Animafilm Bakı Beynəlxalq Animasiya Festivalı
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı (ANIMAFILM International Animation Festival) —2018-ci ildə yaradılmış Azərbaycanın ilk beynəlxalq animasiya festivalı.
Festival ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini nümayiş etdirilir. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.
ANİMAFİLM festivalının təsisçisi və təşkilatçısı “PERİ FİLM” MMC-dir. Festivalın direktoru rejissor və prodüser Rəşid Ağamalıyevdir.
Festivalın keçmiş və hazırkı tərəfdaşları: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, "YARAT" Müasir İncəsənət Məkanı, "Nizami" Kino Mərkəzi, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, "Çinar Yayımları" nəşriyyatı, "Buta Film" studiyası, "Müasir İncəsənət Mərkəzi" qalereyası, Birləşmiş Rəssamlar Klubu.
== I ANİMAFİLM (2018) ==
=== Proqram ===
I ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 19–21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində YARAT Müasir İncəsənət Məkanı, Buta Film, "Müasir İncəsənət Mərkəzi" qalereyası, Birləşmiş Rəssamlar Klubu (BRK), Nizami Kino Mərkəzinin dəstəyi ilə keçirilib.
Festivalın mövzusu Azərbaycan animasiyası idi. Festivalda müsabiqədənkənar proqramda Azərbaycan filmlərinə iki baxış təşkil olunub, festivalın plakatı isə Azərbaycan rəssamı Vüqar Muradova məxsusdur.
Festivalı çərçivəsində "ReAnimasiya" adlı sərgi təşkil olundu, “Azərbaycan animasiyası” kitabının təqdimatı keçirlidi, Azərbaycan, Gürcüstan və Rusiyanın retrospektiv filmləri nümayiş etdirildi, uşaqlar üçün animasiya ustad dərsləri və kukla tamaşası göstərildi.