I
(Füzuli, Yardımlı, Göyçay, İsmayıllı, Kürdəmir, Salyan)
ensiz qaşlı üzük. – Hindi də əyrəmçə salıllar (Salyan); – Bir əyrəmçəm vardı, verdim qızıma, o da itirib (Göyçay)
II
(Kürdəmir, Şəki, Tovuz, Ucar)
çirkin, xoşagəlməz. – Bizim hesapdar bir əyrəmçə oğlandı (Kürdəmir); – Bi əyrəmçə:n birini alıf qo:itdi öyə, heç adama da oxşamır (Şəki)