MƏH

[ fars. ] klas. bax mah.
Ey dil, ki hicrə doymayıb, istərsən ol məhi; Şükr et bu halə, yoxsa gələr bir bəla sana. Füzuli.
Səndə nə gündür, ey məh, mehrin çırağı yanmaz. Qövsi.

MƏĞZİBADAM
MƏHABƏT
OBASTAN VİKİ
Məh Sünbüli
Məh Sünbüli (fars. مه‌سنبلی‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 7 ailədə 10 nəfəri kişilər və 11 nəfəri qadınlar olmaqla cəmi 21 nəfərdir. Kəndin əhalisi bəxtiyarilərrin Məkvəndi tayfasının Doşmənziyari tirəsinə mənsubdur, lur dilinin bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
MƏH sub-indeksi
Minimum əmək haqqı sub-indeksi– Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq illik dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ-nin sub-indeksidir. == Metodologiya == Dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının (AQP ilə) adambaşına ÜDM-ə (AQP ilə) nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosiallaşmasını ifadə edir.
"General Məhəmməd Əsədov" mükafatı
"General Məhəmməd Əsədov" mükafatı — Qarabağ müharibəsinin ilk günlərində Famil Mehdi tərəfindən yaradılmış "Nicat" cəmiyyətinin təsis etdiyi mükafat. == Məqsədi == Bu mükafatın verlməsində əsas məqsəd Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq olmuşdur.
"Məhəbbət əfsanəsi" (balet,1961)
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsənəsi" XX əsrin balet kəşflərinin sintezidir" == Quruluşu == "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur.
ABŞ-da bizonların məhvi
ABŞ-də bizonların məhvi — 1830-cu illərdən bəri kommersiya məqsədləri üçün, Şimali Amerikada bu heyvan növünün yox olmaq təhlükəsinə gətirib çıxaran nəzarətsiz kütləvi bizon ovudur. Hindular ənənəvi olaraq bizonları yalnız yaşayış ehtiyaclarını ödəmək üçün ovlayırdılar: qida üçün, eləcə də geyim hazırlanması, mənzil, alət və qab istehsalı üçün və bir çox qəbilələrin sağ qalması bizonlardan asılı idi. XIX əsrdə bəzi hindu tayfaları da ticarət məqsədi ilə bizon ovu ilə məşğul olurdular və dərilərini Amerika tacirlərinə satırdılar. Bununla belə, məhz ağ dərili amerikan ovçuların və ABŞ dəmir yolu şirkətlərinin hərəkətləri bizon populyasiyası üçün kritik nəticələr törədirdi. 1800-cü illərin əvvəllərində dərisi üçün ildə təxminən 200.000 bizon öldürülürdü. 1825-ci ildə Allegeni yaylasında (ing. Allegheny Plateau), Missisipinin şərqində yaşayan son bizonlar öldürüldü. 1830-1860-cı illər arasında bir-birinin ardınca ABŞ-nin şərq sahilinə bizon dəriləri ilə dolu vaqonlar gəlirdi. Vətəndaş müharibəsi başa çatdıqdan və trans-Amerika dəmir yolunun çəkilişindən sonra qərb çəmənliklərinin aktiv inkişafının başlanğıcı ilə ovçuları düzənliklərə gətirmək və ovlarını Avropaya göndərmək üçün geri şərqə daşınmanın daha asanlaşması bizon populyasiyasının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bizonların vəhşicəsinə öldürülməsi nəticəsində onların sayı XX əsrin əvvəllərində bir neçə on milyondan bir neçə yüzə qədər azalmışdı.
ABŞ Ali Məhkəməsi
ABŞ Ali məhkəməsi (ing. Supreme Court of the United States) — ABŞ-nin ali məhkəmə instansiyası. Əsası 1789-cu ildə qoyulmuş bu məhkəmə biri sədr olmaqla 9 hakimdən ibarətdir. Məhkəmə ümumiyyətlə apelyasiya məhkəməsi kimi çıxış edir, lakin bir sıra hallarda (məsələn, diplomatlar və ya bir ştatdan digərinə məhkəmə iddiası ilə) birinci instansiya məhkəməsi ola bilər. Hakimlər prezident tərəfindən Senatın razılığı ilə ömürlük təyin olunur və səlahiyyətlərinə yalnız könüllü istefa və ya törədilmiş cinayətlərə görə impiçment nəticəsində vaxtından əvvəl xitam verilə bilər. 1789–2005-ci illər arasında ABŞ prezidentləri Ali Məhkəmənin hakimi vəzifəsinə 149 namizəd təklif etmiş, bunların 80% -i hakim seçilmişdir. Statistikaya görə, yeni hakim hər 22 aydan bir təyin olunur.
