçün mübarizə aparan ziyalılardan biri Kamal Ünsizadə 1900-cü ildə "Daniş", Məhəmməd ağa Şahtaxtlı isə 1896-cı ildə "Tiflis" adlı qəzet çıxarmaq istəsələr də, təşəbbüsləri nəticəsiz qaldı. 1889-cu ildə Fransaya gedən Məhəmməd ağa 1902-ci ildə Rusiyaya qayıtdıqdan sonra yenidən qəzet çıxarmaq istədi. O, öz doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçdü və orada mətbəə təşkil etdi.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Şərqi
Şərqi — çox vaxt dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janr. Şərqidə bəndin ikinci misrası əsər boyu bəndin dördüncü misrasında təkrar edilib təkrir əmələ gətirir. Lakin bu üsula uyğun gəlməyən şərqilər də vardır.
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Rus alçası
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Rus alçasıkimilər
Motmotukimilər (lat. Grossulariaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Rus boşnyakiyası
Rus dağçətiri
Rus dağçətiri (lat. Peucedanum ruthenicum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 50–80 (150) sm, ensiz, silindrvari, nazik qabırğalı, aşağı hissələri qəhvəyi liflərlə örtülmüş, yaşıl, çılpaq, yoğun köklü bitkidir. Kökyanı yarpaqları və aşağı gövdə yarpaqları uzun saplaqlıdır, 3–4 dəfə üç hissələrə bölünmüşdür. Yarpaqları enli üçkünc, iri, ucları uzun və dar xətli, 1,5–4 sm uzunluqda və 1–2 (3) mm endə, cod, iti ucludur. Orta yarpaqlar xırda, yuxarıdakılar uzunsovdur. Çətirlər 2,5–6 sm uzunluqda, 13–24 qeyri-bərabər şüalıdır. Sarğısı və sarğıcığının yarpaqları 5–7 sayda, xətvaribizvaridir. Kasacığın dişləri qısa, ləçəkləri 1–1,5 mm uzunluqda, açıq sarı rəngdədir. Yarım meyvəcikləri 6–7,5 mm uzunluqda və 3–4 mm enində, ellipsvari, beli qabırğalıdır.
Rus dili
Rus dili (rus. русский язык) — Hind-Avropa dillərinin Baltik-slavyan dilləri qrupuna aid şərqi slavyan dili. Dünyanın ən çoxyayılmış dillərindən biri — ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dili. Ən çox vətəni olan Rusiyada danışılır. SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işləkdir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi deyilsə də, hamısında rus dilli məktəblər var, yaxud rus dili tədris olunur. Rus dilində vurğunun yeri sabit deyildir. == Əlifba == Rus əlifbasında 33 hərf 42 səs var. Kiril əlifbasından istifadə olunur.
Rus düzənliyi
Şərqi Avropa düzənliyi və ya Rus düzənliyi — Şərqi Avropada geniş düzənlik, Avropa düzənliyinin bir hissəsi. Düzənlik Baltik dənizi sahillərindən Ural dağlarına, Barens və Ağ dənizlərdən Qara, Azov və Xəzər dənizlərinə qədər uzanır. Şimal-qərbdə Skandinaviya dağları, cənub-qərbdə Sudet və Mərkəzi Avropanın digər dağları, cənub-şərqdə Qafqaz, qərbdə isə Visla çayı düzənliyin şərti sərhəddi rolunu daşıyır. Dünyanın ən böyük düzənliklərindən biridir. Şimaldan cənuba düzənliyin ümumi uzunluğu 2,5 min kilometrdən çox, qərbdən şərqə isə 1 min kilometrdir. Belarus, Latviya, Litva, Estoniya və Moldova tamamilə, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, Polşa və Rumıniya isə qismən düzənlik ərazisində yerləşir. == Xüsusiyyətləri == Şərqi Avropa düzənliyi platforma bünövrəsi üzərində qədim düzənlikdir. Şimal-qərbində qədim buzlaşma izləri qalmışdır. Şimalda tundra, cənub-şərqində səhra və yarımsəhra var. Meşə və çöl landşaftı üstündür.
Rus görüşü
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt. Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.
