ƏT-SÜMÜK

прил. мясо-костный
ƏT-SÜD
ƏT-YAĞ
OBASTAN VİKİ
Ət və sümük (teleserial, 2015)
Ət və sümük (ing. Flesh and Bone) - Moira Uolli Bekket tərəfindən yaradılmış ABŞ dram miniserialıdır. Serialın premyerası 8 noyabr 2015-ci ildə Amerikan kabel televiziyası olan Starz-da baş tutmuşdur. Etan Steyfel serialın xoreoqrafı və məsləhətçisi olmuşdur. Amerikan Balet Kompaniyasının banisi və bədii direktoru Pol Qreyson bu məkanı dünyanın ən nüfuzlu balet şirkətlərindən birinə çevirmək istəyir. Lakin, iş ortağı və partnyorunun ölümündən sonra depressiya yaşayan Pol gənc balerun Treylə əlaqəyə girir. Bu dövrdə Pittsburqdakı evlərindən qaçaraq Nyu-Yorka gəlmiş gənc balerina Kler işə düzəlmək üçün şirkətə müraciət edir. İlk görüşdəcə Klerin istedadını başa düşən Pol balet truppasının uğurlu gələcəyini bu gənc qız üzərində qurmağa qərar verir. Mövsümün başlamasına az qalmasına baxmayaraq, Pol artıq planlaşdırılmış cədvəldən imtina edir. “Jizel” baleti təxirə salınır.
Sümük
Sümük — Çox sayda toxumadan ibarət olan canlı orqanizm üzvü. Sümük dayaq-mexaniki və qoruyucu funksiyalarını yerinə yetirir. O, onurğa skeletinin əsas tərkib hissəsi sayılır. Sümüyün tərkibinə həm üzvi, həm də qeyri-üzvi maddələr daxildir. Birincinin miqdarı orqanizmin yaşından asılıdır və cavan orqanizmlərdə o daha çox olur. Buna görə də cavan orqanizmlərin sümüyü elastiki və yumşaqdır. Yaşlılarda isə əksinə, sümük getdikcə bərkləşir. Sümükdə olan bu hər iki maddə onurğalıların qruplarında fərqlənirlər. Məsələn, dərin sualarda yaşayan balıqların sümüklərində minerallar azdır, ona görə də onların sümüyü yumşaq və laylı olur. Böyük insanlarda mineralların miqdarı (əsasən də ümumi çəkinin 60-70%-ni təşkil edir, üzvi maddələr (əsasən kollaqen I) isə 30-40 % civarındadır.
Ət
Ət — canlılarda sümüklə dəri arasında maddə. Ət dedikdə hər şeydən əvvəl skelet əzələləri və onlara birləşmiş yağ və toxumalar başa düşülür. Bəzən dil, qaraciyər, böyrək, beyin, ürək, diafraqma, baş əti və qida borusu da ət adlanır. Bir çox heyvan, quş və balıq ətindən qida məhsulu kimi istifadə olunur.
Aypara sümük
Aypara sümük (lat. os lunatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, başlı və qarmaqlı sümüklərəməxsus aşağı basıq səthi və qayığabənzər sümüyə məxsus bayır, üçvəcli sümüyə məxsus içəri səthi vardır. == Həmçinin bax == Kinbek xəstəliyi == Mənbə == Prof.
Başlı sümük
Başlı sümük (lat. os capitatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun qayığabənzər sümüyə məxsus ınə doğru çıxmış yuxarı səthi, III daraq sümüklərinə məxsus aşağı, yuxarıda qayığabənzər sümüyə və aşağıda trapesiyayabənzər sümüyə məxsus bayır və qarmaqlı sümüyə məxsus yastı içəri səthi vardır. == İstinadlar == == Mənbə == Prof.
Noxudabənzər sümük
Noxudabənzər sümük (lat. os pisiforme) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun üçvəcli sümüyə məxsus arxa səthi vardır. Bu sümük aşağı doğru çıxıqdır və bayır tərəfdə şırıma malikdir.
Qarmaqlı sümük
Qarmaqlı sümük (lat. os hamatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun aypara sümüyə məxsus yuxarı, İV və V daraq sümüklərinə məxsus aşağı, üçvəcli sümüyə məxsus basıq içəri və başlı sümüyə məxsus hamar bayır səthi vardır.
Qayığabənzər sümük
Qayığabənzər sümük (lat. os scaphoideum, os naviculare manus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, trapesiyayabənzər, trapesiyaşəkilli, başlı sümüklərə məxsus aşağı və Aypara sümüyə məxsus içəri oynaq səthləri vardır. Qayığabənzər sümüyün bayır tərəfində lat. tuberculum ossis scaphoidei, tuberculum ossis navicularis — BNA adlı qabarcığa təsadüf edilir.
