Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəndərşami (Ərdəbil)
Şəndərşami (fars. شندرشامي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 176 nəfər yaşayır (33 ailə).
Bəndə
Bəndə — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2008-ci ildən bu günəcən fəaliyyətdədir. == Qrupun tarixi == Qrup 2008-ci ildə Sumqayıt şəhərində Elçin Emin və Səttar Məhərrəmov tərəfindən qurulub. Müxtəlif problemlərlərə (maliyyə, məkan, musiqi təchizatları) baxmayaraq işinə davam eləyən qrup Şəhər Bağı (QorSad) Mədəniyyət Evini özünə məkan seçir. Bəzi təchizatlar isə İbrahim Emin (Yuxu, Sirr) tərəfindən təmin edilir. Zərbdə ifa üçün Şahin Şəmiyev dəvət olunsa da, Şahinin heç vaxt zərbdə ifa etməməsi səbəbindən bir az məşq etməsi lazım bilinir. Vokal və qrupa ad axtarışı qrupun vaxtını çox alır; Belə ki, öncə Kamran daha sonra Fərid vokal olaraq qrupa dəvət olunsa da, istənilən nəticə əldə olunmadığı üçün onlarla yollar ayrılır. Sumqayıtın yerli televiziyası olan Dünya TV-də Ramin Quliyevin çıxışını görən Elçin qrupun digər üzvləri ilə Ramin Quliyevin qrupa vokalist olaraq dəvət olunması üçün məsləhətləşir və beləcə Ramin qrupda vokalist kimi fəaliyyət göstərməyə başlayır. === İlk çıxış === İlk çıxış 15 mart 2008-ci ildə Half Way Inn-də Ozanla birlikdə olur. Bu konsertdə qrupun 6 ifası səslənir.
Rəndə
Rəndə — taxtanın qatlarını siyirərək yonmaq üçün nəzərdə tutulmuş əl aləti. Rəndədən, taxta məmulatlarının üzərinin düzlənmə, ensizləmə, yumrulama və ümumiyətlə lazımı formaya salmaq və onlara lazımı hamarlıq vermək üçün yararlanırlar. Əl və mexaniki rəndələr olur.
Şəddə
Şəddə – xovsuz xalçalar qrupuna aid olan xalça. == Ümumi == Toxuma texnkiası baxımından şəddə zolaqlı palaz ilə oxşardır. Burada da zolaqlı palazda olduğu kimi əriş düzümü hər dəfə müəyyən saydan sonra fasiləsiz tərzdə təkrarlanan müxtəlif rəngli iplərdən təşkil olunmuşdur. Şəddələr çox zaman şahmatsayağı iri kvadratlara malik bəzəklərdən ibarət olurdu. Bu təqdirdə onun həm ərişi, həm də arğacı rəngli iplərdən təşkil edilirdi. Eyni rəngə malik əriş və arğac iplərini artırıb çoxaltmaqla toxucu həmin kvadratların ölçülərinin dəyişdirilməsinə nail olmağa imkan yaradırdı. Şəddələr üzərində ən çox yayılmış naxış növü və ya kompozisiyası ritmik üfüqi zolaqlar təşkil edən dəvə karvanı təsviri idi. == Bədii analiz == Şəddə müxtəlif növə, müvafiq olaraq bir neçə emal üsuluna malikdir. Şəddənin üç növü var: Birrəngli Birrəngli şəddə sadə naxış toxuma üsulu ilə hazırlanır. Damalı Dama rəsmli şəddə palaz və cecim prinsipi ilə hazırlanır.
Şənbə
Şənbə — dünyanın bir çox ölkələrində həftənin sayca altıncı (bəzilərində yeddinci) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin altıncı günüdür. Şənbə həftədə cümə günü ilə bazar günü arasında yerləşir. Rəsmi sənədlərdə şənbə bəzən qısaldılmış şəkildə ş.- da yazılır. Qədim Romada romalılar bu ğünü Saturna həsr edirdilər. Ona görə də bəzi dillərdə bu gün Saturn sözündən götürülür. Məsələn , ingiliscə Saturday. Azərbaycanca şənbə sözü yəhudi sğzü olan «şabbat» dan götürülüb. Bu söz xristianlıqla birlikdə Avropaya yayılıb. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə şənbə günü axırıncı iş günündən sonrakı ilk istirahət günüdür.
