ƏLİYALIN
ƏLKİMYAÇI
OBASTAN VİKİ
Əlkimya
Əlkimya və ya kimyagərlik — elmi biliklər sisteminə əsaslanmayan 4-16 əsrlər kimyasının adı. Əlkimya, Fəlsəfə daşı adlanan mövhumi daş vasitəsilə ucuz mis və qurğuşun metallarını qızıl və gümüşə çevirməyin mümkün olması kimi yanlış ideya üzərində qurulmuşdu. Orta əsrlərdə kimya elmi yaranana qədər elmin, magiyanın və dinin əcaib qarşığından ibarət olan əlikimya mövcud olmuşdur.Əlkimya ilə məşğul olan kimyagərlər öz yanlış ideyalarına nail ola bilməsələr də, tətbiqi kimyanın inkişafına müəyyən dərəcədə xidmət göstərmiş və istifadə etdikləri kimyəvi prosesləri tədriclə təkmilləşdirmişlər. Əlkimya III - IV əsrlərdə Misirdə meydana gəlmişdi. Orta əsrlərdə Avropada geniş yayılmışdı. Əlkimyaçıların (kimyagərlərin) əsas məqsədi oksidləşən (qeyri-nəcib) metalların qızıl və gümüşə (nəcib metallara) çevrilməsinə yardım edəcək “fəlsəfə daşı”nın, eləcə də “əbədi həyat iksiri”nin tapılmasından ibarət idi. Kimyagərlərin tədqiqatlarının praktiki nəticəsi bir çox qiymətli məhsulların - qarışıq metalların - xəlitələrin, mineral və bitki yağlarının, şirlərin (minaların), şüşə, dərman və s. alınmasına, eləcə də yeni kimyəvi cihazların yaradılmasına səbəb olmuşdur. == Əlkimyada qovma == Əlkimyada qovma çox inkişaf etmişdi.Onlar qovma və ya distillə haqqında kitablar belə dərc edirdilər.Və hətta fosfor da sidiyin qovulması nəticəsində alınmışdı.Orta əsrlərə qədər qovma da müqəddəs sənət hesab olunurdu. == Fəlsəfə daşı == Fəlsəfə daşı əlkimyanın anası hesab olunur.Belə ki dəmir və ya misdən fəlsəfə daşı vasitəsi ilə Qızılın alınması əsaslanan bu fikir mümkünsüz olsa da, uzun müddət əlkimyaçılar bunu axtarmışlar.Bu axtarışların nəticəsində çox şey (məsələn, Fosfor) kəşf olunmuşdur.Əlkimya ilk dəfə Zosima Panapolitanski tərəfindən işlənmiş Kemiya sözünə Al şəkilçisi artırılmaqla (lat.Alchemia) yaranmışdır.Amma əlkimya kimyailə deyil bu daş ilə əlaqəli idi.Bu daş haqqında əlkimyəvi komiks - "Lal kitab" mövcuddur.Burada işlənən fəlsəfi civə və fəlsəfi kükürd cisim haqqında deyil fəlsəfə məzmunludur.Belə ki,civə ilə kükürd ana və ata kimi də təhrif olunur.Bir çox mənbələrdə fəlsəfə daşını qırmızı və bəzən də sarı toza bənzədirlər.Amma fəlsəfə daşının nə olduğu və necə alındığı hələ də mübahisə doğurmağa davam edir.

Значение слова в других словарях

доложи́ться осто́жина пата́нка по́дрезь прибау́тчик стери́н энергети́зм бечево́й затушева́ться косме́тика малозна́ющий неравноме́рный нетрусли́во опи́сываться потряса́ющий comedietta fecal Jacob's staff linseed tea nonius peccability phrenologist pilot tunnel vers librist околоточный