Ani Zəfər tağı

Zəfər tağıTürkiyənin Qars ilində, Horomos monastırından Ani şəhər xarabalığına gedən yolun üstündə qədim abidə. Abidə aşırma kəmərlə bir-birinə birləşdirilmiş iki hündür, düzbucaqlı qüllədən ibarət olmuşdur. Hər iki qüllənin üstündə bir ədəd kiçik, qübbəli şapel var imiş. Şapelə və kəmərüstü keçidə olan giriş, qüllənin aşağısındakı kiçik qapıdan olmuşdur. Qüllələrdən birinin üstündə 1102-ci il tarixli kitabə olmuşdur ki, bu da abidənin Baqrationilər xanədanı dövründə inşa edildiyini göstərir. Abidənin dövrümüzə yalnız xarabalıqları çatmışdır.

Ani Zəfər tağı
Ölkə Türkiyə Türkiyə
Şəhər Qars
Yerləşir Ani
Aidiyyatı Erməni Qriqoryan Kilsəsi
Tikilmə tarixi X əsr
Üslubu Erməni memarlığı
Ani Zəfər tağı (Türkiyə)
Ani Zəfər tağı