Şənbə (roman)
Şənbə - İngiltərə yazıçısı İan MakEvan tərəfindən 2005-ci ilə yazılan və beyin cərrahı Henri Perovnın başına gələn hadisələrdən bəhs edən roman. Əsər 2005-ci ildə Ceyms Tayt Blək Xatirə mükafatını qazandı. Romanda hadisələr şənbəyə təsadüf edən gündə Londonda kütlənin İraqın işğalına etiraz bildirmək üçün mitinqə toplaşdıqları 15 fevral 2005-ci ildə baş verir. Romanın qəhramanının həmin gün işləri vardır, amma bu səbəblər üzündən günü sakit keçmir. Pulitzer mükafatını qazanmış tənqidçi Miçiko Kakutani kitabla bağlı Nyu-Yorkda müsbət fikirlərini yazdı. Yazısında bunları vurğuladı: " MakEvan sadəcə 11 sentyabr hadisələrindən sonra ən təsiredici romanı ortaya çıxarmamış, həmçinin bu gün niyə yaşadığımız üçün nə qədər üstün olduğumuzu xatırladır. Bu romanın əsasını təşkil edir".
Bəndə (musiqi qrupu)
Bəndə — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2008-ci ildən bu günəcən fəaliyyətdədir. == Qrupun tarixi == Qrup 2008-ci ildə Sumqayıt şəhərində Elçin Emin və Səttar Məhərrəmov tərəfindən qurulub. Müxtəlif problemlərlərə (maliyyə, məkan, musiqi təchizatları) baxmayaraq işinə davam eləyən qrup Şəhər Bağı (QorSad) Mədəniyyət Evini özünə məkan seçir. Bəzi təchizatlar isə İbrahim Emin (Yuxu, Sirr) tərəfindən təmin edilir. Zərbdə ifa üçün Şahin Şəmiyev dəvət olunsa da, Şahinin heç vaxt zərbdə ifa etməməsi səbəbindən bir az məşq etməsi lazım bilinir. Vokal və qrupa ad axtarışı qrupun vaxtını çox alır; Belə ki, öncə Kamran daha sonra Fərid vokal olaraq qrupa dəvət olunsa da, istənilən nəticə əldə olunmadığı üçün onlarla yollar ayrılır. Sumqayıtın yerli televiziyası olan Dünya TV-də Ramin Quliyevin çıxışını görən Elçin qrupun digər üzvləri ilə Ramin Quliyevin qrupa vokalist olaraq dəvət olunması üçün məsləhətləşir və beləcə Ramin qrupda vokalist kimi fəaliyyət göstərməyə başlayır. === İlk çıxış === İlk çıxış 15 mart 2008-ci ildə Half Way Inn-də Ozanla birlikdə olur. Bu konsertdə qrupun 6 ifası səslənir.