Abbas Məhəmmədi
Abbas Məhəmmədi (23 avqust 1975, Kirman) — İran futbolçu, qapıçı. == Həyatı == Abbas Məhəmmədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubunun oyunçusudur. O Traktor Sazi klubuna gəlməmişdən öncə Mis-i Kirman və Sipahan futbol klublarında oynamışdır. Abbas Məhəmmədi İran çempionatının 2010/2011 mövsümündə ən az (29) buraxan qapıçı olmuşdur.
Abdal Məhmət türbəsi
Abdal Mehmet türbəsi — Abdal məscidinin qarşısında yerləşən türbə 1450-ci ildə Sultan II Murad tərəfindən Bursada tikdirilmişdir. Kvadrat planlı türbənin üstü səkkizbucaqlı bir halqaya oturan, kənardan güllə örtülü günbəz ilə örtülü olub türbəyə beşik tonozlu qapalı bir eyvandan girilir. Türbədə Abdal Mehmetə aid bir sanduqə yerləşir. Abdal Mehmet baş müridi Başçı İbrahim Əfəndi ilə yaxın dostluq etmiş, onun duası ilə zəngin olmuşdur. Zəngin olanda türbəsinin qarşısında Abdal Məscidini tikdirmişdir. Övliya Çələbi, Abdal Türbəsini yoldan keçənlərin dincəlib ibadət etdikləri gözəl bir bina kimi tərif edir.
Abdulla Məhəmmədov
Abdulla Məhəmmədov (qum. Абдулла Магьамматов, 5 aprel 1869 – 2 mart 1937) — qumuq şairi. == Həyatı == Abdulla Məhəmmədov (Mahammadov) (1869, Tersk vilayətinin Yaxsay kəndi-1937). Kəndli ailəsində dünyaya göz açan Abdulla Mahammadov dərin təhsil görməmişdi. Həmin vaxt nəinki bölgədə, hətta Qafqazda belə tanınan mədrəsə onun doğulduğu kənddə fəaliyyət göstərirdi. Abdulla iti zəkası, fitri istedadı ilə yaşıdlarından seçilmiş, xalq arasında yaşayan yırları söyləyə-söyləyə özü də həmin janrda əsərlər yazmağa başlamışdır. Bolşeviklər hakimiyyətə gəldikdən sonra daim xalq arasında olan sadə insanlardan bacarıqla istifadə edərək onları öz təbliğatçılarına çevirirdilər. 1920–1930-cu illərdə kasıb ailədən çıxan, folklordan qaynaqlanaraq sadə şeirlər yazan, xalq arasında dolaşan qazax Cambul Cabayev, ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa kimi sənətkarları reklam edərək, onlardan bacarıqla yararlanırdılar. Qumuqlar arasında da Abdulla Mahammadov bu funksiyanı yerinə yetirirdi. O, kolxoz quruluşunu, sosializmin qələbəsini, bolşeviklərin hünərini tərənnüm edən, kapitalizmi, köhnəliyi, adət-ənənələri tənqid edən şeirlər yazırdı.
Abdullah ibn Məhəmməd
Abdullah ibn Məhəmməd əl-Qureyşi (610-cu illər, Məkkə – 615, Məkkə, ərəb. عبد الله بن محمد‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan oğlu. == Bioqrafiyası == Abdullah Məhəmmədin peyğəmbərlik missiyasının başlanmasından sonra Məkkədə anadan olub. O, atasının peyğəmbərliyi başlayandan sonra doğulduğu üçün ət-Tahir (“təmiz”) və ət-Tayyib (“mehriban”, “yaxşı”) adlarını almışdır. Məhəmməd peyğəmbər ona atasının adını verir. Abdullah 615-ci ildə Məkkədə uşaq ikən vəfat etmişdir. Təfsirlərə görə, Abdullahın vəfatından sonra Məhəmməd peyğəmbərin müasirlərindən və əleyhdarlarından olan əl-As ibn Vail onun haqqında onun sonsuz olduğunu demişdir. Cavabında Kovsər surəsi nazil oldu: Əs-Suddi demişdir: “İnsanların övladları ölən zaman insanlar (ərəblər) belə deyirdilər: “O, itirdi (məhrum oldu). Məhəmməd itirdi (məhrum oldu) ” Sonra Allah nazil etdi: “Həqiqətən, sənin düşmənin sonsuzdur”.
