Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səfqulu Orucov
Orucov Səfqulu Əziz oğlu — azərbaycanlı mühəndis, Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri. == Həyatı == Səfqulu Orucov 5 sentyabr 1930-cu ildə Bərdə rayonunun Qaradırnaq kəndində anadan olmuşdur . 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyası) dağ-mədən mühəndisliyi ixtisası üzrə bitirdikdən sonra "Xəzərdənizneftkəşfiyyat" trestinin 1 №-li Qazma Kontorunda əmək fəaliyyətinə başlamışdır. 1976-cı ilədək həmin trestdə müxtəlif vəzifələrdə çalışmış, qazmaçı köməkçisindən baş mexanik vəzifəsinədək yüksəlmişdir. 1970-ci ildə V.İ.Leninin anadan olmasının "100 illiyi" münasibətilə əməkdə fərqlənməyə görə medalla təltif edilmişdir. 1967-ci ildə Hollandiyada və AFR-də, 1980-ci ildə Yaponiyada, 1985-ci ildə isə Polşa Xalq Respublikasında xidməti ezamiyyətlərdə olmuşdur. 1988-ci ildə Sualtı-Texniki İşlər və Dənizin Neftlə Çirklənməsindən Mühafizəsi üzrə İxtisaslaşdırılmış İdarəsinə (indiki XDDQXİİ) rəis təyin edilmişdir. Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri olmuşdur. Dənizdə neft çıxarılması ilk dəfə SSRİ-də 1947-ci ildə Xəzər dənizindəki Neft daşlarında həyata keçirilmişdir. Lakin 1967-ci ilə kimi Xəzər dənizinin 30 metrə qədər dərinliyinə dəmir özəl atıb onun üzərinə qüllə qoymaqla dərinliyi 3 000 metrə qədər olan neft quyuları qazılırdı.
Şəbbugülü
Şəbbugülü (lat. Matthiola) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Zərqulu
Zərqulu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zərqulu kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Zarqulu kəndi Uzunyal dağının ətəyindədir. Yaşayış məntəqəsini Laçın rayonunun Muncuqlu kəndindən (hazırda mövcud deyil) gəlmiş hacporuclar və Dərələyəz mahalından gəlmiş Hamzalar adlı nəsillərə mənsub ailələr salmışlar. Zarqulu kəndin bünövrəsini qoymuş şəxsin adı hesab olunur. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Onun bünövrəsini XV-XVI əsrlərdə Şano adlı bir şəxs qoyub. Bu ərazidə çox sayda qızıl quyuları var. Burada quyu dağ-mədən lağımı mənasındadır.
Şahqulu
Şahqulu — ad. Şahqulu Baba Təkəli — Anadoluda qızılbaşpərəst və səfəvipərəst üsyanın rəhbəri. Şahqulu (rəssam) — rəssam.
Safgulu Orucov
Orucov Səfqulu Əziz oğlu — azərbaycanlı mühəndis, Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri. == Həyatı == Səfqulu Orucov 5 sentyabr 1930-cu ildə Bərdə rayonunun Qaradırnaq kəndində anadan olmuşdur . 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyası) dağ-mədən mühəndisliyi ixtisası üzrə bitirdikdən sonra "Xəzərdənizneftkəşfiyyat" trestinin 1 №-li Qazma Kontorunda əmək fəaliyyətinə başlamışdır. 1976-cı ilədək həmin trestdə müxtəlif vəzifələrdə çalışmış, qazmaçı köməkçisindən baş mexanik vəzifəsinədək yüksəlmişdir. 1970-ci ildə V.İ.Leninin anadan olmasının "100 illiyi" münasibətilə əməkdə fərqlənməyə görə medalla təltif edilmişdir. 1967-ci ildə Hollandiyada və AFR-də, 1980-ci ildə Yaponiyada, 1985-ci ildə isə Polşa Xalq Respublikasında xidməti ezamiyyətlərdə olmuşdur. 1988-ci ildə Sualtı-Texniki İşlər və Dənizin Neftlə Çirklənməsindən Mühafizəsi üzrə İxtisaslaşdırılmış İdarəsinə (indiki XDDQXİİ) rəis təyin edilmişdir. Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri olmuşdur. Dənizdə neft çıxarılması ilk dəfə SSRİ-də 1947-ci ildə Xəzər dənizindəki Neft daşlarında həyata keçirilmişdir. Lakin 1967-ci ilə kimi Xəzər dənizinin 30 metrə qədər dərinliyinə dəmir özəl atıb onun üzərinə qüllə qoymaqla dərinliyi 3 000 metrə qədər olan neft quyuları qazılırdı.