Qanlı şənbə mitinqi
Azərbaycan etirazları (2005) — 2005-ci il noyabrın 26-da Qələbə meydanında baş tutan mitinq. == Mitinqdən əvvəl == 2005-ci il noyabrın 6-da Azərbaycanın Milli Məclisinə seçkilər baş tutdu. Seçkilərdə əsas mübarizə Yeni Azərbaycan Partiyası və Azadlıq Bloku arasında getdi. Azadlıq Blokuna Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası daxil idi. Seçkilərin rəsmi nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası 61 mandat qazanaraq qələbə qazandı. Azadlıq Bloku isə 6 üzvlə təmsil olunmaq hüququ qazandı. Həmin nəticələri Azadlıq Bloku rəsmən tanımadı. AXCP sədri Əli Kərimli 2019-cu il fevralın 27-də Meydan TV-yə verdiyi müsahibədə 2005-ci ilin Parlament seçkilərinə toxundu və həmin seçkilərdə Azadlıq Birliyinin 58 üzvünün Parlamentdə mandat qazandığı iddia etdi.[mənbə göstərin] == Mitinq == Azadlıq Blokuna üzv olan siyasi partiyaların sədrləri Əli Kərimli (AXCP), İsa Qəmbər (Müsavat), Lalə Şövkət (ALP) və Sərdar Cəlaloğlunun (ADP) çıxış etdiyi mitinq başa çatandan sonra, seçkilərin nəticələrinə etiraz edən 2 000 yaxın etirazçı oturaq seçkilərin nəticələrinə etirazlarını bildirdi. Etirazlar axşam saatlarına yaxın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən dağıdıldı, nəticədə 500 yaxın etirazçı yaralandı.[mənbə göstərin] Daha sonra 9 noyabr, 13 noyabr və 23 noyabr tarixində mitinqlər keçirildi.
Lendə
Lendə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Lendə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,540 nəfər və 1,991 ailədən ibarət idi.
Səcdə
Səcdə sözünün lüğət mənası: təvazökarlıqla əyilmə, alını torpağa qoyma. Səcdə sözünün fiqhdə mənası: yeddi üzvü, yəni alın, iki əlin içi, iki dizin və iki ayağın baş barmağının ucunu yerə qoymaq anlamına gəlir. Səcdə məxluqatın Xaliqə etdiyi təvazökarlıqdır. Amma bu məxluq insan kimi iradə əta edilmiş məxluqdursa, onun savabı da var. Savabı olmayan səcdələr isə, yaltaqların alçaqcasına kiminsə qabağında yıxılmasıdır. Qur`anda məscid və səcdə Müqəddəs kitabımız Quranda səcdə kökündən götürülmüş 92 sözə rast gəlirik. Bunların 28-i məscid və məscidlər kəlməsidir. Qur`anda gəlmiş ayələrdən bəziləri: Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! (Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi?
Səndəl
Səndəl (lat. Santalum) — səndəlçiçəklilər sırasının səndəlkimilər fəsiləsinə aid bitki cinsi. == Təsnifatı == 20-yə yaxın növü var. Ən tanınmış növü ağ səndəldir.
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. == Sənədlər üzrə təsnifat == Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə == Sənədlərin növləri == İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Mende
Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir. Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir. Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.
Sendre
Sendre (fr. Cindré) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalini-sür-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03079. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 313 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 199 əmək qabiliyyətli şəxsdən (15-64 yaş) İqtisadi cəhətdən aktiv, 64 hərəkətsiz (67.8% iş, 1999-cu ildə 72.0%). Fəal olan 135122 işsizdən (65 kişi və 57 qadın) və 13 işsizdən (7 kişi və 6 qadın). Aktiv olmayan 18 tələbə və ya tələbədən 25-i təqaüdə çıxmış, 21-i digər səbəblərə görə fəaliyyətsizdir.
Senqe
Senqe (Çeçen-xuntaycı) 1630 — 1671) — Cunqar xanlığının ikinci hakimi, Erdeni-batırın vəliəhdi. == Həyatı == Erdeni-batır xuntaycının 1653-cü ildə ölməsindən sonra yerinə onun vəsiyyəti doğrultusunda beşinci oğlu Senqe keçmişdir. Cunqar xanlığının taxtına Senqenin keçməsi, Batır xuntaycının digər oğullarının və bəzi noyonların etirazına səbəb olmuşdu. Senqeyə qarşı bəzi mübarizələr aparılsa da o, bunları bərtərəf etmişdir. Daha sonra Senqe, Cunqar xanlığı ilə davamlı mübarizə içində olan və Şərqi Monqolustanda hökm sürən Altan xanlar sülaləsiylə savaşmış və onları məğlubiyyətə uğratmışdır. Beləcə Cunqar xanlığının gücünü daha da artırmışdır. Rusiya ilə olan yaxşı münasibətləri inkişaf etdirməyə səy göstərmiş və Rusiyaya 1664-1670-ci illər arasında bir çox dəfə elçi göndərmişdir. Senqenin, 1671-ci ildə ögey qardaşları Çeçen və Zodv tərəfindən öldürülməsiylə birlikdə Cunqar xanlığında qısa müddətli iqtidar mübarizəsi yaşanmışdır. == Ədəbiyyat == Златкин И. Я., История Джунгарского ханства (1635-1758), М., 1964. Митиров А.Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г.