Rus imperiyası
Rusiya İmperiyası (rus. Российская империя) — 1721-ci ildə Şimal müharibəsinin sona çatmasından 1917-ci il Fevral inqilabı nəticəsində hakimiyyətə gələn müvəqqəti hökumət tərəfindən Respublika qurulana qədər Avrasiya və Şimali Amerika boyunca mövcud olmuş imperiya. Dünya tarixində üçüncü böyük imperiya olmaqla, üç qitə boyunca uzanan Rus İmperiyası ərazi ölçüsünə görə yalnız Britaniya və Monqol İmperiyasından geri qalırdı. Rusiya imperiyasının yüksəlişi rəqib qonşularının — İsveç, Reç Pospolita, İran və Osmanlı imperiyalarının zəifləməsi sayəsində baş verdi. Bu, 1812–1814-cü illərdə Napoleonun Avropanı idarə etməklə qərbə və cənuba doğru genişlənmək istəyinin dəf edilməsində böyük rol oynadı. Rusiya İmperiyasını 1721-ci ildən 1762-ci ilə qədər Romanovlar ailəsi, 1762-ci ildən sonra bu ailənin alman əsilli qolu Holşteyn-Qottorp ailəsi idarə edirdi. 19-cu əsrin əvvəllərində Rusiya İmperiyası şimaldan Şimal Buzlu okeandan cənubda Qara dənizə, qərbdən Baltik dənizindən şərqdə Sakit okeana və 1867-ci ilə qədər Amerikada Alyaskaya qədər uzanırdı. 1897-ci ildə əhalinin siyahıya alınması ilə qeydiyyata alınan 125.6 milyon nəfər ilə həmin dövrdə Böyük Tzin və Hindistandan sonra dünyada əhalisinin sayına görə üçüncü yerdə idi. Rusiya bütün imperiyalar kimi iqtisadiyyat, etnik və dini mənsubiyyət fərqliliklərini özündə birləşdirirdi. İmperiyada çoxsaylı üsyan və sui-qəsd cəhdləri həyata keçirən müxalif qüvvələr var idi.
Rus mafiyası
Rus mafiyası – Rusiya Federasiyasındakı ən böyük etnik mütəşəkkil cinayətkar qrupu. Ruslardan ibarət əsasən Moskva, Sankt-Peterburq, Tümen, Surqut, Yekaterinburq, Omsk, Astraxan, Krasnoyarsk, Rostov-na-Donu, Samara, İrkutsk kimi böyük şəhərlərdə cinayətkar qruplar üçün istifadə olunan ümumi termindir. Rusiyadan kənarda bu qruplar keçmiş SSRİ, Avropa, ABŞ, Türkiyə Respublikasında əksəriyyətində fəaliyyət göstərir.
Rus marşı
Rus marşı — rus millətçi hərəkatlarının illik yürüşləri və nümayişləridir. İlk "Rus marşı" 2005 ildə, Xalq həmrəyliyi gününün təsis edilməsindən bir il sonra baş tutub. "Rus marşı" siyasi etiraz ayinidir. Altı il ərzində mütəmadi davam edən, millətçi təşkilatlarla dövlət təsisatlarının münasibətinin əks olunması baxımından olduqca maraqlı fenomendir."Rus marşı" həm də, hökümətyönlü "Naşi"(Bizimkilər) hərəkatının "Rus marşı" ilə eyni vaxtı təşkil etdiyi tədbirlərinin də adıdır. Son zamanlar KİV lərin dəyərləndirmələrinə görə "Naşi" hərəkatı bu yürüş üzərində inhisarı öz əlinə almağa çalışır. Bəsdir Qafqazı yedirdik şüarı ilə reklam olunan, və ildə bir dəfə keçirilən "Rus marşı", və 2010 ildə Manej meydanında baş verən iğtişaşlar bir vahid səciyə daşıyır:onlar demək olar ki ya tamamilə Şimali Qafqaz respublikaları , ya da Şimali Qafqaz milliyətinə mənsub olanlar üzərində cəmləşir. Şimali Qafqaza və onun xalqlarına qarşı olan bu əhval-ruhiyə kontekstində, Stavropol diyarı xüsusi yer tutur: bura - Şimali Qafqaz ərazisində olan yeganə yerdir ki, əhalisinin əksəriyyəti ruslardır"..."Baxmayaraq ki, "Rus marşı" Stavropol diyarında 2006 ildən sonra( ilk Moskvadaki nümayişindən bir il sonra) keçirilməyə başlandı, Şimali Qafqaza qarşı olan əhval-ruhiyə burada başqa nisbətlərdə təzahür edirdi. 2007 ilin may və iyun aylarında Stavropolda etnik-arası qarşıdurmalar nəticəsində (ikisi rus biri çeçen olmaqla)üç nəfər qətlə yetirildi. Məlumatlarda bildirilirdi ki, iğtişaşlarda, polisin xüsusi qüvvələri və yerli polislə birlikdə, qafqazlılara hucum edən, indi qadağan olan "Qeyri-leqal immiqrasiyaya qarşı hərəkatı" da daxil olmaqla, rus etno-millətçiləri də iştirak edirdilər. Bu iğtişaşlar, Kondopoqada(Kareliya) analoji hadisələrdən bir il keçməmiş baş vermişdi.[1] == Qaynaq == http://kavpolit.com/stavropol-liniya-fronta-mezhdu-rossiej-i-severnym-kavkazom/tərcümə.