Şahqulu xan
Şahqulu xan (urdu شاہ قلی خان) — XVI əsrdə yaşamış Moğol qubernatoru, siyasətçi və incəsənət himayədarı. Şahqulu Hindistanın Narnaul bölgəsində Moğol qubernatoru vəzifəsində çalışmışdır. == Bioqrafiyası == Şahqulu xan 16-cı əsrdə böyük Moğol İmperiyasının hakim təbəqəsinin üzvlərindən biri idi. Xan Bayram xan Baharlının havadarlarından biri olmuş, Moğol məhkəməsində mühüm rəsmi şəxslərdən biri kimi çıxış etmişdir. O, Əkbər şahın hakimiyyətinin ilk illərində bir dəfə imperiyanın regenti olmuşdur. Şahqulunun Bayram Xan ilə olan əlaqəsi ona Moğol məhkəməsi ilə çoxlu sayda lütf qazandırmağa imkan vermişdi. 1550-ci illərdə Moğollar ilə Sur İmperiyası arasında bir sıra hərbi münaqişələr baş vermişdir. Şahqulu xan müharibə zamanı Moğol ordusuna rəhbərlik etmiş və döyüşlər zamanı öz hərbi şücaəti ilə fərqlənmişdir. 1556-cı ildə baş vermiş İkinci Panipat döyüşündə o, Sur imperiyasının hökmdarı olan Hemunu ağır yaralamışdır. Döyüş Moğol imperiyası üçün həlledici qələbələrdən biri sayılırdı.
Şahqulu (rəssam)
Şahqulu (Osmanlı türkcəsi:شاه قولی; v. 1556) — Səfəvi imperiyasında fəaliyyət göstərmiş, daha sonradan Osmanlı imperiyasına aparılmış məşhur rəssamlardan biri. O, Osmanlı imperiyasında hakim rəssamlıq cərəyanlarından biri olan saz üslubunun formalaşmasında aparıcı rol oynamışdır. == Həyatı == Çin və ya İslam mənbələrindən əldə edilən mifik varlıqların iri ölçülü çiçəklərdən və tüklü yarpaqlardan ibarət ovsunlu meşədə hərəkət etdiyi saz üslubu Ağqoyunlu və Səfəvi saraylarındakı incəsənət sahəsi ilə paralel şəkildə təşkil edilmişdir. Şahqulunun özü də burada Ağa Mirək (Şah Təhmasibin məşhur rəssamı Ağ Mirək deyildir) adlı müəllimdən bu sahə üzrə dərs almışdır. Səfəvi sülaləsindən olan Sam Mirzə Səfəvinin bildirdiyinə görə, Şahqulu Qum şəhərindən gəlmişdir. Şahqulunun adı Osmanlı arxivlərində də vardır. Arxiv sənədlərində onun 1515-ci ilin aprel ayının 12-də Təbrizdən Amasyaya sürgün edilən rəssam və digər incəsənət xadimlərinin içərisində adı keçir. Belə ki, Çaldıran döyüşündən sonra Təbriz ələ keçirilmiş və buradakı Səfəvi sarayına məxsus bir çox incəsənət xadimi İstanbula aparılmışdı. Şahqulunun bilinən imzalı ən köhnə əsəri Səfəvi dönəminə aid Bəhram mirzə Albomunda görülən əjdaha rəsmidir.
Sequla adası
Lopi adası (ing. Segula Island, aleut. Чиӷуляҳ) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Kiska adasından 24 km şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 6–7 km arasında dəyişir. Adada eyni adlı vulkan yerləşir. Burada təmizçilərə aid iri bir koloniya vardır.
Səfiqulu bəy Qacar
Səfiqulu bəy Qacar — Qarabağ bəylərindən, II Şah Abbas Səfəvinin söhbət yasavulu == Həyatı == Səfiqulu bəy Vərəndə nahiyəsinin Qacar obasında dünyaya göz açmışdı. Mədrəsə təhsili almışdı. Savadlı, söhbətcil, işgüzar adam olduğundan tezliklə II Şah Abbas Səfəvi nin diqqətini cəlb etmişdi. Şahın söhbət-yasavulu vəzifəsinə irəli çəkilmişdi. Təqaüdə çıxandan sonra doğma kəndlərinə qayıtmışdı. Şahın ona tiyul kimi verdiyi mülkləri idarə etmişdi. Qarabağın seçkin bəylərindən idi. 1650-ci ildə şah onun və bir çox bəylərin şahidliyi əsasında Məlik Şahnəzəri Vərəndə nahiyəsinə məlik təyin etmişdi. == Mənbə == Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi.