Şənbə Gecəsi (film, 1977)
Şənbə Gecəsi Qızdırması (Saturday Night Fever) — John Badhamın çəkdiyi musiqili dram filmidir. Filmin əsas qəhrəmanı, John Travolta tərəfindən canlandırılan Tony Manero həftəiçi ərzində yerli inşaat malları mağazasında işləyir, həftəsonlarını isə diskotekada içmək və rəqs etməklə keçirir. Brooklynda yerləşən bu diskotekada ondan yaxşı rəqs edən yoxdu. Tonynin həyatında həftəsonları rəqs etmək və dostlarından başqa heçnə yolunda getmir, valideynlər bir yandan, çətin iş o biri yandan onu bezdirir. Filmin hekayəsi 1976-cı ildə New York jurnalında Britaniyalı yazıçı Nik Cohnin yazdığı məqaləyə əsaslanır, "Tribal Rites of the New Saturday Night". Təxminən 20 ildən sonra Cohn o məqalənin reallığı əks etdirmədiyini bildirdi. Amerikaya təzə gəldiyinə görə o, burdakı disko həyatı ilə tanış deyildi. Buna görə də Cohn İngiltərədəki mod mədəniyyətinin üzvü olan bir tanışının həyat tərzinə əsaslanıb Tony Monero xarakterini yaratdı. Filmin çox uğurlu alınması disco musiqisinin dünyaca məşhurlaşmasına səbəb oldu. John Travolta isə əvvəldən Welcome Back, Kotter TV şousundan tanınsa da, bu film ilə çox məşhurlaşdı.
Sedə
Sedə-İranın Fars ostanının İqlid şəhristanının Sedə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,497 ailədən ibarət idi. Əhalisini Qaşqay Türkləri, Bəxtiyarilər və Farslar təşkil edir.
Məndə Sığar İki Cahan... (1973)
Məndə sığar iki cahan… — 1973-cü ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Film dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Bakıda və Moskvada keçirilən yubiley tədbirləri, Nəsiminin tədqiqatçıları ilə müsahibələr filmdə öz əksini tapmışdır. Eyni ildə çəkilən "Nəsimi" bədii filmindən fərqli qısametrajlı sənədli film olaraq çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamis Muradov Ssenari müəllifi: Əhmədağa Muğanlı, Xamis Muradov Operator: Vladimir Konyagin, Rasim İsmayılov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Antun Səadə
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Elektron sənəd
Elektron sənəd — informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd. Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün bu fayl e-imza ilə kodlaşdırılmalıdır. Elektron sənəddə dəyişiklik etməyə icazə verilmir. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron sənəd dövriyyəsi — informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.
Sendi qasırğası
Sendi qasırğası (ing. Hurricane Sandy) - Atlantik okeanında yaranmış və indiyə qədər qeydə alınmış ən güclü qasırğa. Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Baham adaları, Kanada və ABŞ-də Sendi qasırğası nəticəsində ciddi dağıntılar yaranmışdır. 2012-ci ilin oktyabr ayında Karib hövzəsində başlanan qasırğa, oktyabrın sonlarına doğru daha da şiddətlənmişdir. Hal-hazırda qasırğa ABŞ sahillərinə çatmışdır. Sendi qasırğası nəticəsində onlarla insan həlak olmuşdur, ümumi dəymiş ziyanın 50 milyard dolları keçəcəyi ehtimal olunur.
