Fatma xanım Ani

Fatma xanım Ani (XVII əsr, İstanbul1710, Yenişehir[d], Bursa vilayəti) — XVII–XVIII əsrlərdə yaşamış Azərbaycan şairəsi.[1]

Fatma xanım Ani
Doğum tarixi XVII əsr
Doğum yeri
Vəfat tarixi 1710
Vəfat yeri
Atası Xacə Sədəddin Hüseyncan
Fəaliyyəti Şairə
Vikimənbənin loqosu Fatma xanım Ani Vikimənbədə

Əsl adı Fatma xanım təxllüsü isə Anidir. Təbrizli Xacə Sədəddin Hüseyncanın qızıdır. Süleyman Müstəkimzadə “Mecelletü’n-Nisâb fi’n-Nisbi ve’l-Künâ ve’l-Elkâb” adlı əsərində atasının adının Həsən olduğunu yazır və bildirir ki, bu adı şairənin öz xətti ilə yazdığı bir qeyddə görmüşdür. İstanbulda doğulub böyümüş və təhsil görmüşdür. Qadınlar arasında savadlı olmasına görə “Xacə-i Zənan” yəni xanımların müəllimi ləqəbi ilə tanınırmış. Səlim Əfəndi “Təzkirətüş-Şüəra” əsərində Fatma xanımın İsazadə Mehmed Əziz Əfəndi adlı bir qohumundan xəttatlıq dərsləri aldığını və bu sənəti icra etdiyini yazır. Onun Əmir Ağazadə Seyid Mehmed Əfəndi adında oğlu olduğu bizə məlumdur. Oğlu Yenişəhər Fənərdə qadılıq edərkən oğlunun yanında yaşadığını bildirir. Hicri 1122-ci ilin Məhərrəm ayında yəni miladi 1710-cu ildə Yenişəhərdə vəfat etmiş və Fənərdə dəfn edilmişdir.[2]

Mustafa Safayi Fatma xanımın şeirlərini topladığı bir divanı olduğunu yazır və onun qadınlar arasında kifayət qədər məşhur olduğundan bəhs edir. Safayi yazır ki, digər xanımlar kimi toxuculuqla məşğul olmaq əvəzinə kişi işi olan xəttatlıqla məşğuldur, Ani təxəllüsü ilə şeirlər yazır, amma onun şeirlərinin estetik baxımdan orta səviyyəli olduğu deyilir. Şərqin məşhur qadın şairlərindən bəhs edən bütün mənbələrdə haqqında məlumat mövcuddur.[2]

Fəramuş etdi xeyli dəm məni yad etmədən qaldı,
Mənim çox sevdiyim məzhunu, dilşad etmədən qaldı.

Nola təmirinə qəsd etməsə şahi-cəhanbanim,
Bilür kim, xatiri-viranim abad etmədən qaldı.

Qalıbdır bəhri-qəmdə dil, fələk, yox sahili-məqsud,
Heyflər… Ruzigarım bana imdad etmədən qaldı.

Düşəndən rahi-eşqi-yarə zarü natəvandır dil,
Səri-kuyində halim yarə fəryad etmədən qaldı.

Neçün dər pey olur Ani ki, hali-Qeysi bilməzmi?
O bimarə yetirdi kəndini irşad etmədən qaldı.

  1. Azərbaycan qadın şairləri antologiyası, "Avrasiya press", Bakı, 2005
  2. 1 2 Aksoyak, İsmail Hakkı. "ÂNÎ, Fâtıma Ânî Hanım". Türk Edebiyyatı İsimler Sözlüğü (türk). 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.