Rus mətbəxi
== Tarixi == Qədimdə rus mətbəxinin əsasını müxtəlif suplar, sıyıqlar, xəmir məmulatları təşkil edirdi. XVIII əsrdə Fransadan dəvət olunan aşpazlar rus mətbəxinə sosiska, omlet, kotlet, kompot gətirdilər. Ukraynadan Rusiya mətbəxinə donuz və dana əti bulyonunda hazırlanmış borş daxil olur və bu günə kimi əsas yeməklərdən biri sayılır. Kartofun hələ geniş yayılmadığı dövrlərdə əsas qarnir şalğam (turp) sayılırdı. Tərkibinə xama və kəsmik əlavə olunan yeməklər rus mətbəxinin əsas atributlarındandır. Xaricdə rus mətbəxi, əsasən blinləri, kürüsü və pelmenləri ilə tanınır. Balıqdan müxtəlif yeməklər hazırlanır. Ən nəfis balıq çökə hesab olunur. Balıq suda bişirilib dəfnə yarpağı əlavə olunaraq uxa adlanan sup halında, qızardılmış, sobada bişirilmiş, içinə göbələk və müxtəlif yarmalar doldurulmuş halda süfrəyə verilir. Həmçinin qurudulmuş, hisə verilmiş, duza qoyulmuş müxtəlif balıq növləri də əsas menyuya daxildir.
Rus nəfəsotu
== Təbii yayılması: == Şərqi Sibirin quru çınqıllı sahələrində, Avropa, Qərbi Asiya, Şimali Afrika və Makroneziyada yayılmışdır. Qafqazda 6, Azərbaycanda isə 1 növü məlumdur. == Botaniki təsviri: == Hündürlüyü 1,5-2 m, dik qalxan budaqlara, üçər yarpaqlara malik olan koldur. Yarpaqcıqları tərs yumurtavari, oturaq, alt tərəfdən ipəkvari tükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri qızılı-sarı rəngdə olub, tək-tək salxımlarda yerləşir. Meyvələri avqust ayında yetişir. Paxlası xətvari, qara rəngli, tükcüklü olub, 3 sm uzunluqdadır. == Ekologiyası: == Bu növ şaxtaya, quraqlığa dözümlü və işıqsevəndir. == Azərbaycanda yayılması: == Mərkəzi Nəbatat bağında introduksiya edilmişdir.
Rus nərəsi
Rus nərəsi (lat. Acipenser gueldenstaedtii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Xəzər dənizində nərə üç müstəqil populyasiya əmələ gətirir: a) Şimali Xəzər və ya Volqa; b) İran; v) Kür nərəsi. Onlar bir-birindən xarici görünüşünə, həyat tərzinə və bir çox bioloji xüsusiyyətlərinə görə fərqlənir. Kür nərəsi Volqa nərəsinə nisbətən iri olub, bədəni boz rəngdədir. Volqa nərəsinin bədəni sarımtıl rəngdədir. Xəzərin Azərbaycan sektorunda əsasən Kür nərəsinə təsadüf edilir. Kür nərəsi əsasən Cənubi Xəzərdə Orta Xəzərdə və az miqdarda Şimali Xəzərdə təsadüf olunur. İran nərəsi əsasən Xəzərin cənub-şərq hissəsində yaşayır. Azərbaycan sularında az təsadüf edilir.