Senqe xan
Senqe (Çeçen-xuntaycı) 1630 — 1671) — Cunqar xanlığının ikinci hakimi, Erdeni-batırın vəliəhdi. == Həyatı == Erdeni-batır xuntaycının 1653-cü ildə ölməsindən sonra yerinə onun vəsiyyəti doğrultusunda beşinci oğlu Senqe keçmişdir. Cunqar xanlığının taxtına Senqenin keçməsi, Batır xuntaycının digər oğullarının və bəzi noyonların etirazına səbəb olmuşdu. Senqeyə qarşı bəzi mübarizələr aparılsa da o, bunları bərtərəf etmişdir. Daha sonra Senqe, Cunqar xanlığı ilə davamlı mübarizə içində olan və Şərqi Monqolustanda hökm sürən Altan xanlar sülaləsiylə savaşmış və onları məğlubiyyətə uğratmışdır. Beləcə Cunqar xanlığının gücünü daha da artırmışdır. Rusiya ilə olan yaxşı münasibətləri inkişaf etdirməyə səy göstərmiş və Rusiyaya 1664-1670-ci illər arasında bir çox dəfə elçi göndərmişdir. Senqenin, 1671-ci ildə ögey qardaşları Çeçen və Zodv tərəfindən öldürülməsiylə birlikdə Cunqar xanlığında qısa müddətli iqtidar mübarizəsi yaşanmışdır. == Ədəbiyyat == Златкин И. Я., История Джунгарского ханства (1635-1758), М., 1964. Митиров А.Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г.
Səcdə Surəsi
Səcdə surəsi (ərəb. سورة السجدة‎ (oxunuşu: surətus-səcdəh)) - Quranın 32-ci surəsi. Məkkədə nazil olmuşdur, 30 ayədir. Surənin adı 15-ci ayədə işlədilən səcdə sözündən götürülmüşdür. Həmin ayə həm də vacibi səcdə ayəsidir.
Səddə bayramı
Səddə bayramı — Novruza 50 gün qala keçirilən bayram. == İcrası == Səddə bayramı da insanların qışa qarşı münasibətlərini, qışdan qorxmadıqlarını nümayiş etdirən bir bayramdır. Xalqımız Səddə deyimini yanvarın son günü, iki çillə arasındakı sərhəddə, Böyük çilləni əvəzləyən Kiçik çillənin sərt şaxtalarının qarşısını almaqdan ötrü çəkilən böyük maneə, odlu-alovlu bənd, yaxud sədd kimi mənalandırıb. Bayramın bütün tədbir və ayinləri də məhz bu məqsədə xidmət etmişdir. Novruza nə az, nə çox, düz əlli gün qaldığını bildirmək üçün icra olunan Səddə bayramında insanlar axın-axın gəlib təyin olunmuş meydana toplaşır. Meydanda böyük bir tonqal yandırılır. Toplaşanlar əl-ələ tutub tonqalın çevrəsinə dolanır, "əlli gün Novruza qədər, yüz əlli gün biçinə kimi" sözlərilə başlanan mahnı oxuyur, şənlik keçirir, rəqs edib əyləncəli tamaşalar göstərirlər. == İstinadlar == Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
Səidə Məmmədova
Səidə Məmmədova (tam adı:Məmmədova Səidə Müslüm qızı; 25 may 1942, Naxçıvan) — xormeyster. Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == Məmmədova Səidə Müslüm qızı 25 may 1942-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. === Təhsili === 1960-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu və 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası)nın xor dirijorluğu fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1969–75-ci illərdə Naxçıvan şəhər musiqi məktəbində müəllim və 1975–94-cü illərdə orta ixtisas musiqi məktəbinin direktoru olmuşdur. 1994-cü ildən Naxçıvan Dövlət Universitetində ifaçılıq kafedrasının müdiridir. 1999-cu ildən dosentdir. Muxtar Respublikada xor kollektivlərinin yaranması və inkişafında xidməti var. Bir sıra el şənliklərinin bədii rəhbəri və onlarla mahnı müəllifidir. 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Səidə Quliyeva
