əsrlərcə
əşya
OBASTAN VİKİ
Əhmədcan Əşiri
Əhmədcan Aksupiyeviç Əşiri ((Qazaxca: Ахметжан Ақсупиұлы Аширов;1938 – Malıbay aulu, Almatı vilayəti, Şelek rayonu (indiki Yenbekşikazax),Qazaxıstan) — uyğur yazıçısı və dramaturqu, Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı == Həyatı == Əhmədcan Aksupiyeviç Əşiri 1938-ci ildə Qazaxıstanın Almatı vilayətinin Şelek rayonunun (indiki Yenbekşikazax) Malıbay aulunda doğulmuşdur. 1956-cı ildə Panfilov adına Pedaqoji məktəbi bitirmişdir, 1961-ci ildə isə Qazaxıstan Dövlət Universitetinin filologiya fakultəsindən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra bir sıra işlərdə işləmiş, o cümlədən Qazaxıstan radiosunda redaktor vəzifəsində çalışmışdır. İbray Altınsarina adına Elmi-Tədqiqat Pedaoji İnstitutunun aspiranturana daxil olmuşdur. Bir müddət Talqar rayonunda müəllim işləmişdir. Daha sonra “Kommunizm tuği” (hazırda “Uyğur avazı”) qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri, məsul katib vəzifələrində çalışmışdır. 1982-ci ildən Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı vəzifəsində çalışır. 1986-cı ildə Qazaxıstan Yazıçılar Birliyinin IX qurultayında yaradıcılıq qurumunun sədr müavini vəzifəsinə seçilmişdir. O, SSRİ Yazıçılar Birliyi Ədəbiyyat fondunun İdarə Heyətinin üzvü, Almatıda rusca yayınlanan “Prostor” dərgisinin redaksiya heyətinin üzvü seçilmişdir. 1991-1995-ci illərdə “Arzu” dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır.
Əşiya
Əşiya və ya Yeşaya (ivr. ‏יְשַׁעְיָהוּ‏‎, Yəšaʿyāhū; mənası – «Rəbb xilas edir»), həmçinin İsaiya — e.ə. VIII əsrdə yaşamış yəhudi peyğəmbər. «Əşiya peyğambərin kitabı» adını ondan götürmüşdür.«Əşiya peyğambərin kitabı» əsərində Əşiya peyğambər deyə xitab edilir, fəqət «Əşiya peyğambərin kitabı» ilə hər hansı bir tarixi Əşiya arasında dəqiq əlaqə qarışıqdır. Ənənəvi nöqteyi-nəzərə görə, «Əşiya peyğambərin kitabı»nın bütün 66 fəsli bir insan – Əşiya tərəfindən yazılmışdır. Ehtimal olunur ki, kitab iki dövrdə yazılıb – e.ə. 749-cı il və ya e.ə. 686-cı il. Kitabda Böyük Kirdən bəhs olunur və İsrail millətini Babiloniya əsarətindən xilas etmək üçün nəzərdə tutulmuşdur. Başqa bir nöqteyi-nəzərə görə, kitabın birinci yarısı (1–39-cu fəsillər) tarixi Əşiya tərəfindən, qalan hissəsinin yazılma tarixi isə Babiloniyadakı sürgündən dərhal sonraya təsadüf edir.

Значение слова в других словарях

-янт- вдохновля́ть краскова́р мешо́чничать морщи́нистость подсека́ться сингале́зы троеже́нец тылови́к весе́нний мужска́я рифма неотрази́мость смотреть на что сквозь пальцы цара́панье членовреди́тельство чуло́чник arena theatre obscure glass proctologist бараний гаревый извериться концлагерь подстричь пушка