Abdullah ibn əl-Səid Məhəmməd
Abdullah ibn Səid Məhəmməd (ərəb. عبد الله بن سعيد محمد‎; 1846[…], Darfur – 24 noyabr 1899, Kordofan[d]) — Sudanlı Mehdinin ölümündən sonra Mehdi Dövlətinin başçısı və xəlifə (1885–1898). == Həyatı == Abdullah ibn Səid Məhəmməd təxminən 1846-cı ildə Tayşa Bəqqarə qəbiləsində anadan olmuşdur. Atası Məhəmməd ət-Taki ailəsi ilə birlikdə Məkkəyə köçmək istəmiş, lakin bölgənin çətin vəziyyəti ona mane olmuşdur. Abdullah Sudanlı Mehdinin ölümündən sonra, 1885-ci ildə Mehdi Dövlətinin başına gəlmişdir. O, mehdiçilərin mərkəzləşdirilmiş feodal dövlətini gücləndirmiş, qüvvətli ordu yaratmışdı. İngilis müstəmləkəçilərinə qarşı sudanlıların müqavimət hərəkatına (1895–1898) başçılıq etmişdir. 1898-ci ildə Omdurman döyüşündə ingilislər qalib gəldikdən sonra Abdullah Sudan xalqının gerilla hərəkatına rəhbərlik etmiş və döyüşdə həlak olmuşdur.
Abel Məhərrəmov
Abel Məmmədəli oğlu Məhərrəmov (5 yanvar 1950, Ağdam) — BDU-nun keçmiş rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin sabiq III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri. == Həyatı == Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur. 1966-cı ildə Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-cı ildə akademik N. S. Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur. 15 noyabr 2018-ci ildə Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Adil Məhərrəmov
Adil Məmmədəli oğlu Məhərrəmov (1 fevral 1952, Ağdam rayonu) — 2008–2021-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini. == Həyatı == Adil Məhərrəmov 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olmuşdur. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1973–1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin "Azon" zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləmişdir. 1983–1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışmışdır. 1986–2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliynin (sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) "Ulduz" Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru işləmişdir. 2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət əmlakı nazirinin müşaviri olmuşdur. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi inkişaf nazirinin müşaviri vəzifəsində çalışmışdır. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir. 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.
Afaqın məhəbbəti (film)
Afaqın məhəbbəti qısametrajlı televiziya tamaşası rejissor Ağakişi Kazımov tərəfindən ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Televiziya tamaşasında əsas rolları Məhluqə Sadıqova, Mirvari Novruzova, Muxtar Avşarov, İlham Əsgərovvə Səidə Quliyeva ifa edirlər. == Məzmun == Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Tamaşa Afaqın İlyasın evinə gətirilməsi ilə başlayır. İlk gündən İlyas (İlham Əsgərov) Afaqa kəniz gözüylə baxmadığını qeyd edir. O, Afaqın mərdliyinə, gözəlliyinə valeh olur. Afaq İlyasa gün keçdikcə daha da bağlanır və eşqini ilk dəfə İlyasın anasına (Məhluqə Sadıqova) etiraf edir. İlyas Afaqın taleyilə maraqlanır və Afaq ona başına gələnləri nəql edir.
Ahəngər Məhəllə (Mazandaran)
Ahəngər Məhəllə — İranın Mazandaran ostanında kənd..
Akif Məhərrəmov
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Akif Məhərrəmov (şəhid)
== Həyatı == Akif Məhərrəmov 6 yanvar, 1972-ci ildə Azərbaycanda anadan olub. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmət keçmək üçün Rusiyanın Kalininqrad şəhərinə gedir. O Rusiyada xidməti yarımçıq qoyaraq, Azərbaycana qayıdır. O zaman Rusiyada xidmət məcburi idi. Akif Məhərrəmov torpağlarımızın erməni tapdağlarından azad etmək üçün döyüşür. 16 iyul, 1994-cü ildə Tərtər istiqamətində qəhrəmancasına həlak olur. 22 yaşında müqəddəs zirvəyə ucalan Akif Məhərrəmov, ikinci fəxri xiyabanda dəfn olunub.
Albaniya Konstitusiya Məhkəməsi
Albaniya Respublikası Konstitusiya Məhkəməsi (alb. Gjykata Kushtetuese e Republikës së Shqipërisë) — konstitusiyanın (Kushtetuta) şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqan. Məhkəmə konstitusiyaya hörməti təmin edir və onun şərhləri ali hüquqi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsi Parlamentin (Kuvendi) razılığı ilə Prezident (Presidenti) tərəfindən təyin edilən 9 hakimdən ibarətdir.
Ali Federal Məhkəmə (Braziliya)
Braziliya Ali Federal Məhkəməsi (portuqalca: Supremo Tribunal Federal, qısaca STF) — Braziliyada ən son müraciət ediləcək məhkəmədir və aldığı qərarlar şikayət edilə bilməz. Braziliya Ali Federal Məhkəməsi Braziliya Milli Konqresinin aldığı qərarların və qəbul etdiyi qanunların Braziliya Konstitusiyasına uyğun olub-olmadığına nəzarət edir. Məhkəmə üzvləri Braziliya Senatının təsdiqi ilə Braziliya Prezidenti tərəfindən seçilir. Məhkəmə üzvlərinin maksimum yaş limiti 70-dir. == Braziliya Ali Federal Məhkəmənin binası == Məhkəmə binası Oskar Nimeyer tərəfindən dizayn edildi.