Səidə Əbülfəz qızı Quliyeva (5 mart 1957, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2012), Prezident təqaüdçüsü (2019). == Həyatı == Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə. Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olmuşdur. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaratmışdır. S. Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş. Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaratmışdır. Səidə Quliyeva 2000-ci ildə respublikanın Əməkdar Artisti, 9 may 2012-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səidə Sultan
Səidə Sultan (doğum adıyla: Səidə Əli qızı Sultanova; d. 9 mart 1983, Bakı) — Azərbaycan estrada müğənnisi == Həyatı == Səidə Sultan 1983-ci il mart ayının 9-da Bakı şəhəri Nizami rayonunda anadan olmuşdur. 272 saylı orta məktəbdə 1989-2000-ci illər orta təhsilini almışdır. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal fakültəsinə daxil olub və 2006-cı ildə bakalavr dərəcəsi ilə təhsili bitirmişdir. === Ailəsi === Anası Svetlana Sultanova pedaqoqdur, uşaq bağçası müdiri vəzifəsində çalışır. Atası Əli Sultanov isə fərdi sahibkar olmuşdur. == Karyerası == İlk dəfə 2000-ci ildə Pöhrə müsabiqəsində, 2001-ci ildə isə Bakı Payızı müsabiqəsində iştirak etmişdir və hər iki müsabiqənin laureatıdır. İlk ifa etdiyi mahnısı Popuri və bəstəsi Vasif Adıgözəlovun olan Naz-Naz ifası olmuşdur. 2001-ci ildə "İkisi bir boyda" xalq mahnısı, 2008-ci ildə "Sən idin", 2012-ci ildə "Hərdən arada", 2013-cü ildə "Gecələr" mahnılarını ifa edərək populyarlıq qazanmışdır. 2008-ci ildə ilk "Bir inci" adlı solo albomunu buraxmışdır.
Səidə Ömər
Səidə Ömərova
Səidə İmanzadə
Səidə İmanzadə (29 dekabr 1910, Nuxa – 1 may 1992) — Azərbaycanın pedaqoqu, Azərbaycan SSR-in Əməkdar Müəllimi. == Həyatı == Səidə xanım İmanzadə 29 dekabr 1910-cu ildə Şəkidə doğulmuşdur. O, ailəsi ilə 1924-cü ildə Bakıya köçmüşdür. Yeni cəmiyyət quruculuğunun ilk dövründə öz həllini tələb edən ən mühüm ictimai problemlərdən biri də qadın azadlığı idi. Bu məqsədlə Bakı və onun rayonlarında onlarca qadın klubları, savad kursları yaradılmış və burada qadınlar arasında fəal ictimai-siyasi iş aparılırdı. Səidə xanım İmanzadə 1925-ci ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən "Qadın nümayəndələri iclası" adlanan təşkilatın fəal üzvlərindən biri olmuş, burada azərbaycanlı qadınlar arasında iş aparmış, qadınların hüqüq və imkanlarını onlara başa salmışdır. Elə ilk vaxtlardan Səidə xanım və onun kimi digər ictimaiyyətçi azərbaycanlı qadınların apardıqları iş öz müsbət nəticəsini verirdi. Səidə xanım İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, öz təhsilini davam etdirməyi də unutmamışdı. O, 1926-cı ildə Bakıda fəaliyyət göstərən "Türk sənaye məktəbi"nə daxil oldu. O zaman Azərbaycanda qadın azadlığı hərəkatının mərkəzi hesab edilən Əli Bayramov adına qadınlar klubunda 1928-ci ildən başladığı fəaliyyət Səidə xanımın ictimai həyatında yeni mərhələ oldu.
