Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi — vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi
rus. Центр приема граждан Администрации Президента Азербайджанской Республики
40°23′34″ şm. e. 49°57′33″ ş. u.
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Yerləşir Zaur Nudirəliyev küçəsi 79
Tikilmə tarixi 2022
Mərtəbə sayı 5

Tarixi[redaktə | mənbəni redaktə et]

28 mart 2022 ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib[1]

Mərkəz haqqında[redaktə | mənbəni redaktə et]

Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları vardır.

Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi vardır.[2]

Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər. Burada fəaliyyət göstərəcək könüllülər də bu prosesdə vətəndaşlara yardımçı olacaqlar.

Bir sözlə, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan Mərkəzdə bu işin təşkili üçün hər cür şərait vardır.

Vətəndaşlar qəbulla yanaşı, Prezident Sarayına ənənəvi qaydada, yaxud "president.az" rəsmi səhifəsi vasitəsilə elektron məktubla da müraciət edə bilərlər.[3]

Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır.

Ünvan[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin ünvanı:[4]

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79

Çağrı Mərkəzi: 1111

Telefon: (+99412) 535–36-55, (+99412) 535–36-57

E-poçt: [email protected]

Vətəndaşların Qəbulu[redaktə | mənbəni redaktə et]

Vətəndaşlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olunurlar.

Qəbula yazılış qəbul gününə ən geci 1 iş günü qalmış dayandırılır.

Qəbul saat 14:00-dan başlayır.

2022-ci ilin sentyabr ayında vətəndaşların qəbulu C Ə D V Ə L İ[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-28.
  2. "Prezident Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-28.
  3. "Prezident İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib - FOTO - VİDEO". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-28.
  4. "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin ünvanı". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-28.
  5. "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının vətəndaş qəbulu mərkəzində 2022-ci ilin sentyabr ayında vətəndaşların qəbulu C Ə D V Ə L İ" (PDF). 2022-09-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-28.