Ali Məhəmməd piri (Camaldın)
Ali Məhəmməd piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndinin təqribən 4,5 km şimal-şərqində yüksək dağın qərb tərəfində ziyarətgah. Culfa rayonunun Camaldın kəndindən 4'5 km şimal-şərqdə köhnə qəbrstanlıq təpəliyində Ali Məhəmməd piri vardır. Pirin yaranma tarixi XII əsrə aid edilir. Camaldın (Cəmaləddin) kəndi Culfa şəhərindən 18 km məsafədə Əlincə çayının sol sahilində yerləşir. Sovet hakimiyyəti dövründə kolxoz ambarı olmuş qədim məscid binası, son illərdə bərpa olaraq mömünlərin ixtiyarına verilmişdir. Ali Məhəmməd piri 8x5 metr ölçüsündə daş hörgülü kiçik binadan ibarətdir. Orada üç məzar yeri vardır ki, biri həyətdə, ikisi isə otaqdadır. Həyətdəki məzar əvvəllər çoban olmuş mücövür Səfəralı kişiyə aid olduğu ehtimal edilir. Binanın içərisindəki qara örtüklü məzar isə pir sahibi Aliməhəmmədin qəbridir. Pirin həyətindən çeşmə çıxır.
Ali məhəbbət (film, 2012)
Ali məhəbbət — rejissor Nikolay Arselin 2012-ci ildə çəkdiyi film. Əsas rolları Mads Mikkelsen, Alisiya Vikander, Mikkel Fyolsqor, David Densik və Syoren Mallinq ifa edirlər.
Alim Məhəmmədov
Alim Qəmərşo oğlu Məhəmmədov (28 sentyabr 2001, Fındıqlı, Zaqatala rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Məhəmmədov 2001-ci il sentyabrın 28-də Zaqatala rayonunun Fındıqlı kəndində anadan olub. 2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Alim Məhəmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Alim Məhəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Alim Məhəmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Allahın elçisi Məhəmməd (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. == Məzmun == Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Alovlu məhəbbət (film, 2011)
Alovlu məhəbbət — rejissor Dreyk Doremusun 2011-ci ildə çəkdiyi film. Əsas rolları Anton Yelçin, Felsiti Cons və Cennifer Lourens ifa edirlər. == Məzmun == Film ingilis tələbə Annann amerikalı tələbə Ceykoba aşıq olmasından bəhs edir. Amerikada uzun müddət qaldığı üçün vizası ləğv olunan Anna sevgisindən ayrı düşmək məcburiyyətində qalır.
Ambaras məhəlləsi
Ambaras məhəlləsi — Ordubad şəhərində qədim məhəllə == Haqqında == Ordubadçayın sağ sahilindədir, Aşağı və Yuxarı Ambaras adlanan iki məhəllədən ibarətdir. XVIII əsrin əvvəllərində Naxçıvan sancaqının tərkibinə daxil olan Azadciran nahiyəsi Ordubad qəsəbəsinin məhəllələrindən biri kimi adı çəkilir. Mənbələrin məlumatına görə,məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, çeşmə və bir neçə xırda dükan vardı. Meydan bütünlüklə iri çinar ağaclarının kölgələri örtürdü. Ambaras məhəlləsinin meydanı indi də məhəllə mərkəzi rolunu oynayır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 23.
Amil Məhərrəmov
Amil Məhərrəmov — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor. == Həyatı == Amil Məmmədəli oğlu Məhərrəmov 1974-cü il dekabr ayının 24-də Azərbaycan SSR-in Bakı şəhərində anadan olmuşdur. 1981–1991-ci illərdə Bakı şəhəri 54 saylı orta məktəbində oxumuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsini iqtisadi-nəzəriyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1996–2000-ci illərdə 08.00.01. – "İqtisadi nəzəriyyə" ixtisası üzrə aspiranturada oxumuşdur. 1995-ci ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamıışdır. 1999-cu ildən "Beynəlxalq iqtisadi münasibətlər və idarəetmə" kafedrasında saathesabı müəllim, 2000-ci ildən 0,5 ştat əvəzçilik yolu ilə müəllim və 2002-ci ildən tam ştat baş müəllim vəzifəsinə keçirilmişdir. 2002-ci ildən A.M.Məhərrəmov "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2006-cı ildən dosent elmi adını almış və həmin ildən yeni yaradılmış "Gömrük işinin təşkili və idarəetmə" kafedrasında müdir əvəzi, dosent kimi elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2011-ci ildə yeni yaradılmış "İqtisadiyyat və idarəetmə" kafedrsının müdiri vəzifəsinə seçilmişdir.
Apellyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. == İstinadlar == == Ədəbiyyat == Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".

Digər lüğətlərdə