Daş Salahlı əhəngdaşı yatağı
== Yerləşməsi ==
Daş Salahlı əhəng daşı yatağı Qazax rayonu Daş Salahlı kəndindən 2,0 km. şimal-qərbdə yerləşir.
== Öyrənilməsi ==
Yataq əvvəllər S. Dadaşov adına Azərbaycan Tikinti Materialları İnstitutu tərəfindən öyrənilmişdir. 1967–1968-ci illərdə yataqda yenidən kəşfiyyat işləri aparılmışdır. Kəşfiyyat işlərinin əsas məqsədi Daş Salahlı əhəngdaşının sement istehsalına yararlı olmasını aydınlaşdırmaq olmuşdur. Aparılmış işlərin nəticəsinə görə əhəng daşları bütün növ sement istehsalına yararlı olduğu müəyyənləşdirilmişdir. Yatağın hesablanmış ehtiyatı bütün növlər və kateqoriyalar üzrə 7,4 mln. m³. təşkil edir. Daş Salahlı əhəngdaşı yatağı, əsasən qalın laylı, yarım kristallik maastrixt yaşlı əhəngdaşlarından ibarətdir.