ƏTİQ

ə. 1) qədim, əski, köhnə; 2) azad edilmiş (qul haqqında).

ƏTİBBA
ƏTİMƏ
OBASTAN VİKİ
Əhdi-Ətiq
Əhdi-ətiq və ya Əski Əhd — Xristianların müqəddəs kitabı Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. Həmçinin Yəhudilərin müqəddəs kitabı. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi.
Əhdi Ətiq

Ətiq Ordubadi
Ətiq Ordubadi — XVI əsrin görkəmli xəttatı Şah İsmayılın dəftərxanasında münşilik təcrübəsi alan,"tuğrayi‐şahi" adlanan xətt növünü ixtira edən Ətiq Ordubadi dövrünün tanınmış sənətkarlarından olmuşdur. Araşdırmamız zamanı aydın oldu ki, tuğra, padişahın adı və ləqəbi yazılan möhür mənasına gəlir. Tuğra, xəttatlıq sənaətinin bir qolu olmuş və yüz illərcə usta xəttatlar tərəfindən istifadə olunmuşdur. Türk dilində söz olaraq padşahın adını ehtiva edən xüsusi bir işarə, padşahın imzası kimi mənalar da ifadə edir. Oğuz ləhcəsində isə bu söz tuğrağ şəklindədir, hökmdarın möhürü mənasını ifadə edir. Qeyd edək ki, M. Tərbiyət özünün "Danişməndani-Azərbaycan" əsərində də bu haqda məlumat vermişdir: "Ətiq Ordubadi sonralar dəftərxanadakı vəzifəsini tərk etmiş, Məşhəd məqbərəsi ziyarətgahının işlər müdiri olmuş, uzun müddət orada yaşayaraq, Şahrux mədrəsəsi yanında özünə məqbərə tikdirmişdir". Mənbələrdən əldə etdyimiz məlumatlarda onun təmkinli, alicənab və saf savada malik insan olduğunu görürük. Şah İsmayıl dəftərxanasında xüsusi hörmətə malik olan Ətiq Ordubadi haqqında bir çox təzkirədə məlumat verilmişdir..
Ətiqi Şirvani
Ətiqi Şirvani — Azərbaycan şairi Bəktaşılardan idi.
Ətiqə İzmayılova
Ətiqə İzmayılova (19 mart 1932 – 2006) — Azərbaycanın aparıcı etnoqroflarından biri 1932-ci il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Öz əmək fəaliyyətini Talış mədəniyyəti və sosial həyatının mütəxəssisi kimi başlayaraq, sonradan o Azərbaycan milli geyimləri ilə məşğul olmuşdur. Ali təhsilini 1955-ci ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsində, elmlər namizədi dərəcəsini isə SSRİ EA-nı Mikluxa-Maklay adına Etnoqrafiya İnstitunda almışdır. Uzun illər müddətində Azərbaycan EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda və Azərbaycan Milli Tarix Muzeyində çalışıb. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinə rəhbərlik edib.

Значение слова в других словарях