Səfiqulu bəy Şamlu
Səfiqulu bəy Səfi — Herat bəylərbəyi, şair. == Həyatı == II Şah Abbas Mənuçöhr xanı 1662-ci ildə Qəndəhar hakimiliyindən azad edib onu təyin etdi. 1680-ci ildə Herat hakimi oldu. Türkcə kiçik həcmli divanının əlyazması Tehran Universiteti Kitabxanasında saxlanan Səfiqulu bəy Səfi Məşhəd valisi, Herat bəylərbəyi vəzifələrini icra edib.
Səfiqulu xan Undiladze
Səfiqulu xan (eyni zamanda Səfi Qulu; v. 1632) — gürcü mənşəli bir Səfəvi məmuru. I Şah Səfinin (1629–1642) hakimiyyəti ərzində 1629–1630-cu illərdə (1-ci dəfə) və 1632-ci ildə (2-ci dəfə) Lar bəylərbəyi vəzifəsini icra edib. Undiladze nəslinin bir nümayəndəsi olan İmamqulu xanın oğlu idi və bununla da Səfəvi hərbi komandiri və dövlət xadimi Allahverdi xanın nəvəsi idi. 1632-ci ilin sonlarında, şah Səfinin özünün əmri ilə başlanan geniş təmizlik işləri zamanı Səfiqulu atası və qardaşı ilə birlikdə edam edildi. == İstinadlar == == Mənbələr == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. ISBN 978-1933823232. Maeda, Hirotake.
Şahqulu Sultan Əfşar
Şahqulu Sultan Əfşar və ya Şahqulu bəy Yüzbaşı Əfşar — Səfəvi imperiyasında xidmət etmiş siyasi və hərbi xadim. I Təhmasibin dövründə fəaliyyət göstərmiş, Kirmanın hakimi olmuşdur. == Həyatı == Şahqulu Sultan Əfşar tayfasından və Xəlil xanın oğlu idi. 1528-ci ildə o, I Təhmasib tərəfindən Kirmanın hakimi təyin edildi. Bundan sonra Şahqulu Sultan Əfşar I Təhmasibə sona qədər sadiq şəkildə xidmət etdi. Bu müddət ərzində o, ən güclü vilayət hakimlərindən biri olmaqla birlikdə, hərbi qüvvələri ilə I Təhmasibi onun hakimiyyəti dövründə baş vermiş bütün hərbi əməliyyatlarda dəstəklədi. 1544-cü ildə Şah Təhmasib Şahqulu Sultana Böyük Moğol imperatorunu geri dönüş yolunda müşayət etməsini əmr edir. Hümayun üsyan nəticəsində taxtından məhrum qalmış, I Təhmasibə sığınmış və ondan hakimiyyətini geri qaytarmaq üçün yardım etməsini istəmişdir. Ona yardım üçün verilən orduya komandanlıq edənlərdən biri də Şahqulu Sultan olmuşdur. Bu yürüş nəticəsində Hümayun yenidən taxtına çıxmış, Qəndəhar, Qəznə və Kabil geri qaytarılmışdır.
Şahqulu Xəlifə Zülqədər
Şahqulu Xəlifə Zülqədər (ö. 4 iyul 1558, Astrabad, Səfəvi imperiyası) — Səfəvi imperiyasının türk hərbi və ictimai xadimi, I Təhmasibin möhrdarı, eşikağasıbaşı və Qum hakimi. Şah Təhmasibin hakimiyyəti dövründə - 1530-cu illərin əvvəllərindən ölümünə qədər - 1558-ci ilə qədər şahın ən yaxın adamlarından biri olmuş, Möhrdar, eşikağasıbaşı, Qum bəylərbəyisi və çoxsaylı yürüşlərdə ordu komandanı kimi vəzifələrdə xidmət etmişdir. == Həyatının erkən dönəmi == Şahqulu Xəlidə Zülqədər tayfasının Qavurqalı boyundan idi. Onun adı ilk dəfə 1530-cu ildə bu tayfanın başçılarından biri kimi adı çəkilmişdir. O, Şahın sarayındakı mühafizəçilər qvardiyasında xidmət etmiş və şaha yaxın olan ən yuxarı eşalonda təmsil edilmişdir. "Tarix-i Qızılbaşan" əsərinin anonim müəllifinin bildirdiyinə görə, o, eşikağasıbaşı vəzifəsinə 1531-ci ildə Dilişeyxinin qətlindəki roluna görə bu vəzifəyə təyinat almışdır. Bu zaman möhrdar Kaba Xəlifə Təkəli idi. O, Təkəli tayfasının üsyanında iştirakına görə edam edildikdən sonra bu vəzifəyə Mahmud bəy Zülqədər təyin edildi. 1533-cü ildə onun da ölümündən sonra bu vəzifə də Şahqulu Xəlifə Zülqədərə həvalə edildi.