Səidə Şərifəliyeva
== Həyatı == Şərifəliyeva Səidə Vahid qızı 10 yanvar 1981-ci il tarixdə Neftçala rayonunda anadan olub. 1998-ci ildə orta məktəbi bitirib.1999-cu ildə Bakı Musiqi Akademiyasında vokal fakultəsinə - Xalq artisti Xuraman Qasımovanın sinfinə qəbul olunub. 2002 -2008-ci illərdə Azərbaycan Dövlət Xor Kopellasında çalışıb. == Yaradıcılığı == 2006-cı ildən ÜNS yaradıcılıq səhnəsinin solistidir. 2007-ci ildə Çexiyanın Karlovı-Varı şəhərində A.Dvorjak adına 42-ci Beynəlxalq vokal müsabiqəsində 1-ci yerə, elə həmin il Bakıda keçirilən Bülbül adına 4-cü Beynəlxalq vokal müsabiqəsində 2-ci yerə çıxıb. 2010-cu ildən Q.Vişnevskayanın Opera Mərkəzində (prof. Badri Maysuradzenin sinfi) təcrübədədir. 2014-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrının solistidir. Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Gülnaz), O.Kazımi və R.Heydərin "Qızıl toy” (Aygün), F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (Naz-Naz), R.Hacıyevin "Qafqazlı qardaşqızı" (Lala), R.Mirişli və M.Haqverdiyevin "Qısqanc ürəklər” (Səbinə), F.Allahverdi və Elçinin "Baladadaşın toy hamamı” (Sevil), İ.Kalmanın "Silva” (Silva), E.Sabitoğlu və V.Kalmanovskinin "Bir dəfə Baqdadda” (Zuleyxa) tamaşalarında yaddaqalan obrazlar yaradıb. Azərbaycan Respublikasının Əməkdar artistidir.
Məndə sığar iki cahan... (film, 1973)
Məndə sığar iki cahan… — 1973-cü ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Film dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Bakıda və Moskvada keçirilən yubiley tədbirləri, Nəsiminin tədqiqatçıları ilə müsahibələr filmdə öz əksini tapmışdır. Eyni ildə çəkilən "Nəsimi" bədii filmindən fərqli qısametrajlı sənədli film olaraq çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamis Muradov Ssenari müəllifi: Əhmədağa Muğanlı, Xamis Muradov Operator: Vladimir Konyagin, Rasim İsmayılov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Xan kəndi (Gəncə)
Xankəndi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazisində mövcud olmuş kənd. Gəncə xanlığının tərkibində olmuşdur.
Bəldə
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Bəndək
Bəndək - Atropatena (qədim Azərbaycan), Parfiya və Sasanilər dövlətində qullara verilən addır. Bu ölkələrdəki quldarlıq sistemi haqqında məlumat verən ilk mənbələrdən biri "Madaktani hazar datasdan"dır. Orada bəndək və anşəhrik terminləri qul anlamında işlədilmişdir. Hər üç ölkədə də əkinçilikdə qul əməyindən geniş istifadə olunurdu. Lakin artıq III əsrdən quldarlıq sistemi getdikcə zəifləyərək dağlmağa başlayır. Sasanilərin hüquq məcəlləsinə görə, bir çox əyalətlərdə, o cümlədən Azərbaycanda başqasına tabe olan və ondan asılı olan şəxsə bəndək deyilirdi. İran tarixçiləri Parfiya və Sasanilər dövrünə aid olan bəndək terminini qul kimi tərcümə edirlər. Lakin istər bəndək, istərsə də anşəhrik hüquqi nöqteyi-nəzərdən Romada olan quldan fərqlənirdi. Quldarlıqdan feodalizmə keçid dövründə azat və dastakert terminlərinə də təsadüf edilir. "Madaktani hazar datasdan"da qul əməyi ilə becərilən torpaq sahəsinə dastakart və yaxud dastakord deyilir.