Rus rublu
Rusiya rublu və ya рубль — Rusiya Federasiyasının valyutası. Həmçinin Abxaziya və Cənubi Osetiya ərazisində rəsmi valyuta kimi işlədilir. Rusiya rublunun ISO 4217 üzrə kodu — RUB, 1998-ci il denominasiyadək kodu RUR idi. == Tarixi == Rusiya ərazisində XIII əsrdən işlədilir. Əvvəllər qrivnanın bir hissəsi idi. == Mənbə == Информация о банкнотах и монетах на сайте Банка России (rus.) (ing.) РОССИЙСКИЙ РУБЛЬ И ПРИЗНАКИ ПОДЛИННОСТИ РОССИЙСКОГО РУБЛЯ Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine (rus.) Rusiyanın əskinasları keçmiş SSRİ əskinasları (alm.) (ing.) (fr.) == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Rus ruletkası
Rus ruletkası (rus. русская рулетка) — ölümcül bir şans oyunu. Tapançaya bir güllə qoyulur və silindr elə çevrilir ki, güllənin yeri bəlli olmur. Oyunçular tapançaları başlarına qarşı tutaraq növbə çəkirlər və tətiyi çəkərək şanslarını sınayırlar. Rus ifadəsi oyunun doğulduğu ölkəyə aiddir. == Əlamətdar hadisələr == PBS kanalına görə, tranzistorun müəlliflərindən biri və Fizika üzrə Nobel mükafatı laureatı Uilyam Şokli, özünə intihar cəhdi edərkən rus ruletkasını tək oynayıb. == Populyar mədəniyyətdə == === İçki oyunları === Rus ruletkası üzərində əsaslanan bir içki oyunu var. Oyunda oyunçu olmayan şəxs, altı badənin beşinə su, altıncısını araqla doldurulur. Bəzi qruplar arasında, aşağı keyfiyyətli arağa üstünlük verilir, çünki araq doldurulmuş təmsil edən badəni daha az arzuolunmaz edir. Badələr bir dairə şəklində olur və oyunçular növbə ilə təsadüfən içki üçün bir badə seçirlər.
Rus salatı
Paytaxt salatı (rus. Столичный салат) — xüsusilə Şərqi Avropa və digər postsovet ölkələrində məşhur olan ənənəvi rus salatıdır. Bir çox ölkədə bu salat Rus salatı, Braziliyada mayonez, bəzi Skandinaviya ölkələrində (Norveç və Danimarka) İtalyan salatı (İtaliya bayrağının rənglərinə bənzədiyi üçün), Keçmiş Yuqoslaviya ölkələrində fransız salatı, Niderlandda isə "huzarensalade" (hussar salatı) kimi tanınır. Soyuq müharibə dövründə Amerika Birləşmiş Ştatlarında bu salat Amerikan salatı olaraq adlandırılmağa başlamışdır. Rusiyada və digər postsovet ölkələrində, eləcə də dünyanın bütün rusdilli icmalarında bu salat Yeni il şənlikləri zamanı süfrəyə verilən əsas yeməklərdən birinə çevrilmişdir. == Tarixi == Salat öz adını reseptin yaradıcısı, 1860-cı illərdə Moskvanın ən məşhur restoranlarından biri olan "Ermitaj"-ın Belçika əsilli baş aşpazı Lusyen Oliviyedən almışdır. 20-ci əsrin əvvəllərində Oliviyenin köməkçi aşpazlarından biri İvan İvanov resepti oğurlamışdır. Daha sonra İvanov işindən ayrılaraq "Moskva" restoranında aşpaz işləməyə başlamış və orada bir qədər fərqli şəkildə bu salatı “Metropolitan (Paytaxt) salatı” (rus. Столичный) adı altında təqdim etməyə başlamışdır. Daha sonra İvanov salatın reseptini müxtəlif nəşriyyatlara satmış, bu da salatın Paytaxt salatı adı ilə daha da populyarlaşmasına kömək etmişdir.
Rus çarlığı
Çar Rusiyası — 1547–1721-ci illərdə Rusiyanın rəsmi adı. Bəzi mənbələrdə Rusiya Çarlığı kimi də adlandırılır.
Rus Şahinləri
Rus Şahinləri (rus. Соколы России) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 2006-cı ildə yaradılmışdır. Uçuşlar üçün Su-25, Su-27 , Su-30 , Su-34, Su-35 və MiQ-29 təyyarləri istifadə olunur.
Rus şansonu
Rus şansonu (rus. русский шансон) — rus musiqisinin müxtəlif janrlarını (şəhər romantikası, hərbi, mühacir və bəzi pop mahnıları) əhatə edən kollektiv termin.