Sümük birləşmələri
Onurğa sütunu 27 sümüklə birləşib: 24 qabırğa, 2 çanaq, 1 ənsə sümüyü Döş qəfəsi 4 sümüklə birləşib: 2 körpücük, 7-ci boyun fəqərəsi, 1-ci bel fəqərəsi. Çiyin qurşağı 3 sümüklə birləşib: 2 bazu, 1 döş sümüyü. Kürək sümüyü 2 sümüklə birləşib: 1 körpücük, 1 bazu. Körpücük sümüyü 2 sümüklə birləşib: 1 kürək, 1 döş sümüyü. Bazu sümüyü 3 sümüklə birləşib: 1 kürək, 1 mil, 1 dirsək. Bud sümüyü 3 sümüklə birləşib: 1 çanaq, 1 qamış, 1 diz qapağı. Döş fəqərələri 4 sümüklə fəqərə və qabırğalar, axırıncı büzdüm fəqərəsi 1 sümüklə, yerdə qalan fəqərələr 2 sümüklə birləşib. Oma fəqərələri 4 sümüklə birləşir. Tək sümük birləşmələri: 2 diz qapağı, 4 qabırğa, 4 qulaq sümüyü, 20 ədəd axırıncı barmaq falanqası, 1 ədəd axırıncı büzdüm fəqərəsi. Gövdə skletində 5 sümük tək sümüklə birləşib: 4 qabırğa, 1 büzdüm sümüyü.
Sümük iliyi
Sümük iliyi — Qanın bütün formalı elementləri — Eritrositlər,trombositlər və leykositlər sümük iliyində ümumi sələf hüceyrələrindən yaranırlar. Sümük iliyində qanyaradıcı toxumalar venoz sinusoidlərlə məhdudlaşmış hüceyrələr yığımından təşkil olunmuşdur.Onlar radial şəkildə yerləşmişlər və mərkəzi sinusoidə açılırlar.Müxtəlif tipli hüceyrələr bu toxumalarda adacıqlar əmələ gətirirlər.Plüripatent kötük hüceyrələrinin əksəriyyəti sümük iliyi kanalı boşluğunun periferik təbəqəsində toplaşmışdır. Hüceyrələr yetişdikcə periferik sahədən kanal boşluğuna doğru hərəkət edərək sinusoidlərə keçir,oradan isə qan dövranına keçirlər.İnsanın sümük iliyinin kariositlərinin təxminən 60–65% i mieloid,10–15 % i isə limfoid tipli hüceyrələrin payına düşür.Limfoid hüceyrələrin təxminən 60% i yetişməkdə olan,qalanları isə miqrasiyaya hazır və ya əksinə qandan sümük iliyinə miqrasiya etmiş hüceyrələrdirlər.Bir gün ərzində 100 milyonlarla yetişmiş limfoid hüceyrələri qana ötürülür.Qandan sümük iliyinə keçən limfositlərin sayı isə təxminən 10 dəfə azdır.Sümük iliyindəki B limfositlərin sayı T limfositlərindən xeyli miqdarda artıqdır.Sümük iliyndə həmçinin 1–2% miqdarında immunoloji reaksiyalara cəlb edilmiş plazmatik hüceyrələr də mövcüddur.
Sümük sistemi
İnsan skeleti — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır. Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır. Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, ölçüyə, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olmayàraqsümük toxumasından təşkil olunmuşdur.
Sümük xəstəlikləri
Sümük xəstəliyi — Əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşmışdır. Aşağıdakı növlərinə rast gəlinir. Skolioz (yun. σκολιός–"əyri", lat. scoliōsis)–onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.
Sümük xəstəliyi
Sümük xəstəliyi — Əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşmışdır. Aşağıdakı növlərinə rast gəlinir. Skolioz (yun. σκολιός–"əyri", lat. scoliōsis)–onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.
Trapesiyayabənzər sümük
Trapesiyayabənzər sümük (lat. os trapezoideum, os multanglum minus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun qayığabənzər sümüyə məxsus yuxarı, ikinci daraq sümüyünə məxsus aşağı, trapesiyaşəkilli sümüyə məxsus bayır və başlı sümüyə məxsus içəri səthi vardır. Prof.
Trapesiyaşəkilli sümük
Trapesiyaşəkilli sümük (lat. os trapezium, os multangulum majus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun birinci daraq sümüyü ilə calanmaya məxsusyəhərəbənzər bayır səthi, yuxarıda qayığabənzər və aşağıda trapesiyayabənzər sümüklərə məxsus içəri səthi vardır. Aşağıya doğru baxan kiçik oynaq səthi ikinci daraq sümüyünə məxsusdur. Ovuc səthinin bayır tərəfindəyuxarıya doğru çıxan qabarcıq — lat. tiberculum ossis trapezii (tuberculum ossis multanguli minus — BNA) vardır. Prof.
Üçvəcli sümük
Üçvəcli sümük (lat. os triquertum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun oynaqarası qığırdağa məxsus yuxarı, aypara sümüyə məxsus bayır və noxudabənzər sümüyə məxsus ovuc səthləri vardır. Prof.