Şahqulu sultan Ustaclı
Həmzə sultan Qazaq oğlu Şahqulu sultan Ustaclı (?-1568) — qızılbaş sərkərdəsi, Azərbaycan və Xorasan əmir əl-ümərası, Astrabad və Çuxursəd əyalətinin bəylərbəyi (1551-1568). Həsən bəy Rumlu 1544-cü ildə baş vermiş hadisələrdən bəhs edərkən Həmzə sultan Qazağın oğlu Şahqulu sultanın Məşhəd hakimi olduğunu qeyd edir. O, həmçinin Kirman və Astrabadda da hakim olmuşdu. H.974-cü (1567) ildə Sultan Süleymanın vəfatı ilə əlaqədar Şah Təhmasibin başsağlığı vermək, Sultan Səlimin hakimiyyətə keçməsini təbrik etmək üçün vəzir Murad bəy İsfahani və 500 nəfər gənc ilə Çuxursəd hakimi Şahqulu sultanı da Osmanlı dövlətinə elçi göndərməsi onun Səfəvilər sarayında yüksək nüfuz sahibi olduğunu göstərir. O, Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona vermişdir. == Həyatı == Şahqulu sultan Ustaclı Ustaclı boyunun məşhur nümayəndələrindən biri olan Çayan sultanın qardaşı Qazax sultanın oğlu idi. Əmisi Çayan sultan Hüseyn bəy Lələdən sonra Şah İsmayılın əmir əl-ümərası olmuşdu. Şahqulu sultanın doğum tarixi haqqında mənbələrdə məlumat yoxdur. Anonim müəllif tərəfindən qələmə alınan “Tarixi-Qızılbaşan” əsərində onun haqqında müfəssəl məlumat verilib: “Başqa birisi Qazax sultanın oğlu- Çayan sultanın qardaşı oğlu- Şahqulu sultandır ki, uzun illər Şah Təhmasibin adından Məşhəd hakimi idi və 958-ci ildə (1551) Şah Təhmasib onu çağırıb İsmayıl Mirzənin lələsi təyin etdi. Hüseyncan sultan Rumlunun vəfatından sonra Çuxursədin əmir əl-ümərası oldu və Şah Təhmasib onu Ruma səfir göndərdi.
Şahqulu xan Zəngənə
Şahqulu xan Şeyxəli xan oğlu Zəngənə (XVII əsr, İsfahan – 1716) — Səfəvilər dövlətinin baş vəziri. == Həyatı == Şahqulu xan Şeyxəli xan oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəngənə elinin başçısı idi. 1680-ci ildə Kirmanşah bəylərbəyliyinin hakimi təyin edildi. 1691-ci ildən 1699-cu ilədək qorçubaşı vəzifəsində çalışmışdı. Şahqulu xan Zəngənə 1707-ci ildən 1716-cı ilədək Şah Sultan Hüseyn Səfəvinin baş vəzi, etimadüddövləsi olmuşdur. Şahqulu xan Zəngənə 1716-cı ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010.
Şahqulu Baba Təkəli
Şahqulu, Şahqulu Baba Təkəli, Bıyıqlıoğlu və ya Şahqulu ağa Təkəli (türk. Şahkuluvə ya Şah Kulu Baba Tekeli; (d. Qorqudeli, Osmanlı imperiyası — ö. 2 iyul 1511, Sivas, Osmanlı imperiyası) - Anadoluda qızılbaşpərəst və səfəvipərəst üsyanın rəhbəri. Bu üsyan Şahqulu üsyanı adlanır və 1511-ci ildə Osmanl imperiyası tərəfindən çətinliklə yatırılmışdır. Üsyanın yatırılması zamanı öldürülmüş və Amasiyada dəfn edilmişdir. Şah İsmayılın atası Şeyx Heydərin Xəlifələrindən Həsən Xəlifənin oğludur və Qorqudelinin Yalımlı kəndi camaatındandır. == Haqqında == Şahqulu Türkmən boylarından olan Təkəli elinə mənsub olmuşdur. Şahqulunun atası iki dəfə Şeyx Heydərin xidmətinə getmiş, Xəlifəsi olmuş və sonra doğma torpağı olan Təkə elinə göndərilib xalqı Şeyx Heydərin ardıcılı etmək tapşırılmışdı. Həm Həsən Xəlifə.