Bəndər
Bəndər — kişi adı. Bu adı olan tanınmış şəxslər Usta Bəndər — 1231-ci il Gəncə üsyanının rəhbəri. Yaşayış məntəqələri Bəndər (şəhər) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. Bəndər Abbas — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Gəz — İranın Gülüstan ostanında şəhər. Bəndər Mahşəhr — İranın Xuzistan ostanında şəhər. Bəndər Siraf — İranın Buşehr ostanında şəhər. Bəndər Dəyyer — İranın Buşehr ostanında şəhər. Bəndər-Kong — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Genave — İranın Buşehr ostanında şəhər.
Bərdə
Bərdə şəhəri — Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4–5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX–X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Qədim alban tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib. Arxeoloqlar qazıntılar zamanı Bərdə şəhərinin 943-cü ildə ruslar tərəfindən işğalını əks etdirən izlərə də rast gəlib. Bərdə ərazisindən Mesopotomiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar da tapılıb.
Cəndəq
Cəndəq — İranın İsfahan ostanının Xur və Biyabanək şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,958 nəfər və 1,162 ailədən ibarət idi.
Dəndi
Dəndi- İranın Zəncan ostanının Mahnişan şəhristanının Ənquran bəxşində şəhər və bu bəxşin mərkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gəncə
Gəncə () — Azərbaycan Respublikasının əhalisinin sayına görə ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhəridir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. == Tarixi == === Etimologiya === Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "kənz" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır. Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı". Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir.
Gənzə
Gənzə mineral bulağı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bulaq Gənzə (Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. Gənzə (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzəçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu.
Kənzə
Gənzə mineral bulağı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bulaq Gənzə (Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. Gənzə (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzəçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu.
Kənəə
Kənəə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənəə kəndi dağətəyi ərazidədir. Keçmiş adı Kənəgə olub. Toponim təhrifə uğramışdır. Əslində Kənagah olmalıdır. Bəzi tədqiqatçıların fikrincə, toponim tat dilindəki kənə (mədən, yataq) və gah (məkan) sözlərindən ibarət olub, “mədən olan yer” mənasındadır. == Əhalisi == Kəndin əhalisi 27 nəfər yaşayır ki, onun da 14 nəfəri kişi, 13 nəfəri isə qadındırdir.
Pərdə
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. == Tarixi == Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi. Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. == Müasir pərdələr == Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır.
Təngə
Təngə (fars. تانقا‎) — Əmir Teymur dövründə yeni bir sikkə buraxıldı. XIV yüzilliyin sonlarında buraxılan bu pul vahidinin adı "təngə" idi. "Təngə" hind sözüdür, "danq" sözündəndir, çəki vahidi olub. Əmir Teymurun üçüncü yürüşündən sonra Azərbaycan zərbxanaları Teymuri pul-çəki sistemi ilə yeni sikkə nominalları – təngə və miri zərb etməyə başladılar. Bu dövrdən başlayaraq Cəlairi və Şirvanşahlar dövlətinin zərbxanaları pul dövriyyəsinə gümüş dirhəm dinarlarla yanaşı, həm də təngə və miri buraxmağa başladılar. Təngələr Şirvanşah, Qaraqoyunlu, Ağqoyunlu və ilk Səfəvi hökmdarlarının zamanında əsas pul nominalına çevrilmişdi. Şirvanşah I İbrahim Qara Yusifdən vassallığı qəbul edərək, 1413-cü il baharında Şirvana qayıdır. Bu dövrdən başlayaraq Şirvan zərbxanaları Qaraqoyunlu hökmdarı Sultan Pir Budaq və Əmir Qara Yusifin adından məscidlərdə xütbə oxutmağa və zərbxanalarda gümüş təngə, dirhəmlər və mis felslər zərb etməyə başladı. Şirvanşah I İbrahimin Əmir Qara Yusifdən asılılığı nominal xarakter daşıyırdı.
Xəndək
Xəndək — uzununa qazılmış dərin çuxur. İnşaatda və mədən işlərində boru kəməri, kabel xətti və s. basdırmaq, habelə su arxları və səngər üçün xəndəkdən istifadə olunur. Xəndək müasir dövrdə xəndəkqazan maşınla qazılır.