Əsas sümük
Əsas sümük (lat. Os sphenoidale) yarasa və ya uçan kəpənəyə bənzər sümükdür və kəllə əsasının ortasında üfuqi bir vəziyyətdə yerləşmışdır. Bunun cismi — lat. corpus, bir cüt böyük qanadlar — lat. alae majoris (alae magnae — BNA), bir cüt kiçik qanadları — lat. alae minores (arae parvae —BNA) və bir cüt qanadabənzər çıxıntıları — lat. processus pterygoidei vardır. Cisminin daxilində əsas cibi — lat. sinus sphenoidalis deyilən boşluq vardır. Həmin cib lat.
Sesamoid sümük
Sesamoid sümük (/ˈsɛsəmɔɪd/) — anatomiyada vətər və ya əzələ içərisində yerləşmiş sümük. Adı yunanca "küncüt toxumu" sözündən götürülmüşdür və sesamoidlerin əksəriyyətinin kiçik ölçüsünü göstərir. Çox vaxt bu sümüklər gərginliyə cavab olaraq əmələ gəlir, lakin anatomik quruluş kimi də mövcud ola bilərlər. Diz qapağı bədəndəki ən böyük sesamoid sümükdür. Sesamoid əzələlər vətərlərin sürüşməsi üçün hamar bir səth təmin edir, vətərlərin əzələ qüvvələrini ötürmə qabiliyyətini artırır. Sesamoid sümükləri insan bədəninin bütün oynaqlarında tapıla bilər, o cümlədən: Dizdə —- diz qapağı (budun dördbaşlı əzələsinin içərisində). O, ən böyük sesamoid sümükdür. Əldə — 2 səsamoid sümük adətən birinci metakarpal sümüyün distal hissələrində baş barmağın adduktor əzələsi və fleksor pollicis brevisin vətərlərində) olur. İkinci metakarpal sümüyün distal hissələrində də adətən səsamoid sümük olur. Biləkdə — biləyin noxudabənzər sümük hissəsi küncütvari sümükdür (biləyi bükən dirsək əzələsi vətərinin daxilində).
Navikulyar sümük
Navikulyar sümük — (lat. nəˈvɪkjʊlər) əksər məməlilərin ayaqlarında olan kiçik sümük. İnsanlarda navikulyar sümük ayaqda yerləşən tarsal sümüklərdən biridir. Navikulyar sümük və ya əl navikulyar sümüyü termini əvvəllər biləyin sümüklərindən biri olan qayığabənzər sümüyü üçün istifadə olunurdu. İnsanlarda navikulyar sümüyü ayağın medial tərəfində yerləşir və proksimalda talus ilə, distalda üç mixi sümük ilə və yanal olaraq kuboid sümüyü ilə birləşir. Ossifikasiyaya başlayan ayaq sümüklərinin sonuncusudur və adətən qızlarda həyatın 3-cü ilinin, oğlanlarda isə 4-cü ilin əvvəlinə qədər baş vermir. Tibialis posterior navikulyar sümüyə bağlanan yeganə əzələdir. Əzələnin əsas hissəsi navikulyar sümüyün ortasına yapışır. Əlavə navikulyar sümük ümumi əhalinin 2-14%-də mövcud ola bilər. İnsanın navikulyar sümükləri tez-tez qırılan sümük deyil və ancaq 2 səbəbə görə qırılır.
Sümük alət
Sümük alət — sümükdən yaradılmış alətdir. Sümük aləti demək olar ki, hər bir sümükdən və müxtəlif üsullarla yaratmaq mümkündür. Sümük alətlər qrupuna heyvanların sümükləri, buynuzları və diş kimi sərt hissələrindən istifadə olunaraq hazırlanan alətləri qeyd etmək olar. Bu alətlər əsasən qoyun, keçi, iribuynuzlu mal-qara və s. heyvanların sümüklərindən hazırlanmışdır. Sümük alətlər Homo sapiensin yaranmasından sənədləşdirilmişdir və həmçinin Homo neandertalların kontekstlərindən və ya daha əvvəllər məlumdur. Sümük, digər materiallarla yanaşı, demək olar ki, bütün ovçu-yığıcı cəmiyyətlər tərəfindən alətlər hazırlamaq üçün istifadə edilmişdir. Skeletin hər hansı bir hissəsi potensial olaraq istifadə edilə bilər; bununla belə, buynuzlar və uzun sümüklər ən yaxşı iş materialını təmin edir. Uzun sümük parçaları aşındırıcı daşa sürtülərək ox və nizə ucları, iynələr, çəngəllər və balıq qarmaqları kimi əşyalara çevrilə bilər. Sümük alətlər əsasən sümük qırıqlarından hazırlanır və ya faydalı formada kəsilirdi.
Turşulu ət
Ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir.
Ət-Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Ət-Təvvab
Ət-Təvvab (ər. التوّاب) — Allahın adlarından biri.
Ət işarəsi
@ işarəsi — elektron poçt simvolu @ işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompüter və İnternet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir. “@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Çində "@" heroqlifi həm də "ay ta" kimi oxunur və mənası "onu sev" deməkdir. @ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ildə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. O zamanlarda, bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən @, daha sonra texnologiyalara da daxil oldu. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.