Səfiqulu bəy Yağləvəndli-Cavanşir
Şahqulu ağa Təkəli üsyanı
Şahqulu ağa Təkəli üsyanı və ya Şahqulu baba üsyanı — 1511-ci ildə Anadoluda Osmanlı dövlətinə qarşı baş vermiş üsyan. Bu hərəkat Antalya, Manisa, İzmir, Qaraman, Mərsin, Konya, Qırşəhir, Tokat, Amasya, Yozqat və Çorumda məskunlaşmış ələvilər tərəfindən başlanmışdı. Şahqulu baba üsyanı Anadoluda osmanlılara qarşı dini zəmində baş vermiş ilk böyük üsyanlardan biridir. Şahqulu baba üsyanının baş verməsi ilk növbədə Səfəvi təriqətinin Osmanlı ərazisində məskunlaşmış şiələrə təsirləri ilə əlaqələndirilsə də, onun dərin ictimai kökləri də var idi. Belə ki, Şahqulu baba üsyanı Şah İsmayılın təhriki ilə başlayan bir üsyan deyil. Bu üsyan Şah İsmayıla rəğbət bəsləyən qrupların yaşadıqları ağır həyat şəraiti, Osmanlı şiələrinin məskunlaşdığı ərazilərdə vergi siyasətinin sadə insanların marağına cavab verməməsi nəticəsində qiyama qalxmasıdır. 1509-cu il zəlzələsi və II Bəyazidin ölüm xəbərləri üsyanın baş vermə səbəblərindən idi. == Şahqulu baba Təkəli haqqında == Şahqulu babanın kimliyi haqqında istər Osmanlı qaynaqlarında istərsə də Səfəvi qaynaqlarında müxtəlif məlumatlar mövcuddur. Şahqulu baba üsyanının mərkəzi Kiçik Asiyanın cənub-qərbində, Aralıq dənizi sahillərində yerləşən Təkə eli idi. Bu üsyanın təşkilatçısı və rəhbəri olan Şahqulu baba bu bölgənin Qorqudeli qəzasının Yanlı (Yalınlı) kəndindən idi və Səfəvi təriqətinə inanclı olan bir ailəyə mənsub idi.
Əhmədabad-i Leyqulu (Heris)
Əhmədabad-i Leyqulu (fars. احمدابادليقلي‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (18 ailə).
Səfiqulu xan (Rüstəm xanın oğlu)
Daha sonra Səfiqulu xan (vəf. 1679) kimi tanınan Səfiqulu bəy 1664-cü ildən 1666-cı ilə qədər Məşhəd bəylərbəyi və 1674-1679-cu illərdə İrəvan (həmçinin Çuxursəəd kimi də tanınır) bəylərbəyi olan gürcü mənşəli Səfəvi məmuru və qulam. Saakadze nəslinin bir fərdi olan Səfiqulu keçmiş sepahsalar (baş komandan) Rüstəm xan Sipəhsaların oğlu (1588 - 1 mart 1643) və vaxtilə Təbriz bəylərbəyliyinin qubernatoru (bəylərbəyi) olan Bican bəyin qardaşı idi. Səfiqulu xan da bir müddət divanbəyi (kansler/baş ədliyyə) kimi xidmət etdi. Səfiqulunun Saakadze nəslinin başqa bir yüksək vəzifəli nümayəndəsi və atasının adını daşıyan Rüstəm xan adlı bir oğlu vardı. == Mənbələr == Bournoutian, George A. A Brief History of the Aghuankʻ Region, by Esayi Hasan Jalaleantsʻ. Mazda Publishers. 2009. səh. 128.
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbə Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. === Dövlət İmtahan Mərkəzi (DİM) === Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.
Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi — vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılıb. == Tarixi == 28 mart 2022 ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib == Mərkəz haqqında == Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları vardır. Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi vardır